Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(5-161)-15/2026 16.02.2026 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi barədə” kiçik iddiaya dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2025-ci il, tarixli, 292299 saylı müqaviləyə əsasən 243,8 manat ödənilməmiş hissə, 24,38 manat cərimə olmaqla, cəmi 268,18 manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 768,46 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum, 76,85 manat cərimə olmaqla, cəmi 868,91 manat, ümumilikdə 1137,09 manat borcun və 31,38 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il, tarixli, 292299 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 286.4(iki yüz səksən altı,40 qəpik ) manat (6 ay x 44.9 manat + 17 manat ilkin ödəniş) olan HOFFMANN TV üçün ümumilikdə, 268.18(iki yüz altmış səkkiz,18 qəpik) manat olmaqla ondan, 243.8(iki yüz qırx üç, 80 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 24.38(iyirmi dörd,38 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 810.96(səkkiz yüz on, 96 qəpik) manat (12 ay x 67.58 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********45220 SAMSUNG GALAXY A35, ZƏMANƏT + 1 İL XİDMƏTİ üçün ümumilikdə, 868.91(səkkiz yüz altmış səkkiz, 91 qəpik) manat olmaqla ondan, 768.46(yeddi yüz altmış səkkiz, 46 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 76.85(yetmiş altı, 85 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozaraq qeyd olunan borcun ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il, tarixli, 292299 saylı saylı müqavilənin surətindən görünür ki, cavabdeh, alqı-satqı qiyməti 286,4 manat (6 ay x 44.9 manat + 17 manat ilkin ödəniş) olan HOFFMANN TV almışdır.
2. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilənin surətindən görünür ki, cavabdeh, alqı-satqı qiyməti 810,96 manat olan (12 ay x 67.58 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********45220 SAMSUNG GALAXY A35, ZƏMANƏT + 1 İL XİDMƏTİ almışdır. "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2025-ci il, tarixli, 292299 saylı müqaviləyə əsasən 243,8 manat ödənilməmiş hissə, 24,38 manat cərimə olmaqla, cəmi 268,18 manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 768,46 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 76,85 manat cərimə olmaqla, cəmi 868,91 manat, ümumilikdə 1137,09 manat borcu vardır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 31,38 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla Cavabdehnın iddiaçı "xxxx" MMC-yə xx.xx.2025-ci il, tarixli, 292299 saylı müqaviləyə əsasən 243,8 manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 768,46 manat ödənilməmiş hissə borcunun qalması müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə cərimələrin alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, tələb olunan dəbbə pulu xx.xx.2025-ci il, tarixli, 292299 saylı müqaviləyə əsasən 14,38 manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 36,85 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 95 faiz həcmində təmin edildiyinə görə 31,38 manat dövlət rüsumunun 29,80 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Kiçik iddiaya dair ərizə qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il, tarixli, 292299 saylı müqaviləyə əsasən 243,8 manat ödənilməmiş hissə, 14,38 manat cərimə olmaqla, cəmi 258,18 manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 768,46 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 36,85 manat cərimə olmaqla, cəmi 828,91 manat, ümumilikdə 1087,09 (bir min səksən yeddi manat 9 qəpik) manat borc və dövlət rüsumunun 29,80 (iyirmi doqquz manat 80 qəpik) manat hissəsi tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Kiçik iddiaya dair ərizə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.