Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(5-161)-5/2026 12.03.2026 ŞUŞA RAYON MƏHKƏMƏSİ X2 Bəşərəddin oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat əsas borcun, Azərbaycan Respublikasının Mərkəzi Bankının bank uçot dərəcəsi əsasında hesablanmış 670 manat məbləğində faiz borcunun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 77 manat dövlət rüsumu ilə birlikdə, ümumilikdə 5.747 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2024cü il tarixli, 03/24 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı “İcraçı” qismində cavabdeh “Sifarişçi” üçün qeyd edilən malların satışı və təhvili öhdəliyini üzərinə götürmüşdür: gaming PC dəsti (360hz monitor, rul, klaviatura, mouse, kovrik). Müqavilənin 1.1-ci bəndinə əsasən, İcraçı malları Sifarişçiyə təhvil verməli, Sifarişçi isə malların dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada ödəməlidir. xx.xx.2024-cü il tarixində tərəflər arasında imzalanmış və möhürlənmiş təhvil-təslim aktı təsdiq edir ki, müqavilədə qeyd edilən mallar cavabdehə təhvil verilmişdir. Bununla da iddiaçı, müqavilə öhdəliyini tam və vaxtında yerinə yetirmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən, icraçı tərəfindən təhvil verilmiş malların ödənişi xx.xx.2024-cü il tarixinədək həyata keçirilməli idi. Lakin cavabdeh, malları qəbul etməsinə baxmayaraq, müqavilə üzrə üzərinə düşən 5.000 (beş min) manat məbləğində ödənişi bu günədək həyata keçirməmiş və dəfələrlə edilən müraciətlər nəticəsiz qalmışdır. Cavabdeh tərəfindən müqavilə üzrə ödənişin xx.xx.2024-cü il tarixindən etibarən bu günədək gecikdirilməsi nəticəsində, iddiaçının pul vəsaitindən qanunsuz istifadə edilmiş və bununla da iddiaçının qanuni faiz olan 670 (altı yüz yetmiş) manat pul tələb etmək hüququ yaranmışdır. Beləliklə, cavabdeh müqavilə ilə üzərinə götürdüyü ödəniş öhdəliyini icra etməməklə iddiaçının hüquqlarını pozmuş, ona maddi zərər vurmuşdur və bu zərərin, habelə qanuni faizlərin məhkəmə qaydasında tutulması zəruridir. Bundan sonra İddiaçı nümayəndəsi iddia ərizəsinə dəqiqləşdirmə verərək, cavabdeh tərəfindən ödənilməli olan 5 000 manat borcun ödənilməli olduğu vaxtdan cari vaxtadək ödənilmədiyi nəzərə alınaraq, ona 5000+7.5%=375 manat faiz borcu hesablanmasını göstərmiş və Cavabdeh 5.000 (beş min) manat məbləğində əsas borcun, 375 (üç yüz yetmiş beş) manat faiz borcunun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 77 (yetmiş yeddi) manat dövlət rüsumunun, ümumilikdə 5.452 (beş min dörd yüz əlli iki) manat vəsaitin iddiaçı “Portağal" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixli, 03/24 nömrəli müqaviləyə əsasən Cavabdeh İddiaçındən dəyəri 5.000 manat olan: gaming PC dəsti (360hz monitor, rul, klaviatura, mouse, kovrik) avadanlıqlar alaraq, onların ödənişini xx.xx.2024-cü il tarixinədək həyata keçirilməli olsa da, uzun müddət iddiaçının tələblərinə məhəl qoymayaraq, pul vəsaitini qaytarmaqdan imtina etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasiar nəticəsində əmələ gəlməsi halları istisna olməola. öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Beləliklə, məhkəmə, tədqiq olunmuş sübutlara əsasən Cavabdeh İddiaçından 5.000 manat məbləğində borcunun olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, 5.000 manat məbləğində borc və həmin məbləğin 1 il 6 ay müddətində qaytarılmamasına görə illik 5% olmaqla 375 manat məbləğində faiz məbləği cavabdehdən alınıb iddiaçıya verilməlidir. (5.000AZN:100%=50AZNx7,5%=375AZN) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə 77 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrin rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5.000 manat əsas borc, həmin məbləğə illik 5%-lə hesablanmış 375 manat faiz məbləği, ödənilmiş 77 manat dövlət rüsumu olmaqla, cəmi 5.452 (beş min dörd yüz əlli iki) manat məbləğində pul vəsaiti alınıb İddiaçına verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(5-161)-5/2026
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-161)-5/2026
12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver