Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(5-161)-55/2026 16.03.2026 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi barədə” kiçik iddiaya dair ərizəsi üzrə mülki işə məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 832.66 manat ödənilməmiş hissə, 83.27 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 670.84 manat ödənilməmiş hissə, 67.08 manat cərimə olmaqla, ümumilikdə 1653.85 manat borcun və 36.54 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3466.44 (üç min dörd yüz altmış altı manat 44 qəpik) manat (12 ay x 288.87 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********47919 İPHONE 15 PRO, PAKET XXL xidməti, ZƏMANƏT + 1 İL xidməti üçün ümumilikdə, 915.93 (doqquz yüz on beş manat 93 qəpik) manat olmaqla ondan, 832.66 (səkkiz yüz otuz iki manat 66 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 83.27 (səksən üç manat 27 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1512 (bir min beş yüz on iki ) manat (18 ay x 84 manat + 0 manat ilkin ödəniş) olan ZƏMANƏT + 2 İL xidməti, soyuducu TOSHİBA üçün ümumilikdə, 737.92 (yeddi yüz otuz yeddi manat 92 qəpik) manat olmaqla ondan, 670.84 (altı yüz yetmiş manat 84 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 67.08 (altmış yeddi manat 8 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, xx.xx.2024-cü il tarixində REKLAM BLOKLAYİCİ AWAX ÖMÜRLÜK, OPENTUBE 12 AY, KASPERSKY STANDART MOBİLE 1P/1Y, PAKET XXL xidmətindən imtina etmiş və məhsullar 127,4 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 2506.38 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 127.4 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 841.16 manat təşkil edir. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozaraq qeyd olunan borcun ödənilməsini təmin etməmişdir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işdəki sənədləri, sübutları, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, cavabdeh alqı-satqı qiyməti 3466,44 manat olan İmei kod **********47919 İPHONE 15 PRO, PAKET XXL xidməti, ZƏMANƏT + 1 İL xidməti; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1512 manat olan ZƏMANƏT + 2 İL xidməti, soyuducu TOSHİBA almışdır. "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdehnun xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 832,66 manat ödənilməmiş hissə, 83,27 manat cərimə borcu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 670,84 manat ödənilməmiş hissə, 67,08 manat cərimə olmaqla, ümumilikdə cəmi 1653,85 manat borcu vardır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 36,54 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla Cavabdehnun iddiaçı "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 832,66 manat ödənilməmiş hissə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 670,84 manat ödənilməmiş hissə borcunun qalması müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 83,27 manat cərimənin, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 67,08 manat cərimənin alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, xx.xx.2024-ci il tarixli müqavilə üzrə tələb olunan cərimə 43,27 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 37,08 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 96 faiz həcmində təmin edildiyinə görə 36,54 manat dövlət rüsumunun 35,08 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Kiçik iddiaya dair ərizə qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 832,66 manat ödənilməmiş hissə, 43,27 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 670,84 manat ödənilməmiş hissə, 37,08 manat cərimə olmaqla, ümumilikdə 1583,85 (bir min beş yüz səksən üç manat 85 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 35,08 (otuz beş manat 8 qəpik) manat hissəsi tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(5-161)-55/2026
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-161)-55/2026
16.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver