Məhkəmə qərarları › İş №e-2(5-163)-67/2026

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-163)-67/2026

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(5-163)-67/2026 04.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli 16658499 saylı fakturaya əsasən 266.36 manat ödənilməmiş hissə, 26.64 manat cərimə; xx.xx.2025ci il tarixli ********** saylı müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən 184.38 manat ödənilməmiş hissə, 18.44 manat cərimə; xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli 02618665 saylı fakturaya əsasən 79.28 manat ödənilməmiş hissə, 7.93 manat cərimə olmaqla, ümumilikdə 583.02 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli 16658499 saylı, xx.xx.2025ci il tarixli ********** saylı müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli ********* saylı və xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli 02618665 saylı müqavilələrə əsasən, Deluca qazan dəsti, 2 ədəd yastıq, 2 ədəd laura grand yataq dəsti, deluca yataq dəsti və Laura grand yataq örtüyü almış və nəticədə 583.02 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli 16658499 saylı fakturaya əsasən, alqı-satqı qiyməti 318.06 manat (18 ay x 16.67 manat + 18 manat ilkin ödəniş) Deluca qazan dəsti üçün ümumilikdə 293 manat olmaqla ondan, 266.36 manat ödənilməmiş hissə, güzəşt olunaraq 26.64 manat cərimə; xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli ********* fakturaya əsasən, alqı-satqı qiyməti 297.8 manat (6 ay x 46.3 manat + 20 manat ilkin ödəniş) olan 2 ədəd yastıq, 2 ədəd laura grand yataq dəsti, deluca yataq dəsti üçün ümumilikdə 202.82 manat olmaqla ondan, 184.38 manat ödənilməmiş hissə, güzəşt olunaraq 18.44 manat cərimə; xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli 02618665 fakturaya əsasən, alqı-satqı qiyməti 170.2 manat (6 ay x 26.7 manat + 10 manat ilkin ödəniş) Laura grand yataq örtüyü üçün ümumilikdə 87.21 manat olmaqla ondan, 79.28 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7.93 manat cərimə borcu var. Cavabdehin cəmi ödədiyi məbləğ 256.04 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli 16658499, xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli ********* və xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli 02618665 faktura Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İş materiallarında olan satıcı "xxxx" ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli 16658499 fakturaya əsasən, dəyəri 318.06 manat olan Deluca qazan dəsti; xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli ********* fakturaya əsasən, dəyəri 297.8 manat olan 2 ədəd yastıq, 2 ədəd laura grand yataq dəsti, deluca yataq dəsti və xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli 02618665 fakturaya əsasən, dəyəri 170.2 manat olan Laura grand yataq örtüyü satıcı tərəfindən alıcının mülkiyyətinə verilmiş, alıcı əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli 16658499 saylı fakturaya əsasən 266.36 manat ödənilməmiş hissə, 26.64 manat cərimə; xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən 184.38 manat ödənilməmiş hissə, 18.44 manat cərimə; xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli 02618665 saylı fakturaya əsasən 79.28 manat ödənilməmiş hissə, 7.93 manat cərimə olmaqla, ümumilikdə 583.02 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında nisyə alqısatqı barədə müqavilə bağlandıqdan sonra, cavabdeh müqavilə üzrə pul öhdəliyini lazımınca yerinə yetirməmişdir, onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas və cərimə borc məbləğlərinin ödənilməsini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 mannat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli 16658499 saylı fakturaya əsasən 266.36 manat ödənilməmiş hissə, 26.64 manat cərimə; xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən 184.38 manat ödənilməmiş hissə, 18.44 manat cərimə; xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi-xx.xx.2025-ci il tarixli 02618665 saylı fakturaya əsasən 79.28 manat ödənilməmiş hissə, 7.93 manat cərimə olmaqla, ümumilikdə 583 (beş yüz səksən üç) manat 02 (iki) qəpik pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar