Məhkəmə qərarları › İş №e-2(5-164)-26/2026

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-164)-26/2026

13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(5-164)-26/2026 13.02.2026 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçı MMC-nin xeyrinə 02 mart 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 216,64 manat ödənilməmiş hissə, 21,66 manat cərimə, 11 aprel 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 539,04 manat ödənilməmiş hissə, 53,90 manat cərimə, 02 fevral 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 873,90 manat ödənilməmiş hissə, 87,39 manat cərimə, 18 aprel 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1182,06 manat ödənilməmiş hissə, 118,21 manat cərimə, 29 aprel 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 568,08 manat ödənilməmiş hissə, 56,81 manat cərimə və 29 mart 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 555,61 manat ödənilməmiş hissə, 55,56 manat cərimə olmaqla, hər altı müqavilə üzrə ümumilikdə 4328,86 manat borcun və 63,29 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02 mart 2025-ci il, 11 aprel 2025-ci il, 02 fevral 2025-ci il, 18 aprel 2025-ci il, 29 aprel 2025-ci il, və 29 mart 2025-ci il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdeh ümumi qiyməti 324,96 manat dəyərində olan qızıl zəmanət ultra 3 il xidməti və “BOSCH” markalı ətçəkən, ümumi qiyməti 539,04 manat dəyərində olan “XİAOMİ REDMİ NOTE 14” markalı mobil telefon, ümumi qiyməti 1027,08 manat dəyərində olan “XİAOMİ REDMİ 13” markalı mobil telefon, “XİAOMİ REDMİ 13” markalı mobil telefon, 4 ədəd vinil şəffaf və 2 ədəd qızıl zəmanət ultra 3 il xidməti, ümumi qiyməti 1182,06 manat dəyərində olan “SAMSUNG GALAXY A 56” markalı mobil telefon, ümumi qiyməti 568,08 manat dəyərində olan “XİAOMİ REDMİ NOTE 14” markalı mobil telefon və ümumi qiyməti 606,12 manat dəyərində olan paket L xidməti, “XİAOMİ REDMİ BUDS” markalı qulaqlıq, “XİAOMİ REDMİ NOTE 13” markalı mobil telefon və vinil mat satın almışdır. Lakin, cavabdeh müqavilələrin şərtlərini pozaraq, borcundan bu günədək 312,01 manat ödəniş etmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq, o, müqavilələr üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Nəticədə, onun hər altı müqavilə üzrə cəmi 4328,86 manat borcu yaranmışdır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə, habelə Ucar RİH-nin başçısının Qazyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 yanvar 2026-cı il tarixli məktubdan görünür ki, cavabdeh sözügedən ünvanda yaşamadığına görə məhkəmə bildirişinin surəti ünvana çatdırılması mümkün olmamış, halhazırda onun harada yaşaması nümayəndəliyə məlum deyildir. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi iddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02 mart 2025-ci il, 11 aprel 2025-ci il, 02 fevral 2025-ci il, 18 aprel 2025-ci il, 29 aprel 2025-ci il, və 29 mart 2025-ci il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdeh ümumi qiyməti 324,96 manat dəyərində olan qızıl zəmanət ultra 3 il xidməti və “BOSCH” markalı ətçəkən, ümumi qiyməti 539,04 manat dəyərində olan “XİAOMİ REDMİ NOTE 14” markalı mobil telefon, ümumi qiyməti 1027,08 manat dəyərində olan “XİAOMİ REDMİ 13” markalı mobil telefon, “XİAOMİ REDMİ 13” markalı mobil telefon, 4 ədəd vinil şəffaf və 2 ədəd qızıl zəmanət ultra 3 il xidməti, ümumi qiyməti 1182,06 manat dəyərində olan “SAMSUNG GALAXY A 56” markalı mobil telefon, ümumi qiyməti 568,08 manat dəyərində olan “XİAOMİ REDMİ NOTE 14” markalı mobil telefon və ümumi qiyməti 606,12 manat dəyərində olan paket L xidməti, “XİAOMİ REDMİ BUDS” markalı qulaqlıq, “XİAOMİ REDMİ NOTE 13” markalı mobil telefon və vinil mat satın almışdır. Lakin, cavabdeh müqavilələrin şərtlərini pozaraq, borcundan bu günədək 312,01 manat ödəniş etmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq, o, müqavilələr üzrə yaranmış borcunu ödəməkdən yayınmış, nəticədə, onun 02 mart 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 216,64 manat ödənilməmiş hissə, 21,66 manat cərimə, 11 aprel 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 539,04 manat ödənilməmiş hissə, 53,90 manat cərimə, 02 fevral 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 873,90 manat ödənilməmiş hissə, 53,90 manat cərimə, 18 aprel 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1182,06 manat ödənilməmiş hissə, 118,21 manat cərimə, 29 aprel 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 568,08 manat ödənilməmiş hissə, 56,81 manat cərimə və 29 mart 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 555,61 manat ödənilməmiş hissə, 55,56 manat cərimə olmaqla, hər altı müqavilə üzrə ümumilikdə 4328,86 manat borcu yaranmış, həmçinin "xxxx" MMC məhkəməyə müraciət edərkən 63,29 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin Məcəllənin 443-cü maddəsinin tələbinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, Cavabdeh hər dörd alqı-satqı müqavilələri üzrə öz riski ilə müqavilələri bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284- 5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 02 mart 2025-ci il tarixli alqı-satqı müqaviləsi üzrə qızıl zəmanət ultra 3 il xidmətinə və “BOSCH” markalı ətçəkənə görə 216,64 manat ödənilməmiş hissə, 21,66 manat cərimə, 11 aprel 2025-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə “XİAOMİ REDMİ NOTE 14” markalı, **********49902, **********84910 İMEİ kodlu mobil telefona görə 539,04 manat ödənilməmiş hissə, 53,90 manat cərimə, 02 fevral 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə “XİAOMİ REDMİ 13” markalı, **********92065, **********92073 İMEİ kodlu mobil telefona, “XİAOMİ REDMİ 13” markalı, **********29669, **********29677 İMEİ kodlu mobil telefona, 4 ədəd vinil şəffafa və 2 ədəd qızıl zəmanət ultra 3 il xidmətinə görə 873,90 manat ödənilməmiş hissə, 87,39 manat cərimə, 18 aprel 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə “SAMSUNG GALAXY A56” markalı, **********94935, **********94933 İMEİ kodlu mobil telefona görə 1182,06 manat ödənilməmiş hissə, 118,21 manat cərimə, 29 aprel 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə “XİAOMİ REDMİ NOTE 14” markalı, **********48561, **********48579 İMEİ kodlu mobil telefona 568,08 manat ödənilməmiş hissə, 56,81 manat cərimə və 29 mart 2025-ci il tarixli alqı-satqı müqaviləsi üzrə paket L xidmətinə, “XİAOMİ REDMİ BUDS” markalı qulaqlığa və “XİAOMİ REDMİ NOTE 13” markalı, **********01462, **********01470 İMEİ kodlu mobil telefona görə 555,61 manat ödənilməmiş hissə, 55,56 manat cərimə olmaqla, hər altı müqavilə üzrə ümumilikdə 3935,33 manat ödənilməmiş hissə, 393,53 manat cərimə olmaqla, cəmi 4328,86 manat borc və ödənilmiş 63,29 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 02 mart 2025-ci il tarixli alqı-satqı müqaviləsi üzrə qızıl zəmanət ultra 3 il xidmətinə və “BOSCH” markalı ətçəkənə görə 216,64 manat ödənilməmiş hissə, 21,66 manat cərimə, 11 aprel 2025-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə “XİAOMİ REDMİ NOTE 14” markalı, **********49902, **********84910 İMEİ kodlu mobil telefona görə 539,04 manat ödənilməmiş hissə, 53,90 manat cərimə, 02 fevral 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə “XİAOMİ REDMİ 13” markalı, **********92065, **********92073 İMEİ kodlu mobil telefona, “XİAOMİ REDMİ 13” markalı, **********29669, **********29677 İMEİ kodlu mobil telefona, 4 ədəd vinil şəffafa və 2 ədəd qızıl zəmanət ultra 3 il xidmətinə görə 873,90 manat ödənilməmiş hissə, 87,39 manat cərimə, 18 aprel 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə “SAMSUNG GALAXY A56” markalı, **********94935, **********94933 İMEİ kodlu mobil telefona görə 1182,06 manat ödənilməmiş hissə, 118,21 manat cərimə, 29 aprel 2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə “XİAOMİ REDMİ NOTE 14” markalı, **********48561, **********48579 İMEİ kodlu mobil telefona 568,08 manat ödənilməmiş hissə, 56,81 manat cərimə və 29 mart 2025-ci il tarixli alqı-satqı müqaviləsi üzrə paket L xidmətinə, “XİAOMİ REDMİ BUDS” markalı qulaqlığa və “XİAOMİ REDMİ NOTE 13” markalı, **********01462, **********01470 İMEİ kodlu mobil telefona görə 555,61 manat ödənilməmiş hissə, 55,56 manat cərimə olmaqla, hər altı müqavilə üzrə ümumilikdə 3935,33 manat ödənilməmiş hissə, 393,53 manat cərimə olmaqla, cəmi 4328,86 (dörd min üç yüz iyirmi səkkiz manat səksən altı qəpik) manat borc və ödənilmiş 63,29 (altmış üç manat iyirmi doqquz qəpik) manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar