Məhkəmə qərarları › İş №e-2(5-166)-477/2026

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-166)-477/2026

17.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № e-2(5-166)-477/2026 17.03.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi X3, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair (kiçik mübahisələrə dair) iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM : İddiaçı X1 Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair (kiçik mübahisələrə dair) iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilməmişdir. İddia ərizəsindən məlum olur ki, cavabdeh Novruzov X2 rayonunun Abdullauşağı ərazi dairəsi üzrə, Ağyataq kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı “"xxxx" MMC-nin hazırki iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etməsi yol verilən deyil. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əməl etdikdən sonra, təkrar ərazi aidiyyətı üzrə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.3, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı “ABC Telecom" MMC-nin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair (kiçik mübahisələrə dair) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. ********** saylı qəbzlə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu “ABC Telecom" MMC-yə qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əməl etdikdən sonra, təkrar ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində yazılı şəkildə Yevlax Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar