Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(5-85)-65/2026 06.03.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Aynur Əvəz qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********41350 HONOR X9B markalı telefon, paket XXL xidməti üçün 244,34 (iki yüz qırx dörd manat, 34 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 24,43 (iyirmi dörd manat,43 qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Apple Adapter, Paket XXL xidməti üçün 104,44 (bir yüz dörd manat, 44 qəpik) manat ödənilməmiş hissə, 10,44 (on manat, 44 qəpik) manat cərimə ümumilikdə 407,26 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə imei kodu **********41350 HONOR X9B markalı telefon, paket XXL xidməti, İMEİ kodu **********99124 İPHONE 14 PRO MAX markalı telefon, Apple Adapter, X11 il xidməti, paket XXL xidməti almış və nəticədə 407,26 (dörd yüz yeddi manat, 26 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1029,14 (bir min iyirmi doqquz manat, 14 qəpik) manat (18 ay x 47,73 manat + 170 manat ilkin ödəniş) olan imei kodu **********41350 HONOR X9B markalı telefon, paket XXL xidməti üçün ümumilikdə, 292,37 (iki yüz doxsan iki manat, 37 qəpik) manat olmaqla ondan, 244,34 (iki yüz qırx dörd manat, 34 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 24,43 (iyirmi dörd manat, 43 qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4838,4 (dörd min səkkiz yüz otuz səkkiz manat, 40 qəpik) manat (18 ay x 268,8 manat + 0 manat ilkin ödəniş) olan imei kodu **********99124 İPHONE 14 PRO MAX markalı telefon, Apple Adapter, X11 il xidməti, paket XXL xidməti üçün ümumilikdə, 114,88 (bir yüz on dörd manat, 88 qəpik) manat olmaqla ondan, 104,44 (bir yüz dörd manat, 44 qəpik) manat ödənilməmiş hissə, güzəşt 10,44 (on manat, 44 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən imei kodu **********99124 İPHONE 14 PRO MAX markalı telefondan və X1 1 il Xidmətindən xx.xx.2023-cü il tarixində imtina etmiş və məhsul 4649.46 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 84,5 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 4649,46 manat, ümumilikdə, 4733,96 manat təşkil edir. Cavabdehin digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 784,8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ******* saylı müqaviləyə və müqaviləyə əlavəyə əsasən, alqı-satqı qiyməti 1029.07 manat (ümumi olaraq 18 ay x 47.73 + 170 manat ilkin ödəniş olmaqla ümumi məbləğ 1029.07 manat təşkil edir) olan “HONOR X9B 12/256 Gb Midnight” markalı mobil telefon və Paket XXL xidməti almışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 14894875 saylı müqaviləyə və müqaviləyə əlavəyə əsasən, alqı-satqı qiyməti 4838.39 manat (ümumi olaraq 18 ay x 268.8 + 0 manat ilkin ödəniş olmaqla ümumi məbləğ 4838.39 manat təşkil edir) olan “İPHONE 14 PRO MAX 256 GB” markalı mobil telefon, Apple 20W USB-C Adapter, Paket XXL və X1 1 il xidməti almışdır. xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli bildirişlərdən və əşyanın təhvil-təslim aktlarından görünür ki, “HONOR X9B” və “İPHONE 14 PRO” markalı mobil telefonlar cavabdeh tərəfindən tam qüsursuz şəkildə təhvil alınmışdır. Babək Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh, nisyə alqı-satqı müqaviləsi əsasında satılmış İmei kodu **********41350 HONOR X9B markalı mobil telefonun açılıb bağlanılması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23.60 (iyirmi üç manat, altmış qəpik) AZN pul ödənilmişdir. xx.xx.2026-cı il tarixə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə Cavabdeh "xxxx" MMC-yə 244.34 (iki yüz qırx dörd manat, otuz dörd qəpik) manat ödənilməmiş hissə, 24.43 (iyirmi dörd manat, qırx üç qəpik) manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, altmış qəpik) manat olmaqla cəmi 292.37 (iki yüz doxsan iki manat, otuz yeddi qəpik) manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə Cavabdeh "xxxx" MMC-yə 104.44 (bir yüz dörd manat, qırx dörd qəpik) manat ödənilməmiş hissə, 10.44 (on manat, qırx dörd qəpik) manat cərimə borcu olmaqla cəmi 114.88 (bir yüz on dörd manat, səksən səkkiz qəpik) manat borcu var. "xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlə bağlanmış müqaviləyə əsasən cavabdeh “Apple” markalı telefon, adapter, “Honor” mobil telefon və Paket XXL xidməti almış, lakin müqavilə üzrə öhdəlikləri gecikdirmiş və müqavilənin şərtlərinə əsasən gecikdirilən günlərə görə hesablanmış borcu ödəməsi tələb olunur. Çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2026-cı il tarixli, ********** №-li mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz manat) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən borc məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və xx.xx.2026-cı il tarixə cavabdehin iddiaçıya olan borcunu əks etdirən maliyyə və ödəniş cədvəlini əsas götürüb, hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli ******* saylı müqavilə üzrə hesablanmış 24.43 (iyirmi dörd manat, qırx üç qəpik) manat və xx.xx.2023-cü il tarixli 14894875 saylı müqavilə üzrə hesablanmış 10.44 (on manat, qırx dörd qəpik) manat cərimə borcunu əsas borc məbləğinə mütənasib olmadığından onların məbləği azaldılmalı, müvafiq olaraq xx.xx.2024-cü il tarixli ******* saylı müqavilə üzrə 12 (on iki manat) manat, xx.xx.2023-cü il tarixli 14894875 saylı müqavilə üzrə 5 (beş manat) manata endirilməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli ******* saylı müqavilə üzrə 244.34 (iki yüz qırx dörd manat, otuz dörd qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 12 (on iki manat) manat məbləğində cərimə, ümumilikdə, 279,94 (iki yüz yetmiş doqquz manat, doxsan dörd qəpik) manat borc, xx.xx.2023-cü il tarixli 14894875 saylı müqavilə üzrə 104.44 (bir yüz dörd manat, qırx dörd qəpik) manat ödənilməmiş hissə, 5 (beş manat) manat məbləğində cərimə, ümumilikdə, 109.44 (bir yüz doqquz manat qırx dörd qəpik) manat borc, ümumilikdə 389,38 (üç yüz səksən doqquz manat otuz səkkiz qəpik) və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ******* saylı müqavilə üzrə 244.34 (iki yüz qırx dörd manat, otuz dörd qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 12 (on iki manat) manat məbləğində cərimə, ümumilikdə, 279,94 (iki yüz yetmiş doqquz manat, doxsan dörd qəpik) manat borc, xx.xx.2023-cü il tarixli 14894875 saylı müqavilə üzrə 104.44 (bir yüz dörd manat, qırx dörd qəpik) manat ödənilməmiş hissə, 5 (beş manat) manat məbləğində cərimə, ümumilikdə, 109.44 (bir yüz doqquz manat qırx dörd qəpik) manat borc, ümumilikdə 389,38 (üç yüz səksən doqquz manat otuz səkkiz qəpik) və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Əhmədova
Məhkəmə qərarları › İş №e-2(5-85)-65/2026
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-85)-65/2026
06.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver