Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(5-85)-7/2026 02.02.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə “06” yanvar 2026-cı ildə Cavabdeh qarşı iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 20 aprel 2024-cü il tarixli AZL-2465 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 03 oktyabr 2025-ci il tarixə ödənilməmiş 303.47 manat gecikdirilmiş əsas, 216.48 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 362.49 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 3701.80 manat olmaqla ümumilikdə 4584.24 manat borc və ödənilmiş 65.85 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin «07» yanvar 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmiş və mülki işin baxılmağa hazırlanması haqqında qərardad qəbul edilərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 167-ci maddəsinin tələblərinə uyğun olaraq işin məhkəmədə baxılmağa hazırlanmasına yönəlmiş müvafiq hazırlıq hərəkətlər edilmişdir. İddiaçı “Elektron Məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək cavabdeh X2 qarşı lizinq müqaviləsindən irəli gələn iddia tələbinə dair ərizə ilə məhkəməyə müraciət etdiklərini, iş məhkəmə icraatında olarkən tərəflər arasında razılıq əldə olunduğunu, qeyd olunanların nəzərə alınaraq işin baxılmamış saxlanması haqqında qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını və iddiaçının ərizəsinin məqsədini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddiaçı tərəfindən iddia qaldırılarkən “AsanPay” vasitəsi ilə 05 yanvar 2026-cı il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 65.85 (altmış beş manat, səksən beş qəpik) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən iddia qaldırılarkən “AsanPay” vasitəsi ilə 05 yanvar 2026-cı il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 65.85 (altmış beş manat, səksən beş qəpik) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay İsmayıl
Məhkəmə qərarları › İş №e-2(5-85)-7/2026
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-85)-7/2026
02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver