Məhkəmə qərarları › İş №e-2(5-85)-74/2026

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-85)-74/2026

05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(5-85)-74/2026 05.02.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi X1 “KİND SƏS“ Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi və malın geri qaytarılması tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri birlikdə nəzərdən keçirərək m ü ə y y ə n e t d i: İddiaçı “KİND SƏS“ Məhdud Məsuliyyətli Cəmiyyəti 02 fevral 2026-cı ildə məhkəməyə ərizə ilə müraciət edərək, müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində iddiaçıya dəymiş 1.560 AZN məbləğində zərərin əvəzinin, habelə ödənilmiş 36 manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması, eləcə də satılmış malın cavabdehdən geri alınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində (bundan sonra – “MPM”) nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilibverilməməsini yoxlayır. MPM-in 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. MPM-in 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) ərizəyə əlavə edilməlidir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 9.1-ci maddəsinə görə müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar vasitəsilə həll edilir. Müqavilənin 9.2-ci maddəsinə görə hazırki müqavilə üzrə bütün mübahisələr tərəflərin öz aralarında pretenziya irəli sürüməsi qaydası ilə həll edilir. Sözügedən halda məhkəməyə daxil olmuş kiçik mübahisələrə dair ərizə iddiaçı cavabdeh tərəflə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması tələbinə riayət etmədiyindən, riayət edildiyi halda isə buna dair sənədi ərizəyə əlavə etmədiyindən geri qaytarılmalıdır. MPM-in 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud həmin Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Sözügedən halları nəzərə alan məhkəmə belə hesab edir ki, “KİND SƏS“ Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi və malın geri qaytarılması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçının diqqətinə çatdırılır ki, sözügedən nöqsan iddia ərizəsinin geri qaytarılmasına dair məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə qeyd olunmasına baxmayaraq aradan qaldırılmadan yenidən məhkəməyə müraciət olunmuşdur. Sözügedən hal məhkəmənin iş yükünün lüzumsuz artımına səbəb olur. MPM-in 114.1 və 114.1.3-cü maddələrinə əsasən Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda, “KİND SƏS“ Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsilə xx.xx.2026-cı il tarixdə, ********** nömrəli qəbzlə ödədiyi 36 (otuz altı) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Ərizə geri qaytarılmalı olduğundan iddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanları və MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: “KİND SƏS“ Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi və malın geri qaytarılması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. “KİND SƏS“ Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsilə xx.xx.2026-cı il tarixdə, ********** nömrəli qəbzlə ödədiyi 36 (otuz altı) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar