Məhkəmə qərarları › İş №e-2(5-87)-1/2026

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-87)-1/2026

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(5-87)-1/2026 11.02.2026 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi İbrahimov İlham Sadət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı alqı-satqı müqavilə üzrə borcun alınması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********38255 İPHONE 16 PRO markalı telefon, APPLE ADAPTER, ZƏMANƏT + 2 İL XİDMƏTİ üçün 2497,84 (iki min dörd yüz doxsan yeddi manat, 84 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 249,78 (iki yüz qırx doqquz manat, 78 qəpik) manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********96406 İPHONE 15 markalı telefon, APPLE ADAPTER üçün 2067,94 (iki min altmış yeddi manat, 94 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 206.79 (iki yüz altı manat, 79 qəpik) manat dəbbə, ümumilikdə 5069,56 manat borc, 70,70 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən İMEİ KODU **********38255 İPHONE 16 PRO markalı telefon, APPLE ADAPTER, ZƏMANƏT + 2 İL XİDMƏİMTİE, İMEİ KODU **********96406 İPHONE 15 markalı telefon, APPLE ADAPTER almış və nəticədə 5069,56 (beş min altmış doqquz manat, 56 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3302,84 (üç min üç yüz iki manat, 84 qəpik) manat (18 ay x 147.38 manat + 650 manat ilkin ödəniş) olan İMEİ KODU **********38255 İPHONE 16 PRO markalı telefon, APPLE ADAPTER, ZƏMANƏT + 2 İL XİDMƏTİ üçün ümumilikdə, 2771,22 (iki min yeddi yüz yetmiş bir manat, 22 qəpik) manat olmaqla ondan, 2497,84 (iki min dörd yüz doxsan yeddi manat, 84 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 249,78 (iki yüz qırx doqquz manat, 78 qəpik) manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2192,94 (iki min yüz doxsan iki manat, 94 qəpik) manat (18 ay x 121,83 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********96406 İPHONE 15 markalı telefon, APPLE ADAPTER üçün ümumilikdə, 2298,33 (iki min iki yüz doxsan səkkiz manat, 33 qəpik) manat olmaqla ondan, 2067,94 (iki min altmış yeddi manat, 94 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 206.79 (iki yüz altı manat, 79 qəpik) manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 930 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İş üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına iştirakı olmadan baxılmasını, iddianı müdafiə etdiyini və qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edərək iddiaçının nümayəndəsinin isə məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdeh tərəfindən iddia üzrə rəy və etiraz daxil olmamışdır. İş materiallarına əlavə olunmuş:xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilədən və ona əlavə olunmuş xx.xx.2025-ci il tarixli bildirişdən aydın olur ki, həqiqətən də iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilələr bağlanmış və cavabdeh kreditorun müştəri xidmətlərindən istifadə etmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 2192,94 manat (18 ay x 121,83 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********96406 İPHONE 15 markalı telefon, APPLE ADAPTER almışdır. xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2025-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan məhsullar tam qüsursuz halda, imza edilərək təhvil alınmışdır. xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilənin 2.2-ci bəndinə əsasən “Müştəri” qəbul və bəyan edir ki, ********** mobil nömrəsi onun istifadəsindədir. “Müştəri”, həmçinin bu mobil nömrə(lər) dən göndərilən (göndəriləcək) SMS məzmunlarının və məlumatların hər bir halda onun özü tərəfindən göndərilmiş olduğunu qəbul edir və bu halı mübahisələndirmir. Həmin SMS məzmunlar və məlumatlar bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Bu bənddə göstərilən mobil nömrə(lər)dən verilmiş sifarişlər üzrə bütün məsuliyyəti müştəri daşıyır. xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 10 (on) il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində “Müştəri”nin bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə ABC-dən mal və (və ya) xidmət əldə etmək hüququ var. xx.xx.2025-ci il tarixli ********** nömrəli müqaviləyə əlavə olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 3302,84 manat (18 ay x 147.38 manat + 650 manat ilkin ödəniş) olan İMEİ KODU **********38255 İPHONE 16 PRO markalı telefon, APPLE ADAPTER, ZƏMANƏT + 2 İL XİDMƏTİ almışdır. xx.xx.2025-ci il tarixli ********** nömrəli müqaviləyə əlavə olan xx.xx.2025-ci il tarixli bildirişin ayrılmaz tərkib hissəsi olan xx.xx.2025-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan mal(lar)/xidmət(lər) tam qüsursuz halda, imza edilərək təhvil alınmışdır. xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilələrin 3.5-ci bəndinə əsasən “Müştəri” “Müqavilə” üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində mübahisəsiz olaraq penya ödəyir. 24 dekabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələr üzrə cavabdehin həmin tarixə 4565.78 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47.20 manat rüsum və 456.58 manat cərimə olmaqla ümumilikdə 5069.56 manat borcu vardır və cavabdeh həmin tarixədək xx.xx.2025-ci il tarixli müqavilə üzrə ilkin ödəniş daxil olmaqla 125 manat və xx.xx.2025-ci il tarixli müqavilə üzrə ilkin ödəniş daxil olmaqla 805 manat ödəməklə ümumilikdə 930 manat ödəniş etmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" MMCyə olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci maddəsinə əsasən, aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə ərizə verilərkən 70.70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alqısatqı müqavilələri ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilələrdə nəzərdə tutulan əşyaları Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqavilələri ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş və nəticədə onun iddiaçının qarşısında xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələr üzrə 24 dekabr 2025-ci il tarixə 4565.78 manat ödənilməmiş hissə, 456.58 manat cərimə olmaqla ümumilikdə 5022.36 manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilələr bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələr üzrə öz üzərinə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, iddiaçı "xxxx" MMC-yə ödənilməli olan əsas borcu vaxtında ödəməmiş və bu səbəbdən də, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinin şərtlərinə əsasən iddiaçı "xxxx" MMC-nin cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin və cərimə borcunun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. İddiaçının həmin tələblə bağlı müqavilələr üzrə 4565.78 manat ödənilməmiş hissəsi işin araşdırılan halları və təqdim edilmiş sənədlərlə öz təsdiqini tapdığından təmin edilməlidir. Məhkəmə iddiaçının cərimənin ödənilməsi tələbinə dair qeyd edir ki, iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin iddiaçı cavabdehdən 4565.78 manat əsas borcuna münasibətdə 456.58 manat cərimə tələb etmişdir. Məhkəmə hesab edir ki, cərimənin miqdarının bu qədər çox olması borclunun mülkiyyət maraqlarının qorunması və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısının alınması baxımından məqsədəmüvafiq deyildir. Məhkəmə iddiaçının cərimə tələbinə münasibətdə belə nəticəyə gəlir ki, müqavilələrin şərtlərinə və qanunvericiliyin tələbinə əsasən iddiaçının 456.58 manat məbləğində cərimə tələbi iddia tələbinin məbləğinə mütənasib deyil və azaldılmalıdır. Bu səbəbdən də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tətbiqi baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 228 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, iddia tələbi İnnovativ Layihələr Mərkəzi rüsumu tələbinə dair hissə də təmin edilməməlidir. Belə ki, göstərilən rüsumun cavabdeh tərəfindən ödənilməsi öhdəliyi müqavilədə nəzərdə tutulmamış, həmçinin belə bir rüsumun iddiaçı tərəfindən ödənildiyini təsdiq edən hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmiş və yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Hazırda iddiaçı əşyanın dəyərinin ödənilməmiş hissəsini tələb edir, onun tələbi əşyanın qaytarılması, bu məqsədlə onun istifadəsinə məhdudiyyətin qoyulması və buna görə hər hansı rüsumun ödənilməsi zərurəti ilə bağlı deyildir. İşə əlavə olunmuş İnnovativ Layihələr Mərkəzi tərəfindən verilmiş təhvil-təslim aktında X1 verilən malın istifadəsinin mümkünsüz edilməsi və ya cihazın İmei kodunun deaktiv olunması ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edilməsi, məhdudiyyətin aradan qaldırılması hallarını müəyyən etmək mümkün olmur. Təhvil-təslim aktında sadəcə İnnovativ Layihələr Mərkəzi tərəfindən açıq-bağlı əməliyyatların sayı göstərilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən ərizəyə əlavə edilən cavabdehin borcunu əks etdirən maliyyə və ödəniş cədvəlini əsas götürüb təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələr üzrə 24 dekabr 2025-ci il tarixə 4565.78 manat ödənilməmiş hissə, 228 manat cərimə olmaqla ümumilikdə 4793.78 manat məbləğində pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 70.70 manat dövlət rüsumunun 66.85 manatlıq hissəsi cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələr üzrə 4565.78 manat ödənilməmiş hissə, 228 manat cərimə, cəmi 4793.78 manat borc və iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 66.85 manatlıq hissəsi olmaqla ümumilikdə 4860.63 (dörd min səkkiz yüz altmış manat, altmış üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar