Məhkəmə qərarları › İş №e-2(5-88)-11/2026

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(5-88)-11/2026

02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(5-88)-11/2026 02.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (Kiçik iddialara dair işlər üzrə ərizənin baxılmamış saxlanılması barədə) Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37 ünvanında yerləşən iddiaçı təşkilat İddiaçı QSCnin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədlərə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: « İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı QSC-nin xeyrinə SBF000411 saylı xx.xx.2024-cü il tarixli Nisyə Alqısatqı müqaviləsi üzrə 180 AZN borcun, 27 AZN cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə xx.xx.2026-cı il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2026-cı il tarixdə cavabdehə bildiriş göndərmişdir. İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə 30 yanvar 2026-cı il tarixdə ərizə ilə elektron qaydada müraciət edərək bildirmişdir ki, Cavabdeh İddiaçı QSC-nin xeyrinə pul məbləğinin tutulması ilə bağlı e-2(5-88)-11/2026 saylı iş icraatınıza qəbul edilmişdir. Hazırda cavabdehin borcunu tam bağlaması səbəbindən qeyd olunan məhkəmə mübahisəsi ilə bağlı işin baxılmamış saxlanılmasını və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın nümayəndəsinin ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, həmin maddənin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2026-cı il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı təşkilata qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldım: İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsi baxılmamış saxlanılsın. İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2026cı il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı təşkilata geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar