Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(5-88)-161/2026 16.03.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə QƏTNAMƏ (Açar sözlər: nisyə alğı-satqı müqaviləsi üzrə pul tələbi) Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları:
1. "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 3 İL (SİĞORTA) xidməti, PLAYSTATİON 5 SLİM, 2 ədəd PS5 oyun pultu üçün 1518,96 (min beş yüz on səkkiz manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 151,90 ( yüz əlli bir manat, doxsan qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, ZƏMANƏT +3 İL xidməti, HOFFMANN WİWAC kondisioner üçün, 846,84 (səkkiz yüz qırx altı manat, səksən dörd qəpik) manat ödənilməmiş hissə, 84,68 (səksən dörd manat, altmış səkkiz qəpik) olmaqla ümumilikdə 2602,38 (iki min altı yüz iki manat, otuz səkkiz qəpik) manat məbləğində borcun və ödənilmiş 46,03 manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. "xxxx" MMC ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, QİZİL ZƏMANƏT ULTRA 3 İL (SİĞORTA) xidməti, PLAYSTATİON 5 SLİM, 2 ədəd PS5 oyun pultu, ZƏMANƏT +3 İL xidməti, HOFFMANN WİWAC kondisioner cavabdeh tərəfindən alınmış və nəticədə 2602,38 (iki min altı yüz iki manat, otuz səkkiz qəpik) manat borc yaranmışdır.
3. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1953,96 (min doqquz yüz əlli üç manat, doxsan altı qəpik) manat (yəni 12 ay x 126,58 manat + 435 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA 3 İL (SİĞORTA) xidməti, PLAYSTATİON 5 SLİM, 2 ədəd PS5 oyun pultu üçün ümumilikdə 1670,86 (min altı yüz yetmiş manat, səksən altı qəpik) manat olmaqla ondan 1518,96 (min beş yüz on səkkiz manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 151,90 (yüz əlli bir manat, doxsan qəpik) manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 888,84 (səkkiz yüz səksən səkkiz manat, səksən dörd qəpik) manat (yəni 12 ay x 70,57 manat + 42 manat ilkin ödəniş) olan ZƏMANƏT +3 İL xidməti, HOFFMANN WİWAC kondisioner üçün ümumilikdə 931,52 (doqquz yüz otuz bir manat, əlli iki qəpik) manat olmaqla ondan 846,84 (səkkiz yüz qırx altı manat, səksən dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 84,68 (səksən dörd manat, altmış səkkiz qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 477 manat təşkil edir.
4. . Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.
5. Cavabdehlə bağlanılmış xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.
6. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
7. Məhkəmə xx.xx.2026-cı il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2026-cı il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir.
Sübutların tədqiqi:
8. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında QİZİL ZƏMANƏT ULTRA 3 İL (SİĞORTA) xidməti, PLAYSTATİON 5 SLİM, 2 ədəd PS5 oyun pultu, xx.xx.2025-ci il tarixli, ********** nömrəli müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında ZƏMANƏT +3 İL xidməti, HOFFMANN WİWAC kondisioner barədə müqavilə bağlanmışdır. İş materiallarında olan Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədən görünür ki, tərəflər xx.xx.2025-ci il tarixli müqavilə üzrə aylıq ödənişlərin hər ayın 11-i olmaqla, hər ay 126,58 manat olmaqla 12 ay ərzində, xx.xx.2025-ci il tarixli müqavilə üzrə aylıq ödənişlərin hər ayın 26-sı olmaqla, hər ay 70,57 manat olmaqla 12 ay ərzində ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar.
9. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli təhvil-təslim aktlarından görünür ki, iş üzrə Cavabdeh QİZİL ZƏMANƏT ULTRA 3 İL (SİĞORTA) xidməti, PLAYSTATİON 5 SLİM, 2 ədəd PS5 oyun pult və ZƏMANƏT +3 İL xidməti, HOFFMANN WİWAC kondisioneri tam qüsursuz şəkildə təhvil alaraq bu barədə müvafiq imza etmişdir.
10. İş materiallarında olan 30 yanvar 2026-cı il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********** nömrəli xx.xx.2025-ci il , xx.xx.2025-ci il malın satın alması müqaviləsinə əsasən malın qiyməti tam ödənilməli idi. Buna baxmayaraq, borclu öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Qanunvericliyi və müqavilənin şərtlərinə əsasən, Cavabdeh gecikdirilən pul öhdəliyi xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1518,96 AZN əsas borc, 151,90 AZN dəbbə pulu, ümumilikdə 1670,86 AZN, xx.xx.2025-ci il tarixli müqavilə üzrə isə 846,84 AZN əsas borc, 84,68 AZN dəbbə pulu, ümumilikdə 931,52 AZN ödənilməmiş borcu mövcuddur.
11. İş materiallarında olan 27 dekabr 2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh pretenziya göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
13. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 14.Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 15.Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 16.Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 17.Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 18.Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 19.Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 20.Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 21.Maddə 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 23.Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
24. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Tətbiq edilən prosessual hüquq normaları:
Mülki Prosessual Məcəllə
25. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
26. Maddə 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.
27. Maddə 284-5.2.Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
28. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
29. Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi:
32. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir.
33. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh xx.xx.2025-ci il tarixində ********** nömrəli X1 Müqaviləsi üzrə 1518,96 (min beş yüz on səkkiz manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 151,90 ( yüz əlli bir manat, doxsan qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixində ********** nömrəli X1 Müqaviləsi üzrə 846,84 (səkkiz yüz qırx altı manat, səksən dörd qəpik) manat ödənilməmiş hissə, 84,68 (səksən dörd manat, altmış səkkiz qəpik) manat cərimə olmaqla ümumilikdə 2602,38 (iki min altı yüz iki manat, otuz səkkiz qəpik) manat borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.
34. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər mülki qanunvericiliyin müqavilə azadlığı prinsipləri çərçivəsində QİZİL ZƏMANƏT ULTRA 3 İL (SİĞORTA) xidməti, PLAYSTATİON 5 SLİM, 2 ədəd PS5 oyun pult və ZƏMANƏT +3 İL xidməti, HOFFMANN WİWAC kondisioner barədə nisyə alqı-satqı müqaviləsini bağlamış və iddiaçı müqavilə öhdəliyini yerinə yetirərək, malı cavabdehə təhvil vemişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini lazımi qaydada yerinə yetirməmiş, müqaviləyə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki əsasında ödənişlərini vaxtında yerinə yetirməmişdir.
35. Məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyindən iddiaçı xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1518,96 AZN , xx.xx.2025-ci il tarixli müqavilə üzrə 846,84 AZN əsas borcu tələb etməkdə haqlı olmuşdur.
36. Məhkəmə dəbbə puluna münasibətdə qeyd edir ki, İddiaçı MMC alqı-satqı müqaviləsi üzrə dəbbə pulu olaraq cavabdehdən xx.xx.2025-ci il tarixli müqavilə üzrə 151,90 AZN , xx.xx.2025-ci il tarixli müqavilə üzrə 84,68 AZN manat tutulmasını xahiş etmişdir.
37. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış xx.xx.2025-ci il tarixli müqavilə üzrə 151,90 AZN, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 84,68 AZN manat məbləğində dəbbə pulu kreditorun həm əmlak, həm də bütun əsaslı mənafelərinə uyğundur, tənasübsüz surətdə yüksək deyil. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməlidir.
38. MPM Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.
39. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X2 Portalına xx.xx.2026-cı il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 46,03 (qırx altı manat, üç qəpik) manat dövlət rüsumu da Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır.
40. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216, 284-1, 284-5, 284-6, 358.0.3-cü maddələrini rəhbər tutaraq
qətetdi:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixində ********** nömrəli X1 Müqaviləsi üzrə 1518,96 (min beş yüz on səkkiz manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 151,90 ( yüz əlli bir manat, doxsan qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixində ********** nömrəli X1 Müqaviləsi üzrə 846,84 (səkkiz yüz qırx altı manat, səksən dörd qəpik) manat ödənilməmiş hissə, 84,68 (səksən dörd manat, altmış səkkiz qəpik) manat cərimə olmaqla ümumilikdə 2602,38 (iki min altı yüz iki manat, otuz səkkiz qəpik) manat borc İddiaçı MMC-nin xeyrinə tutulsun. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X2 Portalına xx.xx.2026cı il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 46,03 (qırx altı manat, üç qəpik) manat dövlət rüsumu da Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Aslan Heydarov.