Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(5-88)-243/2026 23.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı icraatıma daxil olmuş İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinin icraatıma qəbul edilməsi məsələsinə baxaraq, müəyyənetdim: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən İmei kod **********31601 SAMSUNG GALAXY S25+ üçün 1978.02 (bi rmin doqquz yü zyetmiş səkki zmanat 2 qəpik) manat ödənilməmiş hissə, 197.82 (yüz doxsan yeddi manat 82 qəpik) manat cərimə 2. Ümumilikdə, 2175.82 manat borc və 41.76 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq «ABC Telecom» Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin məhkəmə icraatına qəbul edilib-edilməməsini araşdıraraq müəyyən etmişdir ki, ərizə verilərkən məhkəmə aidiyyət qaydaları pozulmuşdur. Belə ki, elektron məhkəmə informasiya sistemində olan Cavabdeh qeydiyyat ünvanı Babək rayonu, Nehrəm Qəsəbəsi ərazi dairəsidir. Ona görə də, həmin iddia ərizəsinə Naxçıvan Şəhər Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1 və 152.1.3-cü maddələrinin tələbinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki idda ərizəsi geri qaytarılmalı, iddiaçıya müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də iddia ərizəsinə əlavə olunmuş İddiaçı MMC tərəfindən xx.xx.2026cı il tarixdə AsanPay vasitəsilə-X1 ********** nömrəli qəbzlə ödənilmiş 41.76 manat dövlət rüsumu iddiaçı təşkilata geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 151, 152.1.3, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı MMC tərəfindən xx.xx.2026-cı il tarixdə AsanPay vasitəsilə-X1 ********** nömrəli qəbzlə ödənilmiş 41.76 manat dövlət rüsumu iddiaçı təşkilata geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən:Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(5-88)-243/2026
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(5-88)-243/2026
23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver