Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(5-88)-82/2026 24.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı İddiaçı Cavabdeh alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdim. Təsviri hissə: İddiaçı " İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 500 manat əsas borcun, gecikdirilmiş dəbbə pulu olan 50 manat məbləğin, nəticə etibarı ilə ümumilikdə 550 (beş yüz əlli) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul oluram (VÖEN: **********). Fəaliyyət sahəm mobil telefonların və onların aksesuarlarının alqı-satqısıdır. Bildirirəm ki, mən hazırki iddia üzrə Cavabdeh ilə 02 oktyabr 2024-ci il 325 nömrəli "Mal satınalması müqaviləsi” müqaviləsi bağlamışıq. Həmin müqaviləyə əsasən Cavabdeh "spark 20 pro"markalı telefonu 7 aylıq kreditlə 560 manat dəyərində almışdır. 560 manat borcdan hazırki vaxtadək onun tərəfindən müqavilə üzrə 60 manat ödəniş ödənilmiş, qalan 500 manat borcu ödəməkdən imtina edir. Onu da qeyd etmək istəyirəmki ki, cavabdehin yuxarıda qeyd olunan 02 oktyabr 2024-ci il 325 nömrəli “ Mal satınalması müqaviləsi”dən yaranan 500 manat əsas borcun, bundan əlavə müqaviləyə qoşma Əlavə 1-ə, Müqavilənin ÖDƏNİŞ ŞƏRTLƏRİ 3.3 bəndinə və xx.xx.2025-cü il tarixli dəbbə pulunun hesablanma arayışına əsasən hər gecikdirilmiş gün üçün ödənilməli olan 2%, yəni ümumilikdə cərimə olaraq yaranan 50 manat dəbbə pulunu, həmçinin 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb mənə qaytarılmasını istəyirəm. Məhkəmənin qiymətləndirməsi: İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə olunmuş 02 oktyabr 2024-ci il 325 nömrəli "Mal satınalması müqaviləsi” müqaviləsindən aydın olur ki, həqiqətən iddiaçı ilə Cavabdeh arasında qeyd olunan müqavilə bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqaviləyə əsasən "Satıcı" "Alıcı"ya 560 AZN ( beş yüz altmış) spark 20 pro (İMEİ1:**********73649 İMEİ2:**********73656) markalı telefon satmağı, “Alıcı” isə Müqavilə ilə razılaşdırılmış qaydada mobil telefonun dəyərini bu Müqavilənin 3-cü bəndində (ödəniş şərtləri) göstərilmiş qaydada ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından məlum olur ki, Biz aşağıda imza edənlər: hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən şəxs İddiaçı (VÖEN: **********) və digər tərəfdən vətəndaş tərəfdən Cavabdeh (Ş/v AA******* Fərdi identifikasiya nomrəsi xxxxxxx) (bundan sonra "Alıcı" adlandırılacaq) bu aktı tərtib ondan ötəri ki, 02 oktyabr 2024-cü il tarixdə 325 nömrəli nisyə mal satınalma müqaviləsinə əsasən aşağıdakı cədvəldə göstərilən Malı - Spark 20 pro- yuxarıda qeyd olunan tarixdə həqiqətəndə təhvil-təslim etdik.Akt 1 (bir) səhifədən ibarətdir, Azərbaycan dilində tərtib olunmuşdur və tərəflərə təqdim olunur. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli müqaviləyə əlavədən aydın olur ki, tərəflər ödəniş cədvəli üzrə 71 manat 42 qəpik məbləğində aylıq ödənişlərin həyata keçirilməsini təsdiq edirlər. 25 noyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış 325 №-li 02 oktyabr 2024-ci il tarixli mal satınalması müqaviləsinə əsasən Əlavə 1 cədvəlində razılaşdırılmış qaydada aylıq ödənişlər şəklində malın qiyməti tam ödənilməli idi. Buna baxmayaraq, borclu öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi və Müqavilənin şərtlərinə əsasən, Cavabdeh gecikdirilən pul öhdəliyi üzrə 500 AZN əsas borc, 50 AZN dəbbə pulu, ümumilikdə 550 (beş yüz əlli) AZN məbləğində ödənilməmiş borcu mövcuddur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı göndərilmişdir pretenziya məktubunda bildirilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 325 №-li 02 oktyabr 2024-ci il tarixde satınalması müqaviləsinə əsasən cavabdehə spark 20 pro markalı mobil telefonu satmış, Cavabdeh isə malın dəyərini Müqavilənin ödəniş şərtlərinə uyğun vaxtında və tam ödəməyi öhtəsinə götürmüşdür. Nəzərinizə çatdırırıq ki, sizin xx.xx.2025-ci il tarixdə ümumilikdə 550 (beş yüz əlli) AZN (500 manat əsas borc, 50 manat dəbbə pulu) icra edilməmiş borcunuz mövcuddur. Kreditor borclarını ödəməkdən qəsdən yayınmağınız Sizin məsuliyyətə cəlb edilməyinizlə nəticələnə bilər. Qeyd olunanları nəzərə alaraq, 325 №-li 02 oktyabr 2024-ci il tarixli mal satınalması müqaviləsi üzrə Sizdən tələb olunan 550 AZN gecikmiş pul məbləğinin 10 (on) gün müddətinə ödənilməsini təmin etməyiniz xahiş olunur. Əks təqdirdə müqavilə üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun, adi mülkü dövrüyyə şəraitində əldə edəcəyimiz gəlirlər həddində zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciyyət ediləcəkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən peniya pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, peniya pulu hərəkətin edildiyi andan tutulmalıdır. Peniya pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən peniya pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək peniya pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Peniya pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı cavabdehdən 02 oktyabr 2024-ci il 325 nömrəli "Mal satınalması müqaviləsi” üzrə 500 manat (beş yüz) manat əsas borc, 50 (əlli) manat cərimə tələb edir. Məhkəmə hesab edir ki, cərimə əsas borca münasibətdə tənasübsüz yüksək olduğundan azaldılaraq ümumi əsas borcun 5% miqdarında 25 (iyirmi beş) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməklə Cavabdeh 02 oktyabr 2024-ci il 325 nömrəli "Mal satınalması müqaviləsinə” əsasən, ümumilikdə 500 manat (beş yüz) manat əsas borc, 25 (iyirmi beş) manat məbləğində cərimə borcu İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə rədd edilməlidir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 02 oktyabr 2024-ci il 325 nömrəli "Mal satınalması müqaviləsinə” əsasən, ümumilikdə 500 manat (beş yüz) manat əsas borc, 25 (iyirmi beş) manat məbləğində cərimə borcu İddiaçı xeyrinə tutulmalıdır. Ərizə qismən təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı tərəfindən X1 və ya AsanPay vasitəsilə xx.xx.2026-cı il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumun 28.63 (iyirmi səkkiz manat altmış üş qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdim: İddia qismən təmin edilsin. Cavabdeh 02 oktyabr 2024-ci il 325 nömrəli "Mal satınalması müqaviləsinə” əsasən, ümumilikdə 500 manat (beş yüz) manat əsas borc, 25 (iyirmi beş) manat məbləğində cərimə borcu olmaqla cəmi 525 (beş yüz iyirmi beş) manat İddiaçı xeyrinə xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı X1 və ya AsanPay vasitəsilə xx.xx.2026-cı il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumun 28.63 (iyirmi səkkiz manat altmış üş qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(5-88)-82/2026
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(5-88)-82/2026
24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver