Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(5-88)-89/2026 12.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı Naxçıvan Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********51537 Samsung Galaxy A16 markalı telefon, Samsung adapter, zəmanət + 1 il xidməti üçün 507,84 (beş yüz yeddi manat səksən dörd qəpik) manat ödənilməmiş hissə, 50,78 (əlli manat yetmiş səkkiz qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Hisense TV, qızıl zəmanət ultra 1 il xidməti üçün 324,45 (üç yüz iyirmi dörd manat qırx beş qəpik) manat ödənilməmiş hissə, 32,45 (otuz iki manat qırx beş qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********47353 Opро А3Х markalı telefon, plyonka istehsalı xidməti üçün 185,16 (bir yüz səksən beş manat on altı qəpik) manat ödənilməmiş hissə, 18,52 (on səkkiz manat əlli iki qəpik) manat cərimə olmaqla, ümumilikdə 1119,20 (bir min bir yüz on doqquz manat iyirmi qəpik) manat borc, 31,20 (otuz bir manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kodu **********51537 Samsung Galaxy A16 markalı telefon, Samsung adapter, zəmanət + 1 il xidməti, Hisense TV, qızıl zəmanət ultra 1 il xidməti və İmei kodu **********47353 Opро А3Х markalı telefon, plyonka istehsalı xidməti almış və nəticədə 1119,20 (bir min bir yüz on doqquz manat iyirmi qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 507,84 (beş yüz yeddi manat səksən dörd qəpik) manat (12 ay x 42,32 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********51537 Samsung Galaxy A16 markalı telefon, Samsung adapter, zəmanət + 1 il xidməti üçün ümumilikdə, 558,62 (beş yüz əlli səkkiz manat altmış iki qəpik) manat olmaqla ondan, 507,84 (beş yüz yeddi manat səksən dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 50,78 (əlli manat yetmiş səkkiz qəpik) manat cərimə, xx.xx.2025ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 432,6 (dörd yüz otuz iki manat altmış qəpik) manat (12 ay x 36,05 manat + 0 manat ilkin ödəniş) olan Hisense TV, qızıl zəmanət ultra 1 il xidməti üçün ümumilikdə, 356,90 (üç yüz əlli altı manat doxsan qəpik) manat olmaqla ondan, 324,45 (üç yüz iyirmi dörd manat qırx beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32,45 (otuz iki manat, qırx beş qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 334,08 (üç yüz otuz dörd manat səkkiz qəpik) manat (18 ay x 18,56 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********47353 Opро А3Х markalı telefon, plyonka istehsalı xidməti üçün ümumilikdə, 203,68 (iki yüz üç manat altmış səkkiz qəpik) manat olmaqla ondan, 185,16 (bir yüz səksən beş manat on altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18,52 (on səkkiz manat əlli iki qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 257,07 (iki yüz əlli yeddi manat yeddi qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Məhkəmə qeyd edir ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iddianı qismən əsaslı sayıb qismən təmin edərkən iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlara istinad edir. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmənin yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, iş üzrə cavabdeh Əliyev X1 şəhəri, Xətai məhəlləsi, döngə 11, ev 4 ünvanında rəsmi qeydiyyatdadır. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin 26 yanvar 2026-cı il tarixli, e-2(5-88)-89/2026 nömrəli məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə göndərilmiş bildirişdə cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş günü müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, cavabdehin onlara qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixli, 04157093 nömrəli, xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilənin əlavəsi olaraq xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələr bağlanmışdır. xx.xx.2024-cü il tarixli, 04157093 nömrəli müqavilənin 1.1 və 2.1-ci bəndlərinə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti özünə məxsus olan əşyanı, yəni İmei kodu **********47353 Opро А3Х markalı telefonu, plyonka istehsalı xidmətini Cavabdeh verir, sonuncu isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2024-cü il tarixli, 04157093 nömrəli müqavilədə qeyd olunan əşya iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 04157093 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə cavabdehin ilkin ödənişsiz, 18 ay ərzində hər ay 18,56 (on səkkiz manat əlli altı qəpik) manat ödəməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəli Cavabdeh tərəfindən imzalanmışdır. xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqavilənin 1.2-ci bəndinə əsasən müştəri bu müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün “ABC” tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal(lar)ı\xidmət(lər)i “ABC”yə sifariş verir, “ABC” həmin malı müqavilədə (onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavə(lər)də) göstərilən şərtlərlə müştəriyə təqdim edir, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada “ABC”yə ödəyir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən bu Müqavilə imzalandığı andan qüvvəyə minir və 10 (on) il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində müştərinin bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə “ABC”-dən mal və (və ya) xidmət əldə etmək hüququ var. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, Hisense TV, qızıl zəmanət ultra 1 il xidməti iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniş cədvəlində cavabdehin ilkin ödənişsiz, 12 ay ərzində hər ay 36,05 (otuz altı manat beş qəpik) manat olmaqla, ümumilikdə 432,54 (dörd yüz otuz iki manat əlli dörd qəpik) ödəməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəli Cavabdeh tərəfindən imzalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, İmei kodu **********51537 Samsung Galaxy A16 markalı telefon, Samsung adapter, zəmanət + 1 il xidməti iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniş cədvəlində cavabdehin ilkin ödənişsiz, 12 ay ərzində hər ay 42,32 (qırx iki manat otuz iki qəpik) manat olmaqla, ümumilikdə 507,84 (beş yüz yeddi manat səksən dörd qəpik) manat ödəməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəli Cavabdeh tərəfindən imzalanmışdır. Ərizəyə əlavə edilmiş 15 yanvar 2026-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçınə İmei kodu **********51537 Samsung Galaxy A16 markalı telefon, Samsung adapter, zəmanət + 1 il xidməti üçün 507,84 (beş yüz yeddi manat səksən dörd qəpik) manat ödənilməmiş hissə, 50,78 (əlli manat yetmiş səkkiz qəpik) manat cərimə borcu, Hisense TV, qızıl zəmanət ultra 1 il xidməti xidməti üçün 324,45 (üç yüz iyirmi dörd manat qırx beş qəpik) manat ödənilməmiş hissə, 32,45 (otuz iki manat qırx beş qəpik) manat cərimə borcu və İmei kodu **********47353 Opро А3Х markalı telefon, plyonka istehsalı xidməti üçün 185,16 (bir yüz səksən beş manat on altı qəpik) manat ödənilməmiş hissə, 18,52 (on səkkiz manat əlli iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1119,20 (bir min yüz on doqquz manat iyirmi qəpik) manat borcu mövcuddur. İş materiallarından görünür ki, 17 dekabr 2025-ci il tarixdə cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq göndərilmişdir. Tərəflər arasında olan razılaşmadan aydın olur ki, onlar arasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərtilə nisyə alğı-satqı müqaviləsi bağlanılıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə Mülki Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqaviləyə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin malın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlığı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini ödəməkdən yayınmışdır. Hazırda cavabdeh alğı-satqı müqaviləsi üzrə alınmış avadanlıq üçün müəyyən olunmuş ödəniş cədvəlinə uyğun ödəməli olduğu borc və müqaviləyə əsasən ona hesablanmış cərimə borcunu iddiaçıya ödəməkdən yayınmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. İddiaçının cavabdehdən cərimə tələbi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən, müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04157093 nömrəli müqavilə üzrə əlavənin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilənin 3.5-ci bəndinə əsasən, müştəri müqavilə üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində mübahisəsiz olaraq penya ödəyir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 18,52 (on səkkiz manat əlli iki qəpik) manat, xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli, 17901845 saylı faktura üzrə hesablanmış 32,45 (otuz iki manat qırx beş qəpik) manat və xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli, ********** saylı faktura müqavilə üzrə hesablanmış 50,78 (əlli manat yetmiş səkkiz qəpik) manat məbləğində dəbbə pulu əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 18,52 (on səkkiz manat əlli iki qəpik) manat məbləğində tələb olunan cərimə (dəbbə pulu) 9,26 (doqquz manat iyirmi altı qəpik) manat məbləğədək, xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli, 17901845 saylı faktura üzrə hesablanmış 32,45 (otuz iki manat qırx beş qəpik) manat məbləğində tələb olunan cərimə (dəbbə pulu) 16,22 (on altı manat iyirmi iki qəpik) manat məbləğədək və xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli, ********** saylı faktura üzrə hesablanmış 50,78 (əlli manat yetmiş səkkiz qəpik) manat məbləğində tələb olunan cərimə (dəbbə pulu) 25,39 (iyirmi beş manat otuz doqquz qəpik) manat məbləğədək azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2014-cü il tarixli qərarında da Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün ödədiyi 31,20 (otuz bir manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 31,20 (otuz bir manat iyirmi qəpik) manat dövlət rüsumunun 29,78 (iyirmi doqquz manat yetmiş səkkiz qəpik) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - xx.xx.2024-cü il tarixli, 04157093 nömrəli müqavilə üzrə 185,16 (bir yüz səksən beş manat on altı qəpik) əsas, 9,26 (doqquz manat iyirmi altı qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli, 17901845 saylı faktura üzrə 324,45 (üç yüz iyirmi dörd manat qırx beş qəpik) manat əsas, 16,22 (on altı manat iyirmi iki qəpik) manat cərimə borcu və xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli, ********** saylı faktura üzrə 507,84 (beş yüz yeddi manat səksən dörd qəpik) manat əsas, 25,39 (iyirmi beş manat otuz doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1068,32 (bir min altmış səkkiz manat otuz iki qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə verilməli; -iddia qalan hissədə əsaslı olmadığından rədd edilməli; -iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 31,20 (otuz bir manat iyirmi qəpik) manat dövlət rüsumunun 29,78 (iyirmi doqquz manat yetmiş səkkiz qəpik) manat hissəsi Cavabdeh alınaraq iş üzrə İddiaçınə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli, 04157093 nömrəli müqavilə üzrə 185,16 (bir yüz səksən beş manat on altı qəpik) əsas, 9,26 (doqquz manat iyirmi altı qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli, 17901845 saylı faktura üzrə 324,45 (üç yüz iyirmi dörd manat qırx beş qəpik) manat əsas, 16,22 (on altı manat iyirmi iki qəpik) manat cərimə borcu və xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli, ********** saylı faktura üzrə 507,84 (beş yüz yeddi manat səksən dörd qəpik) manat əsas, 25,39 (iyirmi beş manat otuz doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1068,32 (bir min altmış səkkiz manat otuz iki qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə verilsin. İddia qalan hissədə əsaslı olmadığından rədd edilsin. İş üzrə iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 31,20 (otuz bir manat iyirmi qəpik) manat dövlət rüsumunun 29,78 (iyirmi doqquz manat yetmiş səkkiz qəpik) manat hissəsi Cavabdeh alınaraq iş üzrə İddiaçınə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(5-88)-89/2026
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(5-88)-89/2026
12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver