Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(5-89)-28/2026 25.02.2026 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlu, İddiaçı QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı QSC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə LDG000243 saylı xx.xx.2024-cü il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 713 manat borcun, 106.95 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumu üzrə xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, X14 ilə Cavabdeh arasında bağlanmış LDG000243 saylı xx.xx.2024-cü il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 1524 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə edilmiş Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür.İddiaçı QSC ilə X14 arasında imzalanan Faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan Sazişə əsasən, X13 Cavabdeh qarşı olan 1 524 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir.Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə əsasən, satıcı alıcıya müqavilənin 1 saylı əlavəsində göstərilən malı satmış və alıcı həmin malı qəbul edərək, tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.Müqavilənin 1.2-ci maddəsinə əsasən, alıcı müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən, mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5 % miqdarında dəbbə pulu ödəməlidir.Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq, ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişləri vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Beləliklə, cavabdehin bugünə 713 manat əsas borcu və 106,95 manat cərimə borcu yaranmışdır.Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəfimizdən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən MPM-in 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" MMC” direktoru X6 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, PVN003888 saylı müqaviləyə əsasən dəyəri 1908 manat olan malı X1 Şiraz Seyran oğluna nisyə satmağı, Cavabdeh isə malı qəbul edib, 18 ay müddətdə hər ay 106 manat məbləğ ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş, xx.xx.2024 tarixli, LDG000243 saylı Nisyə Alqı-Satqı Müqaviləsindən görünür ki, fiziki şəxs X14 (VÖEN **********) ilə Azərbaycan vətəndaşı Cavabdeh Seyran (FİN xxxxxxx) arasında bağlanmışdır, müqaviləyə əsasən Satıcı mülkiyyətində olan diski R16 komplekt və 195/55R16 Kinforest markalı malları Alıcıya nisyə satır, Alıcı isə ilkin ödəniş etmədən malları qəbul edir və müəyyən edilmiş ödəniş cədvəlinə uyğun olaraq ümumi 1.524 manat məbləğində ödənişi həyata keçirməyi öhdəsinə götürür, müqavilədə tərəflərin hüquq və vəzifələri, ödənişin vaxtında yerinə yetirilməməsi, gecikmə cəriməsi, malın girov kimi qalması və borcun üçüncü şəxsə güzəşt olunması kimi şərtlər nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli R-25xx/xx-0075 saylı Sazidən görünür ki, xx.xx.2023-cü il tarixli R-2529/23 saylı Faktorinq Müqaviləsinin ayrılmaz əlavəsi olaraq “X10” və İddiaçı QSC arasında bağlanmışdır, sazişə əsasən Müştəri X2 Şiraz Seyran oğlu və digər borclulara qarşı olan nisyə alqı-satqı müqavilələrindən irəli gələn tələb hüquqları İddiaçı QSC-yə güzəşt edilmiş, FAKTOR tərəfindən həmin tələb hüququnun idarə olunması və maliyyələşdirilməsi təmin olunmuşdur, sazişdə həmçinin güzəşt edilən tələblərin məbləği, komissiyalar, ödənişləri, reqres qaydası üzrə dəbbə pulu, tərəflərin hüquq və öhdəlikləri, eləcə də müqavilələrdə yaranacaq hər hansı uyğunsuzluq hallarında məsuliyyət açıq şəkildə müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli bildirişdən görünür ki, Cavabdeh LDG000243 saylı, xx.xx.2024-cü il tarixli X4 irəli gələn öhdəlikləri vaxtında yerinə yetirməməsi nəticəsində xx.xx.2026-cı il tarixinə 942 manat məbləğində borc yaranmışdır, bildirişdə həmçinin qeyd olunur ki, borc xx.xx.2026-cı il tarixinədək ödənilmədiyi təqdirdə, borcun və borcun qaytarılması ilə bağlı çəkiləcək xərclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli, LDG000243 saylı alqı-satqı müqaviləsi üzrə borclu Cavabdeh xx.xx.2026-cı il tarixinə İddiaçı QSC-yə borclu olmuşdur, əsas məbləğ üzrə borcu 713 manat (yeddi yüz on üç manat), cərimə borcu 106,95 manat (yüz altı manat doxsan beş qəpik) olmaqla ümumi borcu 819,95 manat (səkkiz yüz on doqquz manat doxsan beş qəpik) təşkil etmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2026-cı il tarixinə LDG000243 saylı müqavilə üzrə müştəri Cavabdeh İddiaçı QSC-yə ümumi 811 manat məbləğində ödəniş etmişdir, ödənişlər xx.xx.2025-də 510 manat, xx.xx.2025-də 201 manat və xx.xx.2025-də 100 manat olaraq həyata keçirilmiş, əsas borcdan qalıq 713 manat, cərimə borcu 106,95 manat olmaqla cəmi borc 819,95 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 655-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. Müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Faktorun faktorinq müqaviləsi üzrə öhdəliklərinə müştəri üçün mühasibat uçotunun aparılması, habelə müştəriyə güzəşt predmeti olan pul tələbləri ilə bağlı digər maliyyə xidmətlərinin göstərilməsi də daxil ola bilər. Faktorinq müqaviləsi yazılı formada bağlanır. Faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X10 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, LDG000243 saylı saylı nisyə alğı-satqı müqaviləsi əsasında cavabdeh 1524 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. X10 ilə İddiaçı QSC arasında bağlanmış faktorinq (tələbin güzəşti barədə) müqaviləsinə əsasən X7 Cavabdeh qarşı olan 1524 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Lakin işdə olan sənədlərlə müəyyən edildiyi kimi, alğı-satqı müqaviləsi üzrə öhdəlik yerinə yetirilməmişdir. Bu səbəbdən müqavilə üzrə yaranmış əsas borc cavabdehdən şirkətin xeyrinə tutulmalıdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 713 manat əsas borc, 6.95 manat cərimə borcu olmaqla, cəmi 719.95 manat borc, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. LDG000243 saylı xx.xx.2024-cü il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 713 manat əsas borc, 6.95 manat cərimə borc olmaqla, cəmi 719.95 (yeddi yüz on doqquz manat doxsan beş qəpik) manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(5-89)-28/2026
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-89)-28/2026
25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver