Məhkəmə qərarları › İş №e-2(5-89)-29/2026

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-89)-29/2026

25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(5-89)-29/2026 25.02.2026 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2026-cı il tarixində yaranmış xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 752.9 manat əsas, 112.9 manat cərimə olmaqla cəmi 865.8 manat borc, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 58.9 manat əsas, 8.8 manat cərimə olmaqla cəmi 67.7 manat borc, ümumilikdə iki müqavilə üzrə 811.8 manat əsas, 121.7 manat cərimə olmaqla cəmi 933.5 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi İsmayılbəli İsmayıl malik oğluiddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh şirkətdən Samsung markalı televizor əldə etmiş və müqavilə şərtlərinə görə əşyanın dəyərini 18 ay müddətində hər ay 77 manat olmaqla, cəmi 1369.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən son ödəniş xx.xx.2025-ci il tarixində 77 manat məbləğində edilmişdir. Müqavilə şərtlərinin pozulması nəticəsində cavabdehin "xxxx" MMC qarşısında 752.90 manat əsas borc yaranmışdır. Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği 1129.00 manat təşkil etsə də, müqavilənin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq cərimə məbləğinin 90 faizi güzəşt edilmiş, nəticədə cavabdeh tərəfindən ödənilməli cərimə məbləği 112.90 manat müəyyən edilmişdir. Beləliklə, həmin müqavilə üzrə cavabdehin ümumilikdə 865.80 manat borcu yaranmışdırBundan başqa, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh Taube markalı tozsoran əldə etmiş və müqavilə şərtlərinə görə əşyanın dəyərini 18 ay müddətində hər ay 5 manat olmaqla, cəmi 99.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən son ödəniş xx.xx.2025-ci il tarixində 5 manat məbləğində edilmişdir. Müqavilə şərtlərinin pozulması nəticəsində cavabdehin həmin müqavilə üzrə 58.90 manat əsas borcu yaranmışdır. Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği 88.00 manat təşkil etsə də, cərimə məbləğinin 90 faizi güzəşt edilmiş, nəticədə cavabdeh tərəfindən ödənilməli cərimə məbləği 8.80 manat müəyyən edilmişdir. Beləliklə, həmin müqavilə üzrə cavabdehin ümumilikdə 67.70 manat borcu yaranmışdır.Beləliklə, Cavabdeh "xxxx" MMC qarşısında hər iki müqavilə üzrə 811.80 manat əsas borc, 121.70 manat cərimə olmaqla, ümumilikdə 933.50 manat icra edilməmiş öhdəliyi yaranmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən MPM-in 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab ki, iddia qismən təmin edilməlidir.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Xəbərdarlıqdan görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 752,90 manat əsas borc, 12,90 manat cərimə olmaqla, cəmi 765,80 manat borc, xx.xx.2024-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 58,90 manat əsas borc, 1,80 manat cərimə olmaqla, cəmi 60,70 manat borc, ümumilikdə hər iki müqavilə üzrə 811,80 manat əsas borc, 14,70 manat cərimə olmaqla, cəmi 826,50 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir.. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 752,90 manat əsas borc, 12,90 manat cərimə olmaqla, cəmi 765,80 manat borc, xx.xx.2024-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 58,90 manat əsas borc, 1,80 manat cərimə olmaqla, cəmi 60,70 manat borc, ümumilikdə hər iki müqavilə üzrə 811,80 manat əsas borc, 14,70 manat cərimə olmaqla, cəmi 826,50 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar