Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № e-2(5-91)-2/2026 16.01.2026 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmə iclasından kənar baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2025-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 2199.9 AZN əsas 659.9 AZN cərimə ümumilikdə 2859.8 AZN borcun və 48.6 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı 14 yanvar 2026-cı il tarixdə məhkəməyə elektron kabinet vasitəsilə ünvanladığı ərizədə craatınızda İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş olduğunu, bəhs edilən mülki iş üzrə hazırda mülki iş üzrə iddia ərizəsinin geri qaytarılması üçün müraciət olunması zərurəti yarandığını bildirdiklərini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259-cu maddəsində ərizənin baxılmamış saxlanılması əsasları qeyd olunduğunu, belə ki, mövcud qanunvericiliyin tələbinə əsasən, Məhkəməyə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildiyi hallarda məhkəmə ərizəni baxılmamış saxladığını, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarında Məhkəmələrin diqqətinə çatdırılır ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra “MPM”) müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırıldığını, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına və Mülki Prosessual Məcəllənin 260-cı maddəsinin tələbinə əsasən, Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırıldığını, odur ki, yuxarıda qeyd olunmuş qanunvericiliyin müvafiq göstərişini rəhbər tutaraq, İddiaçı MMCnin Cavabdeh qarşı mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsini ona əlavə edilmiş sənədləri və ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin “Elektron məhkəmə” informasiya sisteminə əlavə olunmuş bank rekviziti üzrə hesabına qaytarılması xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 259.0 və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır, 260.3-cü maddəsinə görə isə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. MPM-in 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. MPM-in 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edilmişdir. İddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə MPM-in 260.3-cü maddəsinin tələbinə əsasən, büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən iddia qaldırılarkən “Asan ödəniş” sistemi vasitəsi ilə 26 dekabr 2025-ci il tarixli, **********56 nömrəli nömrəli qəbzlə ödənilmiş 48.6 (qırx səkkiz manat, altmış qəpik) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından iddia ərizəsi və ona əlavə edilən sənədlərin iddiaçı təşkilata geri qaytarılmasına zərurət yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən iddia qaldırılarkən “Asan ödəniş” sistemi vasitəsi ilə 26 dekabr 2025-ci il tarixli, **********56 nömrəli nömrəli qəbzlə ödənilmiş 48.6 (qırx səkkiz manat, altmış qəpik) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(5-91)-2/2026
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-91)-2/2026
16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver