Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № e-2(5-91)-28/2026 18.03.2026 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlu, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********44278OPPO A3, X2 3 il xidməti üçün 434.88 (dörd yüz otuz dörd manat, 88 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 43.49 (qırx üç manat, 49 qəpik) manat cərimə. xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********31607 “XİAOMİ REDMİ 13” üçün 357.96 (üç yüz əlli yeddi manat, 96 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 35.80 (otuz beş manat, 80 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********00801 “XİAOMİ REDMİ 13” üçün 312.92 (üç üyz on iki manat, 92 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 31.29 (otuz bir manat, 29 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, PANASONİC qulaqlıq üçün 36 (otuz altı manat) manat ödənilməmiş hissə, 3.60 (üç manat, 60 qəpik) manat cərimə, ümumilikdə 1326.74 manat borc, 33.27 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025 -ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kod **********44278 OPPO A3, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidmətiİMEİ Kod **********31607 “XİAOMİ REDMİ 13”İ,MEİ Kod **********00801 “XİAOMİ REDMİ 13”, PANASONİC qulaqlaıqlmış və nəticədə 1326.74 (min üç yüz iyirmi altı manat, 74 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 466.88 (dörd üyz altmış altı manat, 88 qəpik) manat (18 ay x 24.16 manat + 32 manat ilkin ödəniş) olan İMEİ Kod **********44278 OPPO A3, QİZİL ZƏMANƏT ULTRA3 İL xidmətüiçün ümumilikdə, 501.97 (beş üyz bir manat, 97 qəpik ) manat olmaqla ondan, 434.88 (dörd yüz otuz dörd manat, 88 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 43.49 (qırx üç manat, 49 qəpik) manat cərimə. xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 391.96 (üç yüz doxsan bir manat, 96 qəpik) manat (12 ay x 29.83 manat + 34 manat ilkin ödəniş) olan İMEİ Kod **********31607 XİAOMİ REDMİ 1ü3çün ümumilikdə, 417.36 (dörd üyz on yeddi manat 36 qəpik) manat olmaqla ondan, 357.96 (üç yüz əlli yeddi manat, 96 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 35.80 (otuz beş manat, 80 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 361.92 (üç yüz altmış bir manat, 92 qəpik) manat (18 ay x 18.44 manat + 30 manat ilkin ödəniş) olan İMEİ Kod **********00801 XİAOMİ REDMİ 1ü3çün ümumilikdə, 367.81(üç yüz altmış yeddi manat, 81 qəpik) manat olmaqla ondan, 312.92 (üç üyz on iki manat, 92 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 31.29 (otuz bir manat, 29 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 56 (əlli altı manat) manat (12 ay x 3 manat + 20 manat ilkin ödəniş) olan PANASONİC qulaqlıq üçün ümumilikdə, 39.60(otuz doqquz manat, 60 qəpik) manat olmaqla ondan, 36 (otuz altı manat) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3.60 (üç manat, 60 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 135 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025 -ci il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər ; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılmasına kifayət edir və həmin ərizəyə kiçik iddialara dair icraat qaydasında baxılaraq qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən də Cavabdeh İddiaçındən xx.xx.2025-ci il tarixli, ********** saylı müqaviləyə əsasən, İMEİ Kod **********00801 “XİAOMİ REDMİ 13” telefonu, xx.xx.2025-ci il tarixli, ********** saylı müqaviləyə əsasən, İMEİ Kod **********44278OPPO A3, X2 3 il xidməti, xx.xx.2025-ci il tarixli, ********** saylı müqaviləyə əsasən, İMEİ Kod **********31607 “XİAOMİ REDMİ 13” telefonu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, PANASONİC qulaqlıq almış, müqavilələrin şərtlərinə görə İddiaçı tərəfindən Cavabdeh əşya və telefon quraşdırma xidməti göstərilmiş, Cavabdeh isə həmin müqavilə üzrə istifadə etdiyi əşyaların pulunu müqavilə ilə müəyyən edilmiş şərtlərlə, ödəniş cədvəlinə uyğun olaraq İddiaçınə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə İddiaçı üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, ödəniləcək əsas məbləği və ona hesablanmış qalıq məbləğin hər növbəti təqvim gününə faizlərin ödənilməsini gecikdirmiş və İddiaçınə olan borcunu ödəməmişdir. Borcalana bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş, borcunu ödəməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında İMEİ Kod **********00801 “XİAOMİ REDMİ 13” telefon olan əşyaların alqı-satqısına dair müqavilə imzalanmışdır. İş materiallarına əlavə edilmiş 18194853 nömrəli fakturaya əsasən İMEİ Kod **********00801 “XİAOMİ REDMİ 13” telefonu 1 ədəd olmaqla 299 manat, 99 qəpik təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ Kod **********00801 “XİAOMİ REDMİ 13” telefonu olan əşyaları iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında İMEİ Kod **********44278 OPPO A3, X2 3 il xidməti olan əşyaların alqı-satqısına dair müqavilə imzalanmışdır. İş materiallarına əlavə edilmiş 02661895 nömrəli fakturaya əsasən İMEİ Kod **********44278 OPPO A3 1 ədəd olmaqla 319 manat 99 qəpik, X2 3 il xidməti 1 ədəd olmaqla 80 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ Kod **********44278OPPO A3, X2 3 il xidməti olan əşyaları iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında İMEİ Kod **********31607 “XİAOMİ REDMİ 13” telefon olan əşyaların alqı-satqısına dair müqavilə imzalanmışdır. İş materiallarına əlavə edilmiş 03518289 nömrəli fakturaya əsasən İMEİ Kod **********31607 “XİAOMİ REDMİ 13” telefonu 1 ədəd olmaqla 339 manat 99 qəpik təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ Kod **********31607 “XİAOMİ REDMİ 13” telefon olan əşyaları iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilədən görünür ki, İddiaçı və Cavabdeh arasında PANASONİC qulaqlıq olan əşyaların alqısatqısına dair müqavilə imzalanmışdır. İş materiallarına əlavə edilmiş 12841023 nömrəli fakturaya əsasən PANASONİC qulaqlıq 1 ədəd olmaqla 49 manat 99 qəpik təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh PANASONİC qulaqlıq olan əşyaları iddiaçıdan təhvil alaraq bu barədə müvafiq imza etmişdir. Cavabdeh 28 noyabr 2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş 27 yanvar 2026-cı il tarixli maliyyə və ödəniş cədvəlindən məlum olur ki, Cavabdeh İddiaçınə xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə İMEİ Kod **********00801 “XİAOMİ REDMİ 13” telefon üçün 312.92 (üç yüz on iki manat, doxsan iki qəpik) manat ödənilməmiş hissə, 23.6 (iyirmi üç manat, altmış qəpik) manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 31.29 (otuz bir manat, iyirmi doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 367.81 (üç yüz altmış yeddi manat, səksən bir qəpik) manat; xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə İMEİ Kod **********44278 OPPO A3, X2 3 il xidməti üçün 434.88 (dörd yüz otuz dörd manat, səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 23.6 (iyirmi üç manat, altmış qəpik) manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 43.49 (qırx üç manat, qırx doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 501.97 (beş yüz bir manat, doxsan yeddi qəpik) manat; xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə İMEİ Kod **********31607 “XİAOMİ REDMİ 13” telefon üçün 357.96 (üç yüz əlli yeddi manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 23.6 (iyirmi üç manat, altmış qəpik) manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 35.80 (otuz beş manat, səksən qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 417.36 (dörd yüz on yeddi manat, otuz altı qəpik) manat; xx.xx.2025ci il tarixli, ********** saylı müqavilə üzrə PANASONİC qulaqlıq üçün 36 (otuz altı) manat ödənilməmiş hissə, 3.60 (üç manat, altmış qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 39.60 (otuz doqquz manat, altmış qəpik) manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumata əsasən iş üzrə Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri maddi və prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. İlk olaraq iddiaçının tələbinə məhkəmə tələfindən kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıldığından məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və Cavabdeh İddiaçındən aldığı əşyalar üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş cərimə pulunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilənin öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Cavabdeh müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş hüquq normaları baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İddiaçı cavabdehə qarşı iddia tələbində xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə İMEİ Kod **********00801 “XİAOMİ REDMİ 13” telefon üçün 312.92 (üç yüz on iki manat, doxsan iki qəpik) manat ödənilməmiş hissə, 23.6 (iyirmi üç manat, altmış qəpik) manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 31.29 (otuz bir manat, iyirmi doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 367.81 (üç yüz altmış yeddi manat, səksən bir qəpik) manat; xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə İMEİ Kod **********44278 OPPO A3, X2 3 il xidməti üçün 434.88 (dörd yüz otuz dörd manat, səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 23.6 (iyirmi üç manat, altmış qəpik) manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 43.49 (qırx üç manat, qırx doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 501.97 (beş yüz bir manat, doxsan yeddi qəpik) manat; xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə İMEİ Kod **********31607 “XİAOMİ REDMİ 13” telefon üçün 357.96 (üç yüz əlli yeddi manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 23.6 (iyirmi üç manat, altmış qəpik) manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 35.80 (otuz beş manat, səksən qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 417.36 (dörd yüz on yeddi manat, otuz altı qəpik) manat; xx.xx.2025ci il tarixli, ********** saylı müqavilə üzrə PANASONİC qulaqlıq üçün 36 (otuz altı) manat ödənilməmiş hissə, 3.60 (üç manat, altmış qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 39.60 (otuz doqquz manat, altmış qəpik) manat məbləğində borcunu tələb etmişdir. Məhkəmə iddia tələbinin xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə 31.29 (otuz bir manat, iyirmi doqquz qəpik) manat cərimə borcu; xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə 43.49 (qırx üç manat, qırx doqquz qəpik) manat cərimə borcu; xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə 35.80 (otuz beş manat, səksən qəpik) manat məbləğində cərimə (dəbbə) pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin tələblər qismən təmin edilməli və cərimə məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə 31.29 (otuz bir manat, iyirmi doqquz qəpik) manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 16 (on altı) manat; xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə 43.49 (qırx üç manat, qırx doqquz qəpik) manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 22 (iyirmi iki) manat; xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə 35.80 (otuz beş manat, səksən qəpik) manat məbləğində cərimənin (dəbbənin) azaldılaraq, 18 (on səkkiz) manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçının əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iddia tələbinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh məhkəmə xərci olaraq İnnovativ Layihələr Mərkəzi rüsumu 23.6 (iyirmi üç manat, altmış qəpik) manatın cavabdehdən alınıb ona verilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 115.0 və 115.0.9-cu maddələrinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı sözügedən iş üzrə tələb etdiyi 23.6 (iyirmi üç manat, altmış qəpik) manat İnnovativ Layihələr Mərkəzi rüsumunu malın istifadəsini mümkünsüz etdiyi və ya cihazın İmei kodunun deaktiv olunması ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyi, məhdudiyyətin aradan qaldırılması üçün ödənildiyi halda tələb edə bilər. Hazırki vəziyyətdə isə “ABC”-nin malın istifadəsini mümkünsüz etdiyini və ya cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir və iddiaçı sözügedən işlə bağlı həmin xərci çəkməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə İMEİ Kod **********00801 “XİAOMİ REDMİ 13” telefon üçün 312.92 (üç yüz on iki manat, doxsan iki qəpik) manat əsas borc, 16 (on altı) manat cərimə borcu olmaqla, ümumilikdə 328.92 (üç yüz iyirmi səkkiz manat, doxsan iki qəpik) manat; xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə İMEİ Kod **********44278 OPPO A3, X2 3 il xidməti üçün 434.88 (dörd yüz otuz dörd manat, səksən səkkiz qəpik) manat əsas borc, 22 (iyirmi iki) manat cərimə borcu olmaqla, ümumilikdə 456.88 (dörd yüz əlli altı manat, səksən səkkiz qəpik) manat; xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə İMEİ Kod **********31607 “XİAOMİ REDMİ 13” telefon üçün 357.96 (üç yüz əlli yeddi manat, doxsan altı qəpik) manat əsas borc, 18 (on səkkiz) manat cərimə borcu olmaqla, ümumilikdə 375.96 (üç yüz yetmiş beş manat, doxsan altı qəpik) manat; xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə PANASONİC qulaqlıq üçün 36 (otuz altı) manat əsas borc, 3.60 (üç manat, altmış qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 39.60 (otuz doqquz manat, altmış qəpik) manat, 3 müqavilə üzrə ümumilikdə 1201.36 (bir min iki yüz bir manat, otuz altı qəpik) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, İddiaçı tərəfindən ödənilmiş 33.27 (otuz üç manat, iyirmi yeddi qəpik) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 30.12 (otuz manat, on iki qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə İMEİ Kod **********00801 “XİAOMİ REDMİ 13” telefon üçün 312.92 (üç yüz on iki manat, doxsan iki qəpik) manat əsas borc, 16 (on altı) manat cərimə borcu olmaqla, ümumilikdə 328.92 (üç yüz iyirmi səkkiz manat, doxsan iki qəpik) manat; xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə İMEİ Kod **********44278 OPPO A3, X2 3 il xidməti üçün 434.88 (dörd yüz otuz dörd manat, səksən səkkiz qəpik) manat əsas borc, 22 (iyirmi iki) manat cərimə borcu olmaqla, ümumilikdə 456.88 (dörd yüz əlli altı manat, səksən səkkiz qəpik) manat; xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə İMEİ Kod **********31607 “XİAOMİ REDMİ 13” telefon üçün 357.96 (üç yüz əlli yeddi manat, doxsan altı qəpik) manat əsas borc, 18 (on səkkiz) manat cərimə borcu olmaqla, ümumilikdə 375.96 (üç yüz yetmiş beş manat, doxsan altı qəpik) manat; xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə PANASONİC qulaqlıq üçün 36 (otuz altı) manat əsas borc, 3.60 (üç manat, altmış qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 39.60 (otuz doqquz manat, altmış qəpik) manat, 3 müqavilə üzrə cəmi 1201.36 (bir min iki yüz bir manat, otuz altı qəpik) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 33.27 (otuz üç manat, iyirmi yeddi qəpik) manat miqdarında dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 30.12 (otuz manat, on iki qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. İddia tələbi qalmış hissədə təmin edilməsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №e-2(5-91)-28/2026
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-91)-28/2026
18.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver