Məhkəmə qərarları › İş №e-2(5-92)-115/2026

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-92)-115/2026

19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(5-92)-115/2026 19.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Zeynalov İlkin Cəlal oğlu İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiaçının nümayəndəsinin ərizəsinə baxaraq müəyyən etdim : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, PALTARYUYAN HOFFMANN, SOYUDUCU HOFFMANN, 2 ədəd ZƏMANƏT + 3 xidməti üçün 1452,24 (min dörd yüz əlli iki manat, 24 qəpik) manat ödənilməmiş hissə, 145,22 (yüz qırx beş manat, 22 qəpik) manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********01190 OPPO A3X markalı telefon, QİZİL ZƏMANƏT ULTR 1 İL xidməti üçün 165,4 (yüz altmış beş manat, 40 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (İyirmi üç manat, 60 qəpik) manat rüsum, 16,54 (on altı manat, 54 qəpik) manat cərimə, ümumilikdə 1803 manat borc, 38,03 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "ABC TELECOM' Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində bildirmişdir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul tələbinə dair” mülki iş Sizin icraatınızdadır. Borclu müqavilə üzrə borc öhdəliyini yerinə yetirdiyi üçün, iddiadan imtina edirik. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri, dövlət rüsumu ilə birlikdə geri qaytarmağınızı xahiş edirik. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.1.0, 261.0.3, 261.0.6 və 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 2-ci bəndinə əsasən Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin ərizənin baxılmamış saxlanılması barədə ərizəsi əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1, 259.0.11, 260, 263-264 -cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən Hökümət Ödəniş portalı vasitəsilə xx.xx.2026-cı il tarixdə ********** saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 38.04 (otuz səkkiz manat dörd qəpik) manat dövlət rüsumu ərizə baxılmamış saxlanıldığından iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elekron Məhkəmə Sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar