Məhkəmə qərarları › İş №e-2(5-92)-34/2026

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-92)-34/2026

16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(5-92)-34/2026 16.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlu İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsindən irəli gələn borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2025-cü il tarixli ******* saylı fakturaya əsasən, KOMBİ HOFFMANN, ZƏMANƏT + 3 İL XİDMƏTİ üçün 1229,94 (min iki yüz iyirmi doqquz manat, 94 qəpik) manat ödənilməmiş hissə, 122,99 (yüz İyirmi iki manat, 99 qəpik) manat cərimə, xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ******* saylı fakturaya əsasən, PLİTƏ HOFFMANN, ZƏMANƏT + 2 İL XİDMƏTİ üçün 234,67 (iki yüz otuz, dörd manat, 67 qəpik) manat ödənilməmiş hissə, 23,47 (iyirmi üç manat, 47 qəpik) manat cərimə, ümumilikdə 1611,07 manat borc, 36,12 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ******* saylı faktura və xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2025-cü il tarixli ******* saylı fakturaya əsasən KOMBİ HOFFMANN, ZƏMANƏT + 3 İL XİDMƏTİ, KOMBİ HOFFMANN DELUXE PRO, PLİTƏ HOFFMANN, 2 ƏDƏD ZƏMANƏT + 2 İL XİDMƏTİ, KOMBİNİN İŞƏ SALİNMASİ XİDMƏTİ almış və nəticədə 1611,07 (min altı yüz on bir manat, 07 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ******* saylı fakturaya əsasən, alqı-satqı qiyməti 1229,94 (min iki yüz iyirmi doqquz manat, 94 qəpik) manat (18 ay x 68,33 manat + 0 manat ilkin ödəniş) olan KOMBİ HOFFMANN, ZƏMANƏT + 3 İL XİDMƏTİ üçün ümumilikdə, 1352,93 (mnin üç yüz əlli iki manat, 93 qəpik) manat olmaqla ondan, 1229,94 (min iki yüz iyirmi doqquz manat, 94 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 122,99 (yüz iyirmi iki manat, 99 qəpik) manat cərimə, xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ******* saylı fakturaya əsasən, alqı-satqı qiyməti 1817.98 (min səkkiz yüz on yeddi manat, 98 qəpik) manat (18 ay x 99,61 manat + 25 manat ilkin ödəniş olan KOMBİ HOFFMANN DELUXE PRO, PLİTƏ HOFFMANN, 2 ƏDƏD ZƏMANƏT + 2 İL XİDMƏTİ, ΚΟΜΒΙΝΙΝ İŞƏ SALİNMASİ XİDMƏTİ üçün ümumilikdə, 258,14 (iki yüz əlli səkkiz manat, 14 qəpik) manat olmaqla ondan, 234,67 (iki yüz otuz dörd manat, 67 qəpik) manat ödənilməmiş hissə, güzəşt 23,47 (iyirmi üç manat, 47 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2025-cü il tarixli müqaviləsinə əsasən KOMBİ HOFFMANN DELUXE PRO, ZƏMANƏT + 2 İL XİDMƏTİ VƏ KOMBİNİN İŞƏ SALİNMASİ XİDMƏTİNDƏN xx.xx.2025-ci il tarixində imtina etmiş və məhsul 1558.31 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2025ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 25 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1558,31 manat, ümumilikdə, 1583,31 manat təşkil edir. Cavabdehin digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2025-cü il tarixli ******* saylı fakturanın və xx.xx.2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ******* saylı fakturanın ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da, cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Fiziki şəxs Cavabdeh ilə bağlanmış xx.xx.2025-ci il tarixli ********** saylı mal satınalması müqavilələsindən, həmçinin həmin müqavilələrin ayrılmaz hissəsi olan təhviltəslim aktlarından məlum olur ki, satıcı müqavilələrdə göstərilmiş əşyaları qüsursuz şəkildə alıcıya təhvil vermiş, alıcı bu barədə həmin aktı imzalamışdır. xx.xx.2026-cı il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi- xx.xx.2025-ci il tarixli ******* saylı və xx.xx.2025ci il tarixli ******* saylı fakturalara əsasən hal-hazırda cavabdehin cəmiyyətə olan borcu ümumilikdə 1464.61 manat ödənilməmiş hissə, 146.46 manat cərimə borcu olmaqla cəmi 1611.07 manat təşkil edir. ********** nömrəli, xx.xx.2026-cı il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar X1 elektron ödəmə sistemi vasitəsilə dövlət büdcəsinin xəzinə hesabına 36.12 (otuz altı manat manat on iki qəpik) manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh müqavilələrdən irəli gələn öhdəliyini lazımi qaydada icra etməmiş və bununla bağlı «ABC TELECOM” MMC tərəfindən cavabdehə xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi cavabdeh müqavilələri üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliklərini icra etmədiyindən iddiaçının Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən malın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Ona görə də hesablanmış 146.46 manat cərimənin məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan cərimənin məbləğinin 12 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ******* saylı və xx.xx.2025-ci il tarixli ******* saylı fakturalara əsasən hal-hazırda cavabdehin cəmiyyətə olan borcu ümumilikdə 1464.61 manat ödənilməmiş hissə, 12 manat cərimə borcu olmaqla cəmi 1476.61 manat borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ödənilmiş 36.12 (otuz altı manat on iki qəpik) manat dövlət rüsumunun 6.79 (altı manat yetmiş doqquz qəpik) manatı iddiaçıya aid edilməli, qalan 29.33 (iyirmi doqquz manat otuz üç qəpik) manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.1-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.5-cü maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ******* saylı və xx.xx.2025-ci il tarixli ******* saylı fakturalara əsasən hal-hazırda cavabdehin cəmiyyətə olan borcu ümumilikdə 1464.61 (bir min dörd yüz altmış dörd manat altmış bir qəpik) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə borcu olmaqla cəmi 1476.61 (bir min dörd yüz yetmiş altı manat altmış bir qəpik) manat və 29.33 (iyirmi doqquz manat otuz üç qəpik) manat ödənilmiş dövlət rüsümu tutularaq İddiaçınə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Şərur Rаyоn Məhkəməsi vаsitəsilə Naxçıvan MR Ali Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar