Məhkəmə qərarları › İş №e-2(5-93)-1451/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-93)-1451/2026

19.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-93)-1451/2026 19.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsinin icrasının təmin edilməsi tələbinə dair iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Baku Electronics MMC-yə qarşı alqı-satqı müqaviləsinin icrasının təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2026-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, ərizə və ona əlavə edilmi sənədlər geri qaytarılmalıdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan mübahisə məhz aralarında olan müqavilədən yaranmasına rəğmən iddia ərizəsinə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi əlavə edilməmişdir. Halbuki tərəflər arasında olan xx.xx.2026-cı il tarixli müqavilənin 3.7 bəndində qeyd olunmuşdur: Tərəflər arasında mübahisələr qarşılıqlı razılşma yolu ilə həll olunur. Mübahisə qarşılıqlı razılaşma ilə öz həllini tapmadıqda və ya tərəflər razılığa gələ bilmədikdə mübahisələr qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etməklə həll edilir. Göründüyü kimi, mübahisənin həllinin məhkəmədən kənar qaydada həll edilməsinin zəruriliyi ya tərəflər arasında bağlanmış müqavilə və ya qanunla nəzərdə tutulduğu halda tərəflər məhkəməyə müraciət etməmişdən əvvəl mütləq şəkildə bu qaydaya əməl etməlidirlər. Məhkəmə həmçinin tərəfin diqqətinə çatdırır ki, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd dedikdə, yalnız “pretenziya” məzmunlu məktubu deyil, həmçinin bu məktubun qarşı tərəfə çatdırılmasını təsdiq edən xəbərnamə, poçt qəbzi və ya elektron çıxarış da nəzərdə tutulur. Məhz bu prosedur şəxsin məhkəməyəqədər məlumatlanması və tələbin məhkəməyə çıxmamışdan əvvəl tərəflər arasında müəyyən razılığın əldə edilməsi, o cümlədən də qarşı tərəfin mülki qaydada müdafiəsini təmin etməyi nəzərdə tutur. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd iddia ərizəsinə əlavə edilmədiyinə görə, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Baku Electronics MMC-yə qarşı alqı-satqı müqaviləsinin icrasının təmin edilməsi tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar