Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-93)-271/2026 23.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli Toğrul Salman oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq, MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən “İmei kodu **********31124 X1 13” markalı mobil telefon zəmanət + 3 il xidməti üçün 345,88 manat (üç yüz qırx beş manat, səksən səkkiz qəpik) ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat (iyirmi üç manat, altmış qəpik) rüsum, 34,59 manat (otuz dörd manat, əlli doqquz qəpik) cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən “Qaz kolonkası Electrolux, qızıl zəmanət ultra 1 il” xidməti üçün 232,06 manat (iki yüz otuz iki manat, altı qəpik) ödənilməmiş hissə, 23,21 manat (iyirmi üç manat, iyirmi bir qəpik) cərimə, ümumilikdə, 659,33 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən “İmei kodu **********31124 X1 13” markalı mobil telefon zəmanət + 3 il xidməti və “Qaz kolonkası Electrolux, qızıl zəmanət ultra 1 il” xidməti almış və nəticədə 659,33 manat (altı yüz əlli doqquz manat otuz üç qəpik) borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 383,88 manat (üç yüz səksən doqquz manat, səksən səkkiz qəpik), (yəni 18 ay x 21,66 manat + 0 manat ilkin ödəniş) olan “İmei kodu **********31124 X1 13” markalı mobil telefon zəmanət + 3 il xidməti” üçün ümumilikdə, 404,07 manat (dörd yüz dörd manat yeddi qəpik) olmaqla ondan 345,88 manat (üç yüz qırx beş manat, səksən səkkiz qəpik) ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat (iyirmi üç manat, altmış qəpik) rüsum, güzəşt olunaraq 34,59 manat (otuz dörd manat, əlli doqquz qəpik) cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 310,08 (üç yüz on manat səkkiz qəpik) (yəni 12 ay x 25,84 manat + 0 manat ilkin ödəniş) olan “Qaz kolonkası Electrolux, qızıl zəmanət ultra 1 il” xidməti ümumilikdə 255,27 (iki yüz əlli beş manat iyirmi yeddi qəpik) olmaqla ondan 232,06 manat (iki yüz otuz iki manat, altı qəpik) ödənilməmiş hissə güzəşt olunaraq 23,21 manat (iyirmi üç manat, iyirmi bir qəpik) cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 122,02 manat təşkil etmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməli olmuşdur. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025ci il tarixli 107989 №-li müqavilədən və müqaviləyə əlavədən görünür ki, “X1 13 6/128 GB Midnight black İmei kodu **********31124” təsvirli ümumi qiyməti 389,94 manat olan məhsul sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan məhsulun dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025ci il tarixli 107989 №-li müqavilədən və müqaviləyə əlavədən görünür ki, “Qaz kolonkası Electrolux, qızıl zəmanət ultra 1 il” təsvirli ümumi qiyməti 310,04 manat olan məhsul sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan məhsulun dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli Cavabdeh “maliyyə və ödəniş cədvəli”ndən görünür ki, xx.xx.2025-ci il tarixli “İmei kodu **********31124 X1 13” müqavilə üzrə ödəniş müddəti 18 ay, aylıq ödəniş məbləği 21,66 manat, ilkin ödəniş 0 manat, alqısatqı qiyməti 389,88 manat, əsas borca ödənilmiş məbləğ 44 manat, əsas borca ödənilməmiş məbləğ 345,88 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23,60 manat, cərimə 34,59 manat olmaqla, ümumilikdə ödənilməmiş məbləğ cəmi 404,07 manat; xx.xx.2025-ci il tarixli “Qaz kolonkası Electrolux, qızıl zəmanət ultra 1 il” müqavilə üzrə ödəniş müddəti 12 ay, aylıq ödəniş məbləği 25,84 manat, ilkin ödəniş 0 manat, alqısatqı qiyməti 310,08 manat, əsas borca ödənilmiş məbləğ 78,02 manat, əsas borca ödənilməmiş məbləğ 232,06 manat, cərimə 23,21 manat olmaqla, ümumilikdə ödənilməmiş məbləğ cəmi 255,27 manat olmaqla, cəmi əsas borca ödənilmiş məbləğ 122,02 manat, cəmi əsas borca ödənilməmiş məbləğ 577,94 manat, cəmi cərimə 57,59 manat, ümumilikdə ödənilməmiş cəmi məbləğ 659,33 manat təşkil etmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-ə olan borcunu 3 iş günü ərzində icra etməməsi təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx.xx.2026-cı il tarixli, ********** №-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, “İmei kodu **********31124 X1 13” markalı mobil telefonun açılıb-bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,60 manat (iyirmi üç manat, altmış qəpik) pul ödənilmişdir. xx.xx.2026-cı il tarixli təhvil təslim aktının surətindən görünür ki, xx.xx.2026 tarixinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İnnovativ Layihələr Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcun məbləği 132444,38 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən bоrclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericiliklə nəzərdə tutulmuş qaydada nisyə-alqı satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış əsas borcunu iddiaçıya ödəməlidir. Eyni zamanda işdən görünür ki, iddiaçı cavabdehdən öhdəliyin vaxtında və lazımınca icra edilməməsinə görə cərimə (dəbbə) tutulmasını xahiş etmişdir. Dəbbə puluna görə cavabdehin məsuliyyəti olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun təqsiri olduğu təqdirdə tələb edə bilər. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində borclunun təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. İşdən göründüyü kimi, iddiaçı cavabdehdən xx.xx.2025-ci il tarixli müqavilə üzrə 34,59 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 23,21 manat olmaqla, cəmi 57,79 manat cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırki vəziyyətdə işin hallarına tam uyğun deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh оlunmаsınа dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir ki, “digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb оlunmаsının qarşısı аlınmаlıdır”. Məhkəmə hesab edir ki, cərimənin miqdarının bu qədər çox оlmаsı borclunun mülkiyyət mаrаqlаrının qorunması və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb оlunmаsının qarşısının аlınmаsı baxımından məqsədəmüvafiq deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən öz öhdəliyini lazımınca yerinə yetirməməkdə ifadə оlunаn ümumi mаrаqlа оnlаrın mülkiyyət hüquqlarının müdafiəsi аrаsındа ədalətli tаrаzlığа nail оlunmаsı bаxımındаn cərimənin miqdarının аzаldılаrаq xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3 manat olmaqla, cəmi 6 manat məbləğində müəyyən edilməsi məqsədəuyğun hesab oluna bilər. Bundan əlavə, iddia tələbindən görünür ki, iddiaçı tərəfindən cavabdehdən “İnnovativ Layihələr Mərkəzi rüsumu” təyinatı ilə 23,6 manat məbləğində pul tələb edilmişdir. İddia ərizəsinin əsaslandırıcı hissəsindən görünür ki, iddiaçı bu tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış müqaviləyə əsasən, müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın İnnovativ Layihələr Mərkəzi tətbiq etdiyi rüsumu tələb edə bilər. İş materiallarında olan tərəflər arasında bağlanmış müqavilənin 4.4-cü bəndində qeyd edilmişdir ki, müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Müqavilənin 4.14-cü maddəsinə əsasən, ... Müştərinin ümumi borc üzrə “ABC” qarşısında icra edilməmiş hər hansı pul öhdəliyi yaranarsa, bu halda “ABC” dəyəri tam ödənilməmiş istənilən malın istifadəsini mümkünsüz edə, o cümlədən əşyanın AR-in rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər. Müqavilənin 3.5-ci bəndində isə qeyd edilir ki, Müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə borclunun müqavilə öhdəliyini lazımınca icra etmədiyi halda "xxxx" MMC-nin müqavilə predmeti olan əşyanın istifadəsini mümkünsüz etməsi (o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu) ilə hüququ nəzərdə tutulmuş, bu hüququn həyata keçirilməsi ilə bağlı "xxxx" MMC tərəfindən borcludan əlavə ödənişlər tələb edilməsinin mümkünlüyü müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki, əgər iddiaçı məhz bu təyinatla cavabdehdən hər hansı məbləğdə əlavə ödəniş (iddia tələbində qeyd edildiyi şəkli ilə rüsum) tələb edirsə, o, sübut etməlidir ki, cihazın deaktiv edilməsi üçün həmin məbləğdə xərc çəkilmişdir (çəkilməsi zəruridir). Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş materiallarına isə iddiaçının tələbini bu hissədə təsdiq edə biləcək mötəbər bir sübut əlavə edilməmiş, iddiaçı tərəfindən tərtib edilmiş arayış əlavə edilməklə kifayətlənilmişdir. Məhkəməyə təqdim edilmiş təhvil təslim aktında İnnovativ layihələr mərkəzinə olan borcun ümumi məbləği göstərilmiş, bu borcun məhz baxılan iş üzrə alqı-satqı müqaviləsinin predmeti olan mobil telefonla əlaqəsini təsdiq edən məlumatlar müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmiş hər hansı arayış həmin hissədə iddia tələbinin əsaslı olması nəticəsinə gəlmək üçün yeganə əsas təşkil edə bilməz. Odur ki, iddia bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci bəndinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı qanunla nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 345,88 manat məbləğində əsas borc və 3 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 232,06 manat məbləğində əsas borc və 3 manat cərimə olmaqla, cəmi 583,94 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 345,88 manat məbləğində əsas borc və 3 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 232,06 manat məbləğində əsas borc və 3 manat cərimə olmaqla, cəmi 583,94 manat (beş yüz səksən üç manat, doxsan dörd qəpik) məbləğində pul və 30 manat (otuz manat) dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul İbrahimli
Məhkəmə qərarları › İş №e-2(5-93)-271/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-93)-271/2026
23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver