Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-94)-211/2026 25.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış BE264203 saylı müqaviləyə əsasən 186,99 manat əsas borc, BE149144 saylı müqaviləyə əsasən 246,99 manat əsas borc, BE244761 saylı müqaviləyə əsasən 1108,39 manat əsas borc, BE208548 saylı müqaviləyə əsasən 73,99 manat əsas borc olmaqla, ümumilikdə 1616,36 manat borcun və 37 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında BE264203 saylı xx.xx.2025-ci il tarixdə bağlanmış nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 28-dən gec olmamaqla 39 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında BE149144 saylı xx.xx.2024-cü il tarixdə bağlanmış nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 29-dan gec olmamaqla 63 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında BE244761 saylı xx.xx.2024-cü il tarixdə bağlanmış nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 27-dən gec olmamaqla 84 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında BE208548 saylı xx.xx.2024-cü il tarixdə bağlanmış nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 1-dən gec olmamaqla 20 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Belə ki, borca dair arayışlardan görünür ki, Cavabdeh İddiaçı MMC-yə BE264203 saylı müqaviləyə əsasən 186 manat əsas borc, BE149144 saylı müqaviləyə əsasən 246,99 manat əsas borc, BE244761 saylı müqaviləyə əsasən 1108,39 manat əsas borc, BE208548 saylı müqaviləyə əsasən 73,99 manat əsas borc olmaqla, ümumilikdə 1616,36 manat borcu qalmışdır. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumat göndərilsə də, o, əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Sübutların tədqiqi: İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024cü il tarixli BE149144 nömrəli müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən 749,99 manat dəyərində “Xiaomi Pad” markalı planşeti cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə öz növbəsində müqavilədə qeyd edilən vaxtda və məbləğdə ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavəyə görə əşyanın dəyəri 749,99 manat, ödəniş müddəti 12 ay olmaqla, aylıq ödəniş 63 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Xiaomi Pad” markalı planşet cavabdehə xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. xx.xx.2026-cı il tarixli borca dair arayışa əsasən Cavabdeh tərəfindən müqavilə üzrə 503 manat məbləğində ödəniş edilmiş, cavabdehin müqavilə üzrə əsas borcu 246,99 manat təşkil edir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli BE208548 nömrəli müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən 233,99 manat dəyərində “Huawei” markalı naqilsiz qulaqcığı cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə öz növbəsində müqavilədə qeyd edilən vaxtda və məbləğdə ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavəyə görə əşyanın dəyəri 233,99 manat, ödəniş müddəti 12 ay olmaqla, aylıq ödəniş 20 (sonrakı aylar üzrə müvafiq olaraq 19 manat, 18 manat və 17 manat) manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Huawei” markalı naqilsiz qulaqcıq cavabdehə xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. xx.xx.2026-cı il tarixli borca dair arayışa əsasən Cavabdeh tərəfindən müqavilə üzrə 160 manat məbləğində ödəniş edilmiş, cavabdehin müqavilə üzrə əsas borcu 73,99 manat təşkil edir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli BE244761 nömrəli müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən 1490,39 manat dəyərində “LG” markalı paltaryuyan maşını cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə öz növbəsində müqavilədə qeyd edilən vaxtda və məbləğdə ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavəyə görə əşyanın dəyəri 1490,39 manat, ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 83 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, “LG” markalı paltaryuyan maşın cavabdehə xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. xx.xx.2026-cı il tarixli borca dair arayışa əsasən Cavabdeh tərəfindən müqavilə üzrə 382 manat məbləğində ödəniş edilmiş, cavabdehin müqavilə üzrə əsas borcu 1108,39 manat təşkil edir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli BE264203 nömrəli müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən 460,99 manat dəyərində “Redmi Note 14” markalı mobil telefon cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə öz növbəsində müqavilədə qeyd edilən vaxtda və məbləğdə ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavəyə görə əşyanın dəyəri 460,99 manat, ödəniş müddəti 12 ay olmaqla, aylıq ödəniş 39 manat müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Redmi Note 14” markalı mobil telefon cavabdehə xx.xx.2025-ci il tarixdə təhvil verilmişdir. xx.xx.2026-cı il tarixli borca dair arayışa əsasən Cavabdeh tərəfindən müqavilə üzrə 274 manat məbləğində ödəniş edilmiş, cavabdehin müqavilə üzrə əsas borcu 186,99 manat təşkil edir. İddiaçı MMC tərəfindən xx.xx.2025-ci il tarixdə Cavabdeh ünvanlanmış pretenziya məktublarına əsasən nisyə alqı-satqı müqavilələri üzrə borcun ödənilməsi cavabdehdən tələb edilmiş, ödənilmədiyi təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. İşin müəyyən edilən halları: Tərəflər arasında xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli müqavilələr imzalanmış, müqavilələrə əsasən iddiaçı müqavilələrdə göstərilmiş əşyaları Cavabdeh təhvil verməyi, Cavabdeh isə müqavilələrdə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməyərək, müqavilə şərtlərini pozmuş, müqavilələrə əsasən hər ay ödənilməli olan pul vəsaitini vaxtında ödəməmişdir. Hazırda Cavabdeh qalıq borcu ümumilikdə 1616,36 manat təşkil edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandlğı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilələrin hissə-hissə ödənilməsi müddəti və məbləği müqavilə ilə müəyyən edilərək Cavabdeh tərəfindən də imzalanmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında Cavabdeh iddiaçıdan müqavilədə göstərilən əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyanın dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, İddiaçı MMC hazırkı iddianı irəli sürməkdə haqlıdır. Məhkəmə xərclərinin bölüşdürülməsi: Məhkəmə həmçinin iddiaçı ödənilmiş dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli BE149144 nömrəli müqaviləyə görə 246,99 manat əsas borc, xx.xx.2024-cü il tarixli BE208548 nömrəli müqaviləyə görə 73,99 manat əsas borc, xx.xx.2024-cü il tarixli BE244761 nömrəli müqaviləyə görə 1108,39 manat əsas borc, xx.xx.2025-ci il tarixli BE264203 nömrəli müqaviləyə görə 186,99 manat əsas borc və 37 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1653,36 manat (min altı yüz əlli üç manat otuz altı qəpik) məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №e-2(5-94)-211/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-94)-211/2026
25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver