Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-94)-325/2026 27.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025ci il tarixli, ********* saylı fakturaya əsasən “zəmanət + 2 il” xidməti, “HP Victus 16” markalı kompüter üçün 2.416,48 (iki min dörd yüz on altı manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 241,65 (iki yüz qırx bir manat altmış beş qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli, ********* saylı fakturaya əsasən imei kodu **********75240 olan “İphone 13” markalı telefon, “paket XXL” xidməti üçün 1.061,81 (bir min altmış bir manat səksən bir qəpik) manat ödənilməmiş hissə, 106,18 (bir yüz altı manat on səkkiz qəpik) manat cərimə; ümumilikdə 3.826,12 manat borcun və 58,27 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli, ********* saylı faktura, xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli, ********* saylı fakturaya əsasən “zəmanət + 2 il” xidməti, “HP Victus 16” markalı kompüter, imei kodu **********75240 olan “İphone 13” markalı telefon, “paket XXL” xidməti almış və nəticədə 3.826,12 (üç min səkkiz yüz iyirmi altı manat on iki qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli, ********* saylı fakturaya əsasən, alqı-satqı qiyməti 3.968,54 (üç min doqquz yüz altmış səkkiz manat əlli dörd qəpik) manat (18 ay x 151.03 manat + 1250 manat ilkin ödəniş) olan “zəmanət + 2 il” xidməti, “HP Victus 16” markalı kompüter üçün ümumilikdə, 2.658,13 (iki min altı yüz əlli səkkiz manat on üç qəpik) manat olmaqla ondan, 2.416,48 (iki min dörd yüz on altı manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 241,65 (iki yüz qırx bir manat altmış beş qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli, ********* saylı fakturaya əsasən, alqı-satqı qiyməti 1.549 (bir min beş yüz qırx doqquz) manat (12 ay x 118.25 manat + 130 manat ilkin ödəniş) olan imei kod **********75240 “İphone 13” markalı telefon, “paket XXL” xidməti üçün ümumilikdə 1.167,99 (bir min yüz altmış yeddi manat doxsan doqquz qəpik) manat olmaqla ondan, 1.061,81 (bir min altmış bir manat səksən bir qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 106,18 (bir yüz altı manat on səkkiz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2.039,25 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli, ********* saylı faktura, xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli, ********* saylı fakturanın ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə iddiaçının aralarında olan telefon danışığı, həmçinin göndərilən, xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh məhkəməyə məlum olan yaşayış yeri üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh göstərilən müddətdə iddiaçının tələbinə dair etirazlarını məhkəməyə bildirməmişdir. Məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin 1.2-ci maddəsinə əsasən “Müştəri” bu müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün “ABC” tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal(lar)ı\xidmət(lər)i (bundan sonra bu Müqavilənin predmetini təşkil edən istər mal(lar), istərsə də xidmət(lər) Müqavilənin və onun əlavələrinin mətnində təkdə və ya cəmdə olmasından asılı olmayaraq 'Mal' adlanacaq) “ABC”yə sifariş verir, “ABC” həmin “Mal”ı Müqavilədə (onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavə(lər)də) göstərilən şərtlərlə Müştəriyə təqdim edir, “Müştəri” isə həmin “Mal”ın dəyərini razılaşdırılmış qaydada “ABC”yə ödəyir. Həmin Müqavilənin 2.2-ci maddəsinə görə “Müştəri” qəbul və bəyan edir ki, 0(055)336-29-36 mobil nömrəsi onun istifadəsindədir. “Müştəri”, həmçinin bu mobil nömrə(lər) dən göndərilən (göndəriləcək) SMS məzmunlarının və məlumatların hər bir halda onun özü tərəfindən göndərilmiş olduğunu qəbul edir və bu halı mübahisələndirmir. Həmin SMS məzmunlar və məlumatlar bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Bu bənddə göstərilən mobil nömrə(lər)dən verilmiş sifarişlər üzrə bütün məsuliyyəti müştəri daşıyır. Həmin Müqavilənin 5.1-ci maddəsinə görə müqavilə imzalandığı andan qüvvəyə minir və 10 (on) il müddətinə qüvvədədir. xx.xx.2025-ci il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, “HP Victus 16” markalı kompüter xx.xx.2025-ci il tarixli, ********** saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin xx.xx.2025-ci il tarixli əlavəsindən görünür ki, “HP Victus 16” markalı kompüter, batareya zəmanəti 1 il və “zəmanət 3 il” xidməti üçün ilkin ödəniş 1.250 manat olmaqla, 18 ay müddətinə, aylıq 151,03 manat ödəniş olmaqla – 3.968,59 manata satılmışdır. xx.xx.2025-ci il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, imei kod **********75240 “İphone 13” markalı telefon və “paket XXL” xidməti xx.xx.2025-ci il tarixli, ********** saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin xx.xx.2025-ci il tarixli əlavəsindən görünür ki, imei kod **********75240 “İphone 13” markalı telefon, paket XXL üçün ilkin ödəniş 130 manat olmaqla, 12 ay müddətinə, aylıq 118,25 manat ödəniş olmaqla – 1.548,99 manata satılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli, ********* saylı faktura üzrə 2.416,48 manat ödənilməmiş hissə, 241,65 manat cərimə, ümumilikdə, 2.658,13 manat borcu, xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli, ********* saylı faktura üzrə 1.061,81 manat ödənilməmiş hissə, 106,18 manat cərimə, ümumilikdə 1.167,99 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC xx.xx.2025-ci, xx.xx.2025-ci il tarixli müqavilələr üzrə öhdəliklərin icrası ilə əlaqədar Cavabdeh xəbərdarlıq ünvanlanmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barədə hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli, ********* saylı faktura üzrə cərimənin 241,65 manat məbləğində deyil, 120,82 manat məbləğində, xx.xx.2025ci il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli, ********* saylı faktura üzrə isə cərimənin 106,18 manat məbləğində deyil, 53,1 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barədə hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə həmçinin iddianın 58,27 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli, faktura üzrə 2.416,48 (iki min dörd yüz on altı manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 120,82 (bir yüz iyirmi manat səksən iki qəpik) manat cərimə olmaqla, 2.537,3 (iki min beş yüz otuz yeddi manat otuz qəpik) manat; xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli faktura üzrə 1.061,81 (bir min altmış bir manat səksən bir qəpik) manat ödənilməmiş hissə, 53,1 (əlli üç manat on qəpik) manat cərimə olmaqla, 1.114,91 (bir min yüz on dörd manat doxsan bir qəpik) manat borc məbləği; hər iki müqavilə üzrə cəmi 3.652,21 (üç min altı yüz əlli iki manat iyirmi bir qəpik) manat borc məbləği və 58,27 (əlli səkkiz manat iyirmi yeddi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(5-94)-325/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-94)-325/2026
27.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver