Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-94)-401/2026 11.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli 965167 saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, X4 13 markalı kompüter, Microsoft Office, Zəmanət + 1 İl Xidmət üçün 2412,84 manat ödənilməmiş hissə, 241,28 manat cərimə, xx.xx.2024-cü il tarixli 965167 saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, Mikrodalğalı Sobakumtel üçün 144,78 manat ödənilməmiş hissə, 14,48 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei Kodu **********28166 X5 13 markalı telefon, Paket L Xidməti, Plyonka istehsalı Xidməti, X32 İl Xidməti üçün 107,61 manat ödənilməmiş hissə, 10,76 manat cərimə olmaqla, ümumilikdə 2931,75 manat borc və 49,32 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 965167 saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı faktura, xx.xx.2024-cü il tarixli 965167 saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı faktura və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X4 13 markalı kompüter, Microsoft Office, Zəmanət + 1 İl Xidməti, X1, İmei Kodu **********28166 X5 markalı telefon, Paket L Xidməti, Plyonka İstehsalı Xidməti, X3 2 İl Xidməti almış və nəticədə 2931,75 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli 965167 saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, alqı-satqı qiyməti 2554,92 manat (18 ay x 141,94 manat + 0 manat ilkin ödəniş) olan X4 13 markalı kompüter, Microsoft Office, Zəmanət + 1 İl Xidməti üçün ümumilikdə, 2654,12 manat olmaqla ondan, 2412,84 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 241,28 manat cərimə, xx.xx.2024-cü il tarixli 965167 saylı müqavilənin əlavəsi xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, alqı-satqı qiyməti 187,02 manat (18 ay x 10,39 manat + 0 manat ilkin ödəniş) olan X1 üçün ümumilikdə, 159,26 olmaqla ondan, 144,78 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14,48 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 646,56 manat (18 ay x 35.92 manat + 0 manat ilkin ödəniş) olan İmei Kodu **********28166 X5 13 markalı telefon, Paket L Xidməti, Plyonkaıstehsalı Xidməti, X32 İl Xidməti üçün ümumilikdə, 118,37 manat olmaqla ondan, 107,61 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10,76 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 723,27 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il tarixli 965167 saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturanın, xx.xx.2024-cü il tarixli 965167 saylı müqavilənin əlavəsi xx.xx.2025-cü il tarixli ********* saylı fakturanın və xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə iddiaçının aralarında olan telefon danışığı, həmçinin iddiaçının göndərdiyi xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehin etirazı: Cavabdeh məlum olan ünvanı üzrə lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçı "xxxx" MMC nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh qeyd edilən müddətdə iddia tələbinə dair etirazını bildirməmişdir Mülki iş üzrə tədqiq edilmiş sübutlar: xx.xx.2024-cü il tarixli 965167 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən X4 13 markalı kompüter, Microsoft Office, Zəmanət + 1 İl Xidmət-i almışdır. xx.xx.2024-cü il tarixli 965167 saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********* saylı fakturadan görünür ki, Cavabdeh "xxxx" MMC-dən X1 almışdır. xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei Kodu **********28166 X5 13 Markalı Telefon, Paket L Xidməti, Plyonkaıstehsalı Xidməti, X32 İl Xidmət-İ almışdır. xx.xx.2025-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən X4 13 Markalı Kompüter, Microsoft Office, Zəmanət + 1 İl Xidmət-İ X2 Almışdır. xx.xx.2025-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən X1-i X2 almışdır. xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ KODU **********28166 X5 13 Markalı Telefon, Paket L Xidməti, Plyonkaıstehsalı Xidməti, X32 İl Xidmət-i X2 almışdır. xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ümumilikdə, 2665,23 manat ödənilməmiş hissə, 266,52 cərimə borcu olmaqla, cəmi 2931,75 manat borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2026-cı il tarixli ********** saylı mədaxil qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən məhkəməyə ərizə verilərkən 49,32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırma aparılmasına zərurətin olmaması qənaətinə gələrək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alqısatqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun xx.xx.2024-cü il tarixli 965167 saylı müqaviləsinə əsasən, 2412,84 manat ödənilməmiş hissə, 241,28 manat cərimə, xx.xx.2024-cü il tarixli 965167 saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, 144,78 manat ödənilməmiş hissə, 14,48 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 107,61 manat ödənilməmiş hissə, 10,76 manat cərimə olmaqla, ümumilikdə 2931,75 manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Eyni zamanda iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixli 965167 saylı müqaviləsinə əsasən, 2412,84 manat məbləğində əsas borca münasibətdə 241,28 manat cərimə pulunun, xx.xx.2024cü il tarixli 965167 saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, 144,78 manat məbləğində əsas borca münasibətdə 14,48 manat cərimə pulunun və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 107,61 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 10,76 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2024-cü il tarixli 965167 saylı müqaviləsinə əsasən əsasən, 121 manat, xx.xx.2024-cü il tarixli 965167 saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, 7 manat və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 5 manat olmaqla, ümumilikdə cavabdehdən 133 manat cərimə tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli 965167 saylı müqaviləsinə əsasən, 2412,84 manat əsas, 121 manat cərimə, xx.xx.2024-cü il tarixli 965167 saylı müqavilənin əlavəsi xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, 144,78 manat əsas, 7 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 107,61 manat əsas, 5 manat cərimə borcu, ümumilikdə 2665,23 manat əsas, 133 manat cərimə borcu olmaqla, cəmi 2798,23 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47,98 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 965167 saylı müqaviləsinə əsasən, 2412,84 (iki min dörd yüz on iki manat, səksən dörd qəpik) manat əsas, 121 (yüz iyirmi bir) manat cərimə, xx.xx.2024-cü il tarixli 965167 saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli ********* saylı fakturaya əsasən, 144,78 (yüz qırx dörd manat, yetmiş səkkiz qəpik) manat əsas, 7 (yeddi) manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 107,61 (yüz yeddi manat, altmış bir qəpik) manat əsas, 5 (beş) manat cərimə borcu olmaqla, cəmi 2798,23 (iki min yeddi yüz doxsan səkkiz manat, iyirmi üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47,98 (qırx yeddi manat, doxsan səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sahibə Hacıyeva İş № e-2(5-94)-401/2026 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL xx.xx.2026-cı il Bakı şəhəri Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraat qaydasında işə təqdim edilən sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxdı. Prosessual hərəkət saat 12:30-da başladı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək kiçik iddianın qismən təmin edilməsi, yaranmış borc məbləğini, ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul etdi. Prosessual hərəkət saat 12:40-da başa çatdı. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(5-94)-401/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-94)-401/2026
11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver