Məhkəmə qərarları › İş №e-2(5-95)-19/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-95)-19/2026

20.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-95)-19/2026 20.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Abiyeva Nərmin Mirhəsən qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********75673 OPPO RENO 11 markalı telefon, PLYONKA İSTEHSALİ XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMüƏçTüİn 647,88 (altı yüz qırx yeddi manat, 88 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 64,79 (altmış dörd manat, 79 qəpik) manat cərimə. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********53259 OPPO A60 markalı telefon, ZƏMANƏT + 1 İL XİDMƏTİ, PLYONKAİSTEHSALİ XİDMƏüTçİün 298,38 (iki yüz doxsan səkkiz manat, 38 qəpik) manat ödənilməmiş hissə, 29.84 (iyirmi doqqz manat, 84 qəpik) manat cərimə; xx.xx.2025cü il, tarixli müqaviləyə əsasən, JBL QULAQLİQüçün 103,42 (yüz üç manat, 42 qəpik) manat ödənilməmiş hissə, 10,34 (on manat, 34 qəpik) manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, KİESLECT QOL SAATİüçün 76.22 (yetmiş altı manat, 22 qəpik) manat ödənilməmiş hissə, 7.62 (yeddi manat, 62 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, BLENDER MOULİNEX, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏüçTüİn 72,64 (yetmiş iki mamat, 64 qəpik) manat ödənilməmiş hissə, 7,26 (yeddi manat, 26 qəpik ) manat cərimə xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, FEN ÜTÜ PHİLİPSüçün 51.87 (əlli bir manat 87 qəpik) manat ödənilməmiş hissə, 5,19 (beş manat, 19 qəpik) manat cərimə borcu olmaqla, Ümumilikdə, 1399,05 manat borc, 34 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmı2ş5.07.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2025-cü il tarixli müqavilələrə əsasən, İMEİ KODU **********75673 OPPO RENO 11 markalı telefon, PLYONKA İSTEHSALİ XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏİMTEİ,İ KODU **********53259 OPPO A60 markalı telefon, ZƏMANƏT + 1 İL XİDMƏTİ, PLYONKA İSTEHSALİ XİDMƏJTBİ,L QULAQLİQ, KİESLECT QOL SAATİ, BLENDER MOULİNEX, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, FEN ÜTÜ PHİLaİlPmSış və nəticədə 1399,05 (min üç yüz doxsan doqquz manat 05 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1331,64 (min üç yüz otuz bir manat, 64 qəpik) manat (18 ay x 73.98 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********75673 OPPO RENO 11 markalı telefon, PLYONKA İSTEHSALİ XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMüƏçTünİ ümumilikdə, 736,27 (yeddi yüz otuz altı manat, 27 qəpik) manat olmaqla ondan, 647,88 (altı yüz qırx yeddi manat, 88 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 64,79 (altmış dörd manat, 79 qəpik) manat cərimə. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 522,96 (beş yüz iyirmi iki manat, 96 qəpik) manat (12 ay x 43.58 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********53259 OPPO A60 markalı telefon, ZƏMANƏT + 1 İL XİDMƏTİ, PLYONKA İSTEHSALİ XİDMƏTüİçün ümumilikdə, 328,22 (üç yüz iyirmi səkkiz manat, 22 qəpik) manat olmaqla ondan, 298,38 (iki yüz doxsan səkkiz manat, 38 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29.84 (iyirmi doqqz manat, 84 qəpik) manat cərimə; xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 138,96 (yüz otuz səkkiz manat, 96 qəpik) manat (12 ay x 11,58 manat + 0 manat ilkin ödəniş) olan JBL QULAQLİQüçün ümumilikdə, 113,76 (yüz on üç manat. 76 qəpik) manat olmaqla ondan, 103,42 (yüz üç manat, 42 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10,34 (on manat, 34 qəpik) manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 153.96 (yüz əlli üç manat, 96 qəpik) manat (12 ay x 12,83 manat + 0 manat ilkin ödəniş) olan KİESLECT QOL SAATüİçün ümumilikdə, 83,84 (səksən ümmanat, 84 qəpik) manat olmaqla ondan, 76.22 (yetmiş altı manat, 22 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7.62 (yeddi manat, 62 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 140,56 (yüz qırx manat, 56 qəpik) manat (18 ay x 7,42 manat + 7 manat ilkin ödəniş) olan BLENDER MOULİNEX, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏüçTüİn ümumilikdə, 79,90 (yetmiş doqquz manat, 90 qəpik) manat olmaqla ondan, 72,64 (yetmiş iki mamat, 64 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7,26 (yeddi manat, 26 qəpik ) manat cərimə xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 69,96 (altmış doqquz manat, 96 qəpik) manat (12 ay x 5,83 manat + 0 manat ilkin ödəniş) olan FEN ÜTÜ PHİLİPSüçün ümumilikdə, 57,06 (əlli yeddi manat, 06 qəpik) manat olmaqla ondan, 51.87 (əlli bir manat 87 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5,19 (beş manat, 19 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1107,63 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqdagecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) İş materiallarından müəyyən olunur ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2025-cü il, tarixli, xx.xx.2024-cü il, tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2025-cü il, tarixli müqavilələrə əsasən İMEİ KODU **********75673 OPPO RENO 11 markalı telefon, PLYONKA İSTEHSALİ XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏİMTEİ,İ KODU **********53259 OPPO A60 markalı telefon, ZƏMANƏT + 1 İL XİDMƏTİ, PLYONKA İSTEHSALİ XİDMƏJTBİ,L QULAQLİQ, KİESLECT QOL SAATİ, BLENDER MOULİNEX, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, FEN ÜTÜ PHİLİlPS almış və nəticədə 1399,05 manat borc yaranmışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. İş materiallarında olan xəbərdarlıq məktubundan müəyyən olunur ki, cavabdehə kredit borcunu ödəməsi barədə öhdəliyini icra etməsi, əks təqdirdə öhdəliyin icra edilməməsi ilə əlaqədar məhkəmədə iddia qaldırılacağı barədə "xxxx" MMC tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 647,88 (altı yüz qırx yeddi manat, 88 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 64,79 (altmış dörd manat, 79 qəpik) manat cərimə. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 298,38 (iki yüz doxsan səkkiz manat, 38 qəpik) manat ödənilməmiş hissə, 29.84 (iyirmi doqqz manat, 84 qəpik) manat cərimə; xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, 103,42 (yüz üç manat, 42 qəpik) manat ödənilməmiş hissə, 10,34 (on manat, 34 qəpik) manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, 76.22 (yetmiş altı manat, 22 qəpik) manat ödənilməmiş hissə, 7.62 (yeddi manat, 62 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 72,64 (yetmiş iki mamat, 64 qəpik) manat ödənilməmiş hissə, 7,26 (yeddi manat, 26 qəpik ) manat cərimə xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, 51.87 (əlli bir manat 87 qəpik) manat ödənilməmiş hissə, 5,19 (beş manat, 19 qəpik) manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilədən irəli gələn öhdəliklərini icra etmədiyindən Cavabdeh ABC TELECOM MMC-yə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 647,88 (altı yüz qırx yeddi manat, 88 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 64,79 (altmış dörd manat, 79 qəpik) manat cərimə. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 298,38 (iki yüz doxsan səkkiz manat, 38 qəpik) manat ödənilməmiş hissə, 29.84 (iyirmi doqqz manat, 84 qəpik) manat cərimə; xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, 103,42 (yüz üç manat, 42 qəpik) manat ödənilməmiş hissə, 10,34 (on manat, 34 qəpik) manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, 76.22 (yetmiş altı manat, 22 qəpik) manat ödənilməmiş hissə, 7.62 (yeddi manat, 62 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 72,64 (yetmiş iki mamat, 64 qəpik) manat ödənilməmiş hissə, 7,26 (yeddi manat, 26 qəpik ) manat cərimə xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, 51.87 (əlli bir manat 87 qəpik) manat ödənilməmiş hissə, 5,19 (beş manat, 19 qəpik) manat cərimə borcu yaranmışdır. Ona görə məhkəmə iddiaçının əsas borc tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2026-cı il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 32 manat. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 15 manat, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən 5 manat, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən 3 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 3 manat, xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən 2 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. İş materiallarına əlavə olunmuş ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 34 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ümumilikdə təmin olunan 1334,01 manat məbləğinə mütənasib olaraq 33.34 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 647,88 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 32 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 298,38 manat ödənilməmiş hissə, 15 manat cərimə; xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, 103,42 manat ödənilməmiş hissə, 5 manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, 76.22 manat ödənilməmiş hissə, 3 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 72,64 manat ödənilməmiş hissə, 3 manat cərimə xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, 51.87 manat ödənilməmiş hissə, 2 manat cərimə borcu və 33.34 manat ödənilmiş dövlət rüsumu ABC Telecom MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xəzər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar