Məhkəmə qərarları › İş №e-2(5-95)-200/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-95)-200/2026

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-95)-200/2026 21.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi İddiaçı KB ASC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yuxarıda təfərrüatları qeyd edilmiş borc müqaviləsinə (müqavilələrinə) əsasən 2910 (iki min doqquz yüz on) manant əsas borc, 50 (əlli) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 2960 (iki min doqquz yüz altmış) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC –yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasını (ləğv edilməsini) tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “MM”) 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən də, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Müqavilədən birtərəfli imtinanı tənzimləyən MM-in 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında mübahisə borc müqaviləsindən irəli gəlir. Həmin kredit müqaviləsinin xx.xx.2024-cü il tarixində 30 ay müddətinə bağlanıldığı qeyd olunmuşdur. Yəni həmin müqavilə hazırda qüvvədədir. İddiaçı borclunun öhdəliyini icra etmədiyini əsas gətirərək borc müqaviləsini tam şəkildə tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunan normalara və hüquqi mövqeyə əsasən, istər müqavilənin ləğv edilməsi, istərsə də müqavilədən imtina edilməsi bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilməli, bundan sonra məhkəməyə müraciət edilə bilər. Lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərin arasında pretenziya məktubu olsa da, pretenziya məktubunun cavabdehə göndərilməsini təsdiq edən sübut (poçt reyestri və poçt qəbzi) iddia ərizəsiə əlavə edilməmişdir. Bu da iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmədən birbaşa məhkəməyə müraciət edildiyini, bununla da qanunvericiliyin tələbinin pozulduğunu təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284- 3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. MPM-in 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına əməl edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş xx.xx.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 50 manat dövlət rüsumu da qaytarılmalıdır. Belə ki, MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Habelə məhkəmə diqqətə çatdırır ki, MPM-in 284-3.5-ci maddəsinə əsasən, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-3, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbi ilə bağlı kiçik iddiallara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. İddiaçı KB ASC tərəfindən xx.xx.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 50 AZN (əlli manat) manat dövlət rüsumu Bakı şəhəri üzrə Maliyyə İdarəsi vasitəsilə ona qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar