Məhkəmə qərarları › İş №e-2(5-95)-63/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-95)-63/2026

12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-95)-63/2026 12.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “Lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İddiaçı MMC-nin Cavabdeh qarşı “Lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 dekabr 2024-cü il tarixli AZL-5638 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22 oktyabr 2025-ci il tarixə ödənilməmiş 224.81 manat gecikdirilmiş əsas, 292.72 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 344.73 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2255.20 manat, ümumilikdə 3117.46 manat borc və ödənilmiş 51.18 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Daha sonar İddiaçı MMC xx.xx.2026-cı il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək, tərəflər arasında razılıq əldə olunduğunu, ona görə iddia ərizəsinin geri qaytarılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 2-ci bəndinə əsasən, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə iddiaçının vəsatətini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan iddiaçıya geri qaytarılmalıdır. Bundan başqa, iddia ərizəsi qaytarıldığından, İddiaçı MMC tərəfindən xx.xx.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 51.19 AZN (əlli bir manat on doqquz qəpik) dövlət rüsumu da Bakı şəhəri üzrə Maliyyə İdarəsi vasitəsilə ona geri qaytarılmalıdır. Belə ki, MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı MMC-nin Cavabdeh qarşı “Lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı MMC tərəfindən xx.xx.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 51.19 AZN (əlli bir manat on doqquz qəpik) dövlət rüsumu Bakı şəhəri üzrə Maliyyə İdarəsi vasitəsilə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar