Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-95)-7/2026 09.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Abiyeva Nərmin Mirhəsən qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək Müəyyənetdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 324,9 AZN əsas 48,7 AZN cərimə cəmi 373,6 AZN borc, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqımüqaviləsi üzrə 124,4 AZN əsas 18,6 AZN cərimə cəmi 143 AZN borc, xx.xx.2024-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 230,4 AZN əsas, 34,5 AZN cərimə, cəmi 264,9 AZN borc, xx.xx.2024-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 83,9 AZN əsas, 12,5 AZN cərimə, cəmi 96,4 AZN borc, ümumilikdə dörd müqavilə üzrə 763,6 AZN əsas, 114,3 AZN cərimə, 877,9 AZN cəmi borcun və 30 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdi. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsinə verilməmişdir. İddia ərizəsində cavabdehin ünvan 1 ünvanında yaşadığı göstərilmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sisteminin portalından çıxarışdan görünür ki, Cavabdeh Şəki rayonu, Baş Göynük ə/d, Baş Göynük kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair xx.xx.2025-ci il tarixli **********93 nömrəli qəbzdən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixli **********93 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə (Bank: "xxxx" QSC, Filialın kodu: 504788 VÖEN: ********** SWİFT: ACABAZ22 Müxbir hesabı: AZ10NABZ******************** (AZN) Alan müştəri adı: "xxxx" MMC) Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №e-2(5-95)-7/2026
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-95)-7/2026
09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver