Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-96)-139/2026 26.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Nigar Kərəm qızı, İddiaçı QSC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə PLG000256 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 234 AZN borcun, 35.1 AZN cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X2 ilə Cavabdeh arasında bağlanmış PLG000256 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 684 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı QSC ilə X2 arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən X1 Cavabdeh qarşı olan 684 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə nisyə alqı satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki, cavabdehin bugünə 234 manat əsas borcu, 35.1 manat cərimə borcu yaranıb.
İşdə olan sübutlar:
3. X2 ilə Cavabdeh arasında PLG000256 saylı, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, malın nisyə alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı dəyəri 684 manat olan malı alıcıya nisyə satmağı, alıcı isə satılmış əşyaya görə 0 AZN ilkin ödəniş edərək malı qəbul edib, əşyanın qiymətini satıcıya bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də yer alan ödəniş cədvəlinə əsasən müəyyən edilmiş müddətdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür.
4. X2 ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, X2 dəyəri 684 manat olan malı Cavabdeh satmış, Cavabdeh satılmış mala görə ilkin ödəniş etmədən malı qəbul edib, malın dəyərini hər ay 57 manat ödəmək şərtilə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür;
5. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, PLG000256 saylı nisyə alqısatqı müqaviləsinin 1 saylı əlavəsində nəzərdə tutulan mal (mobil Redmi Note 12 s/256) X2 tərəfindən Cavabdeh təhvil verilmişdir.
6. R-2291/23 №-li xx.xx.2023-cü il tarixli faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2024cü il tarixli sazişdən görünür ki, X2 PLG000256 saylı, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh olan 684 manat məbləğində tələb hüququnu İddiaçı QSC-yə güzəşt etmişdir;
7. Tələbin güzəşti barədə bildirişdən görünür ki, X2 ilə bağlanmış PLG000256 saylı, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinin hamısının İddiaçı QSC-yə güzəşt edilməsi barədə Cavabdeh xəbərdar edilmişdir.
8. xx.xx.2025-ci il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh PLG000256 saylı, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçı QSC-yə 234 manat əsas məbləğ üzrə qalıq borc, 35.1 manat cərimə borcu olmaqla, cəmi 269.1 manat məbləğində borcu vardır.
9. 27.11.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh PLG000256 saylı, xx.xx.2024cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi barədə "xxxx" QSC tərəfindən xəbərdar edilmişdir.
10. İddia ərizəsi və bildiriş Cavabdeh rəsmi qaydada qeydiyyatda olduğu ünvana göndərilmiş, lakin “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə qayıtmışdır.
11. Məhkəmə tərəfindən bildiriş xx.xx.2026-cı il tarixdə “AZDOC” vasitəsi ilə Cavabdeh rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə Qaradağ Rayon İcra Hakimiyyətinə göndərilmişdir.
12. Mülki iş materiallarında olan telefonoqramdan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 14:51-də Cavabdeh ********** nömrəli telefon nömrəsi ilə ********** nömrəli telefondan zəng ilə əlaqə saxlanılmış, məhkəmə işi barədə məlumat verilmiş, cavabdeh iddia ərizəsi və bildirişi gəlib götürəcəyini bildirmişdir.
13. Mülki iş materiallarında olan “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə iddia ərizəsi və məhkəmə bildirişi cavabdehə məxsus ********** nömrəsinə xx.xx.2026-cı il tarixdə göndərilmişdir. Məhkəmə xərci:
14. 10.12.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmiş, 0,40 (qırx qəpik) manat isə xidmət haqqı tutulmuşdur.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 194.4. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir.
15. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
18. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
20. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
21. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz.
22. 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
23. 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
25. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
26. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.
27. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
28. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
29. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
30. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
31. 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür.
32. 655.2. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir.
33. 655.5. Faktorinq müqaviləsi yazılı formada bağlanır.
34. 657.4. Əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun.
35. 657.7. Əgər faktor borcludan müqavilə əsasında əmələ gəlmiş tələb üzrə məbləğ ödəməyi tələb edirsə, borclu həmin müqavilədən irəli gələn və müştərinin ondan ödəniş tələb etdiyi halda irəli sürə biləcəyi bütün etirazları faktora bildirə bilər. Borclu güzəşt haqqında yazılı bildirişin verildiyi məqamda müştəriyə qarşı olan tələblərinin ödənilməsinə dair hər hansı hüququ da qarşılıqlı əvəzləşdirmə çərçivəsində faktora qarşı etiraz kimi irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir
38. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir:
41. 134.1.1. iddia ərizəsini;
42. 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
43. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
44. 138.4. Zərurət olduqda və qanunla nəzərdə tutulmuş hallarda işdə iştirak edən şəxslər və prosesin digər iştirakçıları məhkəmə bildirişinin məzmununun ötürülməsini təmin edən rabitə vasitələrindən istifadə edilməklə, eləcə də məhkəmənin tapşırığı ilə məhkəmə işçisi tərəfindən xəbərdar edilə, yaxud çağırıla bilərlər.
45. Maddə 146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.
46. Maddə 147. Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır.
47. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
50. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
Məhkəmənin mövqeyi:
51. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
52. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən, iddia ərizəsi və bildiriş Cavabdeh rəsmi qaydada qeydiyyatda olduğu ünvana göndərilmiş, lakin “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə qayıtmışdır.
53. Məhkəmə tərəfindən bildiriş xx.xx.2026-cı il tarixdə “AZDOC” vasitəsi ilə Cavabdeh rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə Qaradağ Rayon İcra Hakimiyyətinə göndərilmişdir.
54. Mülki iş materiallarında olan telefonoqramdan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 14:51-də Cavabdeh ********** nömrəli telefoni ilə ********** nömrəli telefondan zəng ilə əlaqə saxlanılmış, məhkəmə işi barədə məlumat verilmiş, cavabdeh iddia ərizəsi və bildirişi gəlib götürəcəyini bildirmişdir.
55. Mülki iş materiallarında olan “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə iddia ərizəsi və məhkəmə bildirişi cavabdehə məxsus ********** nömrəsinə xx.xx.2026-cı il tarixdə göndərilmişdir.
56. Göründüyü kimi, cavabdehə Məhkəmə tərəfindən məhkəmə icraatı barədə prosessual qanunun tələblərinə uyğun iddia ərizəsi və bildirişin çatdırılması üçün həm rəsmi ünvana göndərilmə, həm MPM-in 147-ci maddəsinə əsasən, rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə Qaradağ Rayon İcra Hakimiyyətinə göndərilmə, eləcə də digər rabitə vasitələri ilə çatdırılma qaydasına riayət edilmişdir.
57. Beləliklə, məhkəmə müəyyən etdi ki, X2 ilə Cavabdeh arasında PLG000256 saylı, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilə və ona əlavəyə əsasən, dəyəri 684 manat olan mal (mobil telefon) cavabdehə satılmış, cavabdeh alınmış malın əvəzində həmin müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.
58. İddiaçı QSC ilə X2 arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən, X1 Cavabdeh qarşı olan tələb hüququ iddiaçıya keçmiş, tələb hüququnun ona keçməsi barədə bildiriş cavabdehə təqdim edilmişdir. Cavabdehə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun iddiaçıya borcu yaranmışdır.
59. Belə ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi xx.xx.2025-ci il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh PLG000256 saylı, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçı QSC-yə 234 manat əsas borcdan qalıq, 35.1 manat cərimə borcu olmaqla, cəmi 269.1 manat məbləğində borcu vardır.
60. Odur ki, iddiaçının cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət etmək hüququ yaranmışdır.
61. Məhkəmə mülki qanunvericiliyin yuxarıda istinad edilən normaları baxımından cavabdehin hərəkətlərini öhdəliyin pozulması kimi qiymətləndirir və hesab edir ki, iddiaçının tələbi əsas borc hissəsində təmin edilməli, cərimə borcuna gəldikdə isə qismən təmin edilməlidir.
62. Belə ki, iddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə əlaqədar bildirilir ki, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 234 manat qalıq (ödənilməmiş) borca 35.1 manat cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilir və həmin məbləğ 10 manat məbləğinədək azaldılmalıdır.
Nəticə:
63. Beləliklə, iddia qismən təmin edilməli, cavabdehdən PLG000256 saylı, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 234 manat qalıq borc, 10 manat cərimə borcu olmaqla, cəmi 244 manat məbləğində pul alınaraq İddiaçı QSC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərci:
64. Məhkəmə xərcləri ilə bağlı MPM-in 119.1-cü maddəsinə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu 30 manat və 0,40 manat bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
65. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 234 (iki yüz otuz dörd) manat qalıq borc, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 244 (iki yüz qırx dörd) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı QSC-yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu 30 (otuz) manat və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh alınaraq İddiaçı QSC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nigar Məmmədova