Məhkəmə qərarları › İş №e-2(5-96)-160/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-96)-160/2026

24.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-96)-160/2026 24.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Maxsudova Ülkər Taleh qızının sədrliyi İskəndərova Səbinə Elşən qızının katibliyi, iddiaçı X4, onun nümayəndəsi Vəkil1, Cavabdeh, onun nümayəndəsi Vəkil2 iştirakları ilə, iddiaçı X1 Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız sayılması, çıxarışın ləğv edilməsi və miras əmlakda məcburi payların müəyyən edilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : TƏSVİRİ HİSSƏ: İşin halları:

1. İddiaçı X4 iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 4Ə-217 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, qeyd edilən müqavilə əsasında verilmiş xx.xx.2024-cü il tarixli, **********5-05101-093001 reyestr nömrəli, **********9 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və miras əmlak olan qeyd edilən fərdi yaşayış evinə münasibətdə iddiaçı X1, onun himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları X6 və X2 məcburi paylarının müəyyən edilməsi, həmçinin iddianın verilməsinə görə 100,40 manat dövlət rüsumu və vəkil xidməti üçün ödənilmiş 200 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2007-ci il tarixdə mərhum X7 ilə nikaha daxil olmuşdur. Birgə nikahdan iki övladları - X6 və X5 anadan olmuşdur. Mərhum əri “dəqiqləşdirilməmiş kəskin miokard infarktı” səbəbi ilə xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. İddiaçı nikaha daxil olduqdan sonra ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş və hazırda da orada övladları ilə birgə yaşayır. Qanun üzrə vərəsəlik hüquqlarını rəsmiləşdirmək istəyən zaman cavabdehin həmin evə dair mülkiyyət hüququnun olduğunu müəyyən etmişlər. Ona görə də cavabdehin mülkiyyət hüququnun rəsmiləşməsi ilə bağlı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğvi və məcburi pay hüquqlarının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir.

İştirak edən şəxslərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş edir.

4. Cavabdehin nümayəndəsi (vəkili) məhkəmə iclasında iddia tələbinə etiraz edərək və elektron kabinet vasitəsilə ünvanladığı yazılı vəsatəti müdafiə edərək bildirdi ki, iddiaçı qismində Cavabdeh, cavabdeh qismində isə hazırkı iş üzrə İddiaçı olmaqla ilkin olaraq məhkəməyə mənzildən çıxarılma tələbi ilə bağlı müraciət etmişlər. Hazırda həmin mülki iş məhkəmənin digər hakiminin icraatındadır. Odur ki, həmin işlər bir-birilə əlaqəli olduğundan və prosessual qənaət prinsipinə riayət edilməsi baxımından bir icraatda baxılmasını məhkəmədən xahiş edir.

ƏSASLANDİRMA HİSSƏSİ:

Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 43.2. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə qarşı iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər.

6. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun MPM-in 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 iyun 2021ci il tarixli Qərarı Bir-biri ilə əlaqəli olan işlərə, iddia tələbinin daşınar və ya daşınmaz əşya ilə bağlı olmasından asılı olmayaraq, bir icraatda baxılmalıdır. Bu qayda ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsini təmin edir, tərəflərdən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir. Bununla yanaşı, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir.

Məhkəmənin mövqeyi:

7. Məhkəmə tərəflərin izahatlarını dinləyib, vəsatətdə qeyd edilən halları və müvafiq iş materiallarını nəzərdən keçirib hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, qeyd olunan mülki işlər üzrə iddia tələblərinin predmeti və əsası birbirilə bağlıdır. Yəni, hər iki iş üzrə mübahisə predmeti ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə yaranmışdır. Bir tərəfdə hazırkı iş üzrə iddiaçı qismində çıxış edən İddiaçı Cavabdeh qarşı cavabdehə mülkiyyət hüququ ilə verilmiş bağışlama müqaviləsinin etibarsızlığı, onun əsasında verilən çıxarışın ləğvi və həmin mənzilə məcburi pay hüququnun müəyyən edilməsi, digər tərəfdə isə hazırkı iş üzrə Cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma barədə iddiası mövcuddur. Məhkəmə prosessual qənaət prinsipini rəhbər tutaraq məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılması, habelə mülki prosessual hüququn prinsipləri və qanunvericiliyin tələblərini əsas götürərək hesab edir ki, hazırki mülki işin materiallarının müvafiq mülki işlərin materialları ilə birləşdirilərək qeyd olunan mülki işlərə bir icraatda baxılması daha məqsədəmüvafiqdir.

NƏTİCƏVİ HİSSƏ:

8. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 43.2, 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ : Vəsatət təmin edilsin. İddiaçı X1 Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız sayılması, çıxarışın ləğv edilməsi və miras əmlakda məcburi payların müəyyən edilməsi tələbinə dair iddiası üzrə e-2(5-96)-160/2026 saylı mülki iş, iddiaçı Cavabdeh X3 qarşı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən mənzildən cavabdehin ona məxsus olan əşyaları ilə birlikdə çıxarılması tələbinə dair iddiası üzrə e-2(5-96)-97/2026 saylı mülki iş ilə bir icraatda birləşdirilsin. Birləşdirilmiş mülki işə e-2(5-96)-97/2026 nömrəsi verilsin.

Hakim Ülkər Maxsudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar