Məhkəmə qərarları › İş №e-2(5-96)-539/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-96)-539/2026

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-96)-539/2026 04.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, İddiaçı MMC-in Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-in Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2026-cı il tarixinə yaranmış xx.xx.2025-ci il tarixli ********* №-li müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 2844.9 AZN əsas, 853.4 AZN cərimə ümumilikdə 3698.3 AZN borcun və 56.98 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh oğlundan tutularaq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı MMC Cavabdeh qarşı eyni tələblə - xx.xx.2026cı il tarixinə yaranmış xx.xx.2025-ci il tarixli ********* №-li müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 2844.9 AZN əsas, 853.4 AZN cərimə ümumilikdə 3698.3 AZN borcun və 56.98 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh oğlundan tutularaq İddiaçı MMC-ə ödənilməsi tələbi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi elektron qaydada məhkəmənin dəftərxanası tərəfindən qəbul edilərək həmin işə başqa nömrə verilmiş və həmin iş məhkəmənin icraatına qəbul edilməklə baxılır. Göründüyü kimi eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin icraatında başqa iş olduğundan hazırkı iş üzrə iddianın qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Lakin hazırkı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişdir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü və 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı MMC-in Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində, elektron qaydada Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar