Məhkəmə qərarları › İş №e-2(5-96)-83/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-96)-83/2026

11.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-96)-83/2026 11.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Nigar Kərəm qızının sədrliyi Alıyev Cavid Əbil oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, cavabdeh İmei kod **********10277 OPPO A40M, Paket L xidməti, Qızıl zəmanət Ultra 3 il xidməti almış və nəticədə 694.69 manat borc yaranmışdır.

3. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 610.08 manat (yəni 12 ay x 50.84 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********10277 OPPO A40M, Paket L xidməti, Qızıl zəmanət Ultra 3 il xidmət üçün ümumilikdə, 694.69 manat olmaqla ondan 610.08 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 61.01 manat cərimə pulu borcu yaranmışdır.

4. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh ilə İddiaçı arasında bağlanılmış xx.xx.2025-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdeh ilə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

5. Göstərilənlərə əsasən, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********10277 OPPO A40M, Paket L xidməti, Qızıl zəmanət Ultra 3 il xidmət üçün 610.08 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 61.01 manat cərimə, ümumilikdə, 694.69 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(5-96)-83/2026 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı ilə e-2(5-96)-83/2026 saylı sadələşdirilmiş icraat üzrə iş iddia icraatına keçirilmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə göndərdiyi ərizədə məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək, iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinin tələbinə əsasən, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materialları:

8. xx.xx.2025-ci il tarixli ******* nömrəli müqaviləyə və ona xx.xx.2025-ci il tarixli əlavədən (faktura nömrəsi: **********) görünür ki, «ABC-Telecom İmei kod **********10277 OPPO A40M, Paket L xidməti, Qızıl zəmanət Ultra 3 il xidmət adlı məhsulları Cavabdeh satmış, Cavabdeh alınmış əşyaların əvəzində cəmi 610.04 manat pul məbləğini hissəhissə, hər ayın 19-u aylıq 50,84 manat olmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.4-cü bəndinə görə, müştəri öhdəliyini pozduqda, pul öhdəliyini lazımi qaydada icra etmədiyi halda “ABC” İMEİ kodunu deaktiv etmək üsulu ilə malın istifadəsini mümkünsüz etmək məqsədilə, məhdudiyyət tətbiq edə bilər. Müqavilənin 4.5-ci bəndinə görə, 4.4-cü bəndin icrasına görə müştəridən əlavə ödənişləri tələb edə bilər. Müqavilənin 4.15-ci bəndinə görə, müştəri ödənişi gecikdirdiyi təqdirdə İddiaçı MMC qalıq toplam dəyəri və cərimənin birdəfəlik ödənilməsini tələb edə bilər.

9. xx.xx.2025-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilə üzrə məhsulları- İmei kod **********10277 OPPO A40M, Paket L xidməti, Qızıl zəmanət Ultra 3 il xidməti tam qüsursuz halda təhvil alması barədə həmin tarixdə təhviltəslim aktına imza etmişdir.

10. 29.12.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən cavabdehə satılmış İmei kod **********10277 OPPO A40M markalı telefonların açılıb-bağlanılması xidmətinə görə İnnovatov Layihələr Mərkəzinə 23,60 manat pul ödənilmişdir.

11. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, ona müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

12. 29.12.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnun İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixli müqavilə üzrə alqı-satqı qiymət 610.08 manat olmuş, ondan 0 manat ödənilmiş, 610.08 manat ödənilməmiş məbləğ, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 61.01 manat cərimə borcu olmaqla, cəmi 694.69 manat borcu vardır. Məhkəmə xərci:

13. 05.01.2026-cı il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

17. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

18. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

19. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

21. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

22. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz.

23. 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

24. 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

25. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

26. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

27. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.

28. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

29. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

30. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

31. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

35. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.

36. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

40. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:

43. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

44. Məhkəmə araşdırmaları nəticəsində müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması barədə müqavilə bağlanmış, cavabdeh İmei kod **********10277 OPPO A40M, Paket L xidməti, Qızıl zəmanət Ultra 3 il xidməti almış, lakin edilən xəbərdarlığa baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam icra edilməmiş və nəticədə onun iddiaçıya borcu yaranmışdır. İddiaçı müqavilədə nəzərdə tutulmuş hüququndan istifadə edərək, cavabdehə satılmış məhsulların istifadəsini məhdudlaşdırmaq məqsədilə telefonların İMEİ kodunu deaktiv etmək üçün İnnovatov Layihələr Mərkəzinin ödənişli xidmətindən istifadə etmişdir.

45. İddiaçı müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öz öhdəliyini tam icra etməmişdir. Bu isə, öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Cavabdeh tərəfindən öhdəliyə əməl edilmədiyindən, iddiaçı MM-in 600.4cü və müqavilənin 4.15-bəndinə əsasən, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

46. Odur ki, Məhkəmə hesab edir ki, iddiaçı MMC-nin tələbi müqavilə üzrə ödənilməmiş məbləğə münasibətdə təmin edilməli, cərimə borcuna gəldikdə isə qismən təmin edilməlidir. Belə ki, iddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, müqavilə üzrə tələb edilən cərimələrin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilir. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli müqavilə üzrə tələb edilən 61,01 manat cərimənin məbləği 6 manat məbləğinədək azaldılmalıdır.

47. İddia tələbinin "İnnovatov Layihələr Mərkəzi"nə ödənilən rüsumun cavabdehdən tutulması» hissəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçıya dəymiş ziyanın əvəzi kimi bu pul məbləğinin cavabdehdən tutulması tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə (bənd: 4.4 və 4.5) uyğun olmaqla, qanunvericiliyin tələblərinə zidd deyildir, odur ki, tələb bu hissədə təmin edilməlidir. Nəticə:

48. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 610.08 manat ödənilməmiş məbləğ, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 6 manat cərimə borcu olmaqla, cəmi 639.68 manat məbləğində pul alınaraq iddiaçı MMC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərci:

49. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 610.08 manat ödənilməmiş məbləğ, İnnovativ Layihələr Mərkəzinə 23.6 manat rüsum, 6 manat cərimə borcu olmaqla, cəmi 639.68 (altı yüz otuz doqquz manat altmış səkkiz qəpik) manat məbləğində pul alınaraq iddiaçı ABC-Telecom MMC-yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat Cavabdeh alınaraq İddiaçı MMC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nigar Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar