Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-98)-272/2026 04.03.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Həsənov İlyas İnqilab oğlu, İddiaçı MMCnin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********69599 HUAWEİ NOVA11 PRO, VELOSİPED VİSTA, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, TOSHİBA TV almış və nəticədə 786.67 (yeddi yüz səksən altı manat, 67 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 912.06 (doqquz yüz on iki, 6 qəpik) manat (18 ay x 50.67 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********69599 HUAWEİ NOVA11 PRO üçün ümumilikdə, 499.81 (dörd yüz doxsan doqquz manat, 81 qəpik ) manat olmaqla ondan, 454.37 (dörd yüz əlli dörd manat, 37 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45.44 (qırx beş manat, 44 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 381.6 (üç yüz səksən bir manat, 60 qəpik) manat (18 ay x 21.2 manat + 0 manat ilkin ödəniş) olan VELOSİPED VİSTA üçün ümumilikdə, 137.96 (yüz otuz yeddi manat, 96 qəpik) manat olmaqla ondan, 125.42 (yüz iyirmi beş manat, 42 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12.54 (on iki manat, 54 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 837 (səkkiz yüz otuz yeddi) manat (18 ay x 46.5 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, TOSHİBA TV üçün ümumilikdə, 148.90 (yüz qırx səkkiz manat, 90 qəpik) manat olmaqla ondan, 135.36 (yüz otuz beş manat, 36 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13.54 (on üç manat, 54 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1415.51 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu iddiaçı rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Göstərilənlərə əsasən, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********69599 HUAWEİ NOVA 11 PRO üçün, 454.37 (dörd yüz əlli dörd manat, 37 qəpik) manat ödənilməmiş hissə, 45.44 (qırx beş manat, 44 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, VELOSİPED VİSTA üçün, 125.42 (yüz iyirmi beş manat, 42 qəpik) manat ödənilməmiş hissə, 12.54 (on iki manat, 54 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, TOSHİBA TV üçün, 135.36 (yüz otuz beş manat, 36 qəpik) manat ödənilməmiş hissə, 13.54 (on üç manat, 54 qəpik) manat cərimə, ümumilikdə 786.67 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunın Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən, iddia ərizəsi və bildiriş Cavabdeh ünvanına rəsmi qaydada poçt vasitəsilə göndərilmiş və xx.xx.2026-cı il tarixdə çatdırılmışdır. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını hazırkı tarixədək məhkəməyə göndərməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 135.5-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
5. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 18683388 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı «TOSHİBA TV 32V35ME» markalı məhsulu və QİZİL ZƏMANƏT ULTRA 3 İL xidmətini Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın (xidmətin) əvəzində 837.06 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.
7. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 02874117 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı «VELOSİPED VİSTA» markalı məhsulu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində 381.06 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.
8. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 14412162 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı «HUAWEİ NOVA11 PRO 8/256GB GREEN» markalı məhsulu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində 912.06 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.
9. Əşyaların xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh müvafiq olaraq xx.xx.2024-cü il tarixli 18683388 nömrəli müqavilə üzrə məhsulları tam qüsursuz halda təhvil almışdır.
10. Əşyaların xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh müvafiq olaraq xx.xx.2024-cü il tarixli 02874117 nömrəli müqavilə üzrə məhsulları tam qüsursuz halda təhvil almışdır.
11. Əşyaların xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh müvafiq olaraq xx.xx.2024-cü il tarixli 14412162 nömrəli müqavilə üzrə məhsulları tam qüsursuz halda təhvil almışdır.
12. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, ona xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
13. xx.xx.2026-cı il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə: - xx.xx.2024-cü il tarixli müqavilə üzrə 135,36 manat ödənilməmiş məbləğ, 13,54 manat cərimə olmaqla, cəmi 148,90 manat; - xx.xx.2024-cü il tarixli müqavilə üzrə 125,42 manat ödənilməmiş məbləğ, 12,54 manat cərimə olmaqla, cəmi 137,96 manat; - xx.xx.2024-cü il tarixli müqavilə üzrə 454,37 manat ödənilməmiş məbləğ, 45,44 manat cərimə olmaqla, cəmi 499,81 manat; - Ümumilikdə müqavilələr üzrə 715,15 manat ödənilməmiş məbləğ, 71,52 manat cərimə olmaqla, cəmi 786,67 manat məbləğində borcu vardır.
14. xx.xx.2026-cı il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrə əsasən, iddiaçı müxtəlif markalı məhsulları və xidmətləri cavabdehə satmış, cavabdeh alınmış əşyaların (xidmətlərin) əvəzi olan pul məbləğlərini hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin edilən xəbərdarlığa baxmayaraq, cavabdeh tərəfindən müqavilələr üzrə öhdəliklər tam icra edilməmiş və nəticədə onun iddiaçıya borcu yaranmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 574-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
17. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
d) Məhkəmənin mövqeyi:
18. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur.
19. İddiaçı müqavilələr ilə öz üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öz öhdəliyini tam icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir.
20. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin tələbi müqavilə üzrə əsas borca münasibətdə təmin edilməli, cərimə borcuna gəldikdə isə qismən təmin edilməlidir. Belə ki, iddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, müqavilə üzrə tələb edilən cərimələrin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilir. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli 18683388 nömrəli müqavilə üzrə tələb edilən 13,54 manat cərimənin məbləği 7 manat məbləğinədək, xx.xx.2024-cü il tarixli 02874117 nömrəli müqavilə üzrə tələb edilən 12,54 manat cərimənin məbləği 6 manat məbləğinədək, xx.xx.2024-cü il tarixli 14412162 nömrəli müqavilə üzrə tələb edilən 45,44 manat cərimənin məbləği 22 manat məbləğinədək azaldılmalıdır.
Nəticə:
21. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh: - xx.xx.2024-cü il tarixli müqavilə üzrə 135,36 manat ödənilməmiş məbləğ, 7 manat cərimə; - xx.xx.2024-cü il tarixli müqavilə üzrə 125,42 manat ödənilməmiş məbləğ, 6 manat cərimə; - xx.xx.2024-cü il tarixli müqavilə üzrə 454,37 manat ödənilməmiş məbləğ, 22 manat cərimə olmaqla, ümumilikdə 750,15 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir.
22. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 28 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir.
23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 135,36 (bir yüz otuz beş manat 36 qəpik) manat ödənilməmiş məbləğ, 7 (yeddi) manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 125,42 (bir yüz iyirmi beş manat 42 qəpik) manat ödənilməmiş məbləğ, 6 (altı) manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 454,37 (dörd yüz əlli dörd manat 37 qəpik) manat ödənilməmiş məbləğ, 22 (iyirmi iki) manat cərimə olmaqla, ümumilikdə 750,15 (yeddi yüz əlli manat 15 qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 28 (iyirmi səkkiz) manat hissəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə verilsin, qalan hissəsi İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: İlyas Həsənov