Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-98)-275/2026 27.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair (açar sözlər: alğı-satqı müqaviləsi üzrə borcun tutulması) Giriş hissə: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi İsmayılova Səbinə Vüqar qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: a) iddia tələbi.
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod 47780/04NC05394 Xiaomi Pad 6 üçün 495 manat ödənilməmiş hissə, 49.50 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Playstation Vr 2 üçün 174.12 manat ödənilməmiş hissə, 17.41 manat cərimə, xx.xx.2023cü il tarixli müqaviləyə əsasən, X3qlıq üçün 130.75 manat ödənilməmiş hissə, 13.1 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, qızıl zəmanət Ultra+3 il xidməti, Kieslect qol saat üçün 88.08 manat ödənilməmiş hissə, 8.81 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Nevresim Takımı, mətbəx dəsmalı üçün 39.5 manat ödənilməmiş hissə, 3.95 manat cərimə, ümumilidə 1020.20 manat borc və 30.21 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il tarixlərindəki müqavilələrə əsasən, İmei kod 47780/04NC05394 Xiaomi pad 6, Playstation Vr 2, X3qlıq, qızıl zəmanət Ultra+3 il xidməti, Kieslect qol saatı Nevresim Takımı, mətbəx dəsmali almış və nəticədə 1020.20 (bir min iyirmi manat, 20 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 919.94 manat (18 ay x 199.94 manat + 40 manat ilkin ödəniş) olan İmei kod 47780/04NC05394 Xiaomi Pad 6 üçün 544.50 manat olmaqla ondan, 495 manat ödənilməmiş hissə, 49.50 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1567.08 manat (18 ay x 87.06 manat + 0 manat ilkin ödəniş) olan Playstation Vr 2 üçün 191.53 manat olmaqla ondan 174.12 manat ödənilməmiş hissə, 17.41 manat cərimə pulu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 823.96 manat (12 ay x 60.33 manat + 100 manat ilkin ödəniş) olan X3qlıq üçün 143.8 manat olmaqla ondan 130.75 manat ödənilməmiş hissə, 13.1 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 196.52 manat (6 ay x 29.42 manat + 20 manat ilkin ödəniş) olan qızıl zəmanət Ultra+3 il xidməti, Kieslect qol saatı üçün 96.9 manat olmaqla ondan 88.08 manat ödənilməmiş hissə, 8.81 manat cərimə pulu və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 126 manat (6 ay x 20 manat + 6 manat ilkin ödəniş) olan Nevresim Takımı, mətbəx dəsmalı üçün 43.45 manat olmaqla ondan 39.5 manat ödənilməmiş hissə, 3.95 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2706.05 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
b) iddiaya etiraz.
3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı hər hansı etiraz məhkəməyə daxil olmamışdır.
Əsaslandırıcı hissə:
a) iş materialları.
4. İddiaçı MMC (Satıcı) və Cavabdeh (Alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02058622 nömrəli müqavilə və ona əlavədən görünür ki, Satıcı İmei kod 47780/04NC05394 Xiaomi Pad 6 Alıcıya satmış, Alıcı isə əşyanın qiyməti olan 919.94 manat məbləğində pulu 18 ay ərizində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli bildiriş və həmin tarixli təhvil-təslim aktından görünür ki, alıcı Cavabdeh müqavilənin şərtlərinin pozulacağı halda görüləcək tədbirlər barədə xəbərdar edilmiş, həmçinin müqavilədə göstərilən əşyanı tam qüsursuz halda təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir.
5. İddiaçı MMC (Satıcı) və Cavabdeh (Alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02104466 nömrəli müqavilə və ona əlavədən görünür ki, X4 2 Alıcıya satmış, Alıcı isə əşyanın qiyməti olan 1567.08 manat məbləğində pulu 18 ay ərizində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli bildiriş və həmin tarixli təhvil-təslim aktından görünür ki, alıcı Cavabdeh müqavilənin şərtlərinin pozulacağı halda görüləcək tədbirlər barədə xəbərdar edilmiş, həmçinin müqavilədə göstərilən əşyanı tam qüsursuz halda təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir.
6. İddiaçı MMC (Satıcı) və Cavabdeh (Alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ******* nömrəli müqavilə və ona əlavədən görünür ki, X1qlıq Alıcıya satmış, Alıcı isə əşyanın qiyməti olan 823.96 manat məbləğində pulu 18 ay ərizində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli bildiriş və həmin tarixli təhvil-təslim aktından görünür ki, alıcı Cavabdeh müqavilənin şərtlərinin pozulacağı halda görüləcək tədbirlər barədə xəbərdar edilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz halda təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir.
7. İddiaçı MMC (Satıcı) və Cavabdeh (Alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03525421 nömrəli müqavilə və ona əlavədən görünür ki, Satıcı qızıl zəmanət Ultra+3 il xidməti, Kieslect qol saat Alıcıya satmış, Alıcı isə əşyanın qiyməti olan 196.49 manat məbləğində pulu 6 ay ərizində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli bildiriş və həmin tarixli təhvil-təslim aktından görünür ki, alıcı Cavabdeh müqavilənin şərtlərinin pozulacağı halda görüləcək tədbirlər barədə xəbərdar edilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz halda təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir.
8. İddiaçı MMC (Satıcı) və Cavabdeh (Alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 18284221 nömrəli müqavilə və ona əlavədən görünür ki, X2, mətbəx dəsmalı Alıcıya satmış, Alıcı isə əşyanın qiyməti olan 125.98 manat məbləğində pulu 6 ay ərizində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli bildiriş və həmin tarixli təhvil-təslim aktından görünür ki, alıcı Cavabdeh müqavilənin şərtlərinin pozulacağı halda görüləcək tədbirlər barədə xəbərdar edilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz halda təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir.
9. xx.xx.2026-cı il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə borcundan 424.94 manat ödəmiş, 495 manat əsas borca görə ödənilməmiş məbləğ, 49.50 manat cərimə olmaqla, cəmi 544.50 manat məbləğində borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə borcundan 1392.96 manat ödəmiş, 174.12 manat ödənilməmiş məbləğ, 17.41 manat cərimə olmaqla, cəmi 191.53 manat manat məbləğində borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə borcundan 693.21 manat ödəmiş, 130.75 manat əsas borca görə ödənilməmiş məbləğ, 13.1 manat cərimə olmaqla, cəmi 143.8 manat məbləğində borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə borcundan 108.44 manat ödəmiş, 88.08 manat əsas borca görə ödənilməmiş məbləğ, 8.81 manat cərimə borcu olmaqla, cəmi 96.9 manat məbləğində borcu və xx.xx.2024-cü il tarixli müqavilə üzrə borcundan 86.5 manat ödəmiş, 39.5 manat əsas borca ödənilməmiş məbləğ, 3.95 manat cərimə borcu olmaqla, cəmi 43.45 manat borcu qalmışdır.
10. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu və borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. b) tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5. Ərizəyə baxılması qaydası. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Maddə 284-6. Ərizə üzrə məhkəmə qətnaməsi. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2. Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.
c) məhkəmənin mövqeyi.
13. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqavilələri üzrə aldıqlarının dəyərinin ödənilməsi ilə bağlı öhdəliyini pozaraq, müqavilələrdə nəzərdə tutulan müddətdə lazımınca ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh bütün müqavilələr üzrə iddiaçıya olan borcunu ödəməlidir. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.
14. Belə ki, borcun əsası olan alğı-satqı müqavilələri, təhvil-təslim aktları və maliyyə arayışından görünür ki, cavabdeh iddiaçı ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02058622 nömrəli müqavilənin predmetini almış, aldıqlarının qiyməti 919.94 manat aylıq 40 manat olaraq razılaşdırılmış, xx.xx.2023-cü il tarixli, 02104466 nömrəli müqavilənin predmetini almış, aldıqlarının qiyməti 1567.08 manat, aylıq ödəniş 87.06 manat olaraq razılaşdırılmış, xx.xx.2023-cü il tarixli, ******* nömrəli müqavilənin predmetini almış, aldıqlarının qiyməti 823.96 manat aylıq ödəniş 60.33 manat olaraq razılaşdırılmış, xx.xx.2024-cü il tarixli, 03525421 nömrəli müqavilənin predmetini almış, aldıqlarının qiyməti 196.49 manat aylıq ödəniş 29.42 manat olaraq razılaşdırılmış, xx.xx.2024-cü il tarixli, 18284221 nömrəli müqavilənin predmetini almış, aldıqlarının qiyməti 125.98 manat aylıq ödəniş 20 manat olaraq razılaşdırılmış, müqavilələrin predmeti olan əşyalar alıcıya təhvil verilmişdir. Bununla da iddiaçı satıcı kimi müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımınca icra etmişdir.
15. İddiaçının əksinə, cavabdeh isə aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozmuş, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 495 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 174.12 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 130.75 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 88.08 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 39.5 manat olmaqla, cəmi ödənilməmiş 927.45 manat əsas borcu qalmışdır ki, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə bu məbləğin cavabdehdən tutulması ilə bağlı iddianın əsaslı olduğu nəticəsinə gəlir.
16. Lakin bu müqavilələr üzrə tələb edilən cərimə məbləğlərinə münasibətdə məhkəmə iddianı qismən əsaslı hesab edir. Belə ki, cavabdeh müqavilə öhdəliyini lazımınca icra etmədiyindən iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Bununla belə nəzərə alınmalıdır ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə, maddə 467).
17. Hazırkı işin halları baxımından əsas borc və tələb edilən dəbbə pulunun nisbətini nəzərə alan məhkəmə tələb edilən dəbbə pulunu əsas borc məbləğlərinə münasibətdə tənasübsüz surətdə yüksək hesab edir və dəbbə pulu məbləğlərinin azaldılaraq xx.xx.2024-cü il tarixli müqavilə üzrə 25 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 8 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 6 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 4 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2 manat olmaqla, cəmi 45 manat məbləğində müəyyən edilməsi nəticəsinə gəlir.
ç) məhkəmə xərcləri.
18. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30.21 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə hissə:
19. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ödənilməmiş əsas borc məbləği, cərimə və müvafiq dövlət rüsumunun yuxarıda müəyyən edilmiş məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
20. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli, 02058622 nömrəli müqavilə üzrə 495 (dörd yüz doxsan beş) manat əsas borc, 25 (iyirmi beş) manat cərimə, xx.xx.2023-cü il tarixli, 02104466 nömrəli müqavilə üzrə 174.12 manat (yüz yetmiş dörd manat on iki qəpik) əsas borc, 8 (səkkiz) manat cərimə, xx.xx.2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 130.75 manat (yüz otuz manat yetmiş beş qəpik) əsas borc, 6 (altı) manat cərimə, xx.xx.2024-cü il tarixli, 03525421 nömrəli müqavilə üzrə 88.08 manat (səksən səkkiz manat səkkiz qəpik) əsas borc, 4 (dörd) manat cərimə və xx.xx.2024-cü il tarixli, 18284221 nömrəli müqavilə üzrə 39.5 manat (otuz doqquz manat əlli qəpik) əsas borc, 2 (iki) manat cərimə olmaqla, cəmi 972.45 manat (doqquz yüz yetmiş iki manat qırx beş qəpik) məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Səbinə İsmayılova