Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-98)-793/2026 19.03.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İlyas İnqilab oğlunun sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, İddiaçı Cavabdeh MMC-yə qarşı “yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə a) Tərəflərin tələbi:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “İnvest.M Construction MMC” şirkətinin 06 May 2022-ci il tarixli 3 və 4 saylı müqavilələr üzrə verməli olduğu 4200 kv.m-lik yaşayış sahəsinin tikilmiş 3-cü binadan iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Cavabdeh MMC məhkəməyə “icraatın birləşdirilməsi haqqında” ərizə ilə müraciət edərək, e-2(5-98)-793/2026 saylı mülki işin e-2(006)-6481/2025 saylı mülki işə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə cavabdehin hazırkı iş üzrə iddiaçıya qarşı hesabın təqdim edilməsi öhdəliyinin İddiaçı üzərinə qoyulmasına dair Nəsimi Rayon Məhkəməsinin icraatında e-2(006)-6481/2025 mülki iş vardır. Həmin iş üzrə məhkəmə iclası xx.xx.2026-cı ıl tarixə təyin olunmuşdur. Bildirirlər ki, həmin iş üzrə hazırkı mübahisənin predmeti olan müqavilələrin icra edilməməsi nəticəsində həmin müqavilələrə birtərəfli qaydada xitam verilməsi nəzərə alınaraq pulun qaytarılması üçün hesabın təqdim edilməsi hazırkı iş üzrə iddiaçıdan tələb olunur. İcraatda olan iş üzrə isə e-2(006)-6481/2025 mülki işin mübahisə predmeti olan və birtərəfli qaydada ləğv edilmiş müqavilələrin hazırkı dövrə icrası xahiş olunur. Göründüyü kimi, hər iki işin mübahisə predmeti eyni müqavilələrdir və bu işlərin birinin təmin edilməsi digərinin rəddinə əsas verir ki, bu da bu işlərin ayrıca baxılmasını mümkünsüz edir.
3. İddiaçı vəkili-nümayəndəsi Vəkil ərizə ilə məhkəmə müraciət edərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin hakimi Gülşən Fərəcovanın icraatında olan iş üzrə tərəflərindən icraatın dayandırılması haqqında qərardad qəbul edilməsinə dair ərizə verilmişdir. İcraatda olan iş üzrə mülki işlərin birləşdirilməsi zərurəti mövcud deyildir. Çünki icraatlar bir-birindən asılıdır və bu, iş üzrə icraatın dayandırılması əsasıdır ki, qəbul edilən yekun məhkəmə aktı hakim Gülşən Fərəcova tərəfindən qəbul ediləcək qətnaməyə təsir göstərəcəkdir. Bu baxımdan, iş üzrə icraatların birləşdirilməsi zərurəti mövcud deyildir.
4. Məhkəmənin icraatında hazırkı iş üzrə Cavabdeh MMC-nin İddiaçı qarşı “hesabın təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsinə dair e-2(006)- 6481/2025 nömrəli mülki iş mövcuddur. Həmin iş üzrə məhkəmə icraatı xx.xx.2025-ci il tarixli qərardadla mümkün hesab edilmişdir.
b) Məhkəmə prosesi
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı vəkilinümayəndəsi Vəkil məhkəməyə ünvanladığı xx.xx.2026-cı il tarixli ərizədə göstərilmişdir ki, məhkəmə hazırlıq iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəkdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməmənin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə hazırkı iş üzrə cavabdehin iddiaçıya qarşı “hesabın təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair e-2(006)-6481/2025 nömrəli mülki iş üzrə iddia ərizəsini, məhkəmə icraatının mümkün hesab edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardadı və hazırkı mülki işin materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan digər mülki işə birləşdirilərək bir icraatda baxılması məqsədəmüvafiqdir.
Əsaslandırıcı hissə:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.
8. İddia ərizələrini araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan tələblərə bir icraatda baxılması prosessual qənaət prinsipinə riayət olunmaqla, mübahisənin hərtərəfli həllinə nail olmağa imkan verəcəkdir. Belə ki, hər iki iddia ərizəsi üzrə eyni tərəflər bir-birlərinə qarşı öz aralarında bağlamış olduqları müqavilədən irəli gələn tələblər irəli sürmüşdürlər. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə e-2(5-98)- 793/2026 nömrəli mülki iş, həmin məhkəmənin icraatında olan iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “hesabın təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-6481/2025 nömrəli mülki işə birləşdirilməli, həmin işlərə bir icraatda baxılmalı və mülki işə e-2(006)-6481/2025 nömrəsi verilməlidir.
Nəticə:
9. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh MMC-yə qarşı “yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə e-2(5-98)-793/2026 nömrəli mülki iş, həmin məhkəmənin icraatında olan iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “hesabın təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-6481/2025 nömrəli mülki işə birləşdirilsin, həmin işlərə bir icraatda baxılsın və mülki işə e-2(006)-6481/2025 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz.
Hakim: İlyas Həsənov