Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-98)-987/2026 12.03.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı cavabdehlər Cavabdeh, Nəsimi Rayon İcra Şöbəsi və "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh, Nəsimi Rayon İcra Şöbəsi və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, "xxxx" MMC tərəfindən xx.xx.2026-cı il tarixində keçirilmiş hərracın nəticələri barədə tərtib olunmuş **********32769280 nömrəli protokol və həmin nəticələr əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş işin materiallarını araşdıraraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, qeyd edilən ərizə və ona əlavə edilən sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, ərizə ərazi aidiyyəti qaydalarına riayət edilmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İddiaçı hazırkı iddia ərizəsini Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə versə də, elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehlərdən "xxxx" MMC-nin hüquqi ünvanı isə ünvan 2ismində göstərilmiş Nəsimi Rayon İcra Şöbəsinə münasibətdə qeyd edir ki, ona qarşı yönəlmiş icra məmurunun hərəktlərinin qanunsuz hesab edilməsi ilə bağlı tələbə (şikayətə) iddia icraatı qaydasında deyil, icra icraatı (8 indekslə) baxılmalı olduğundan, digər cavabdehlərin isə qeydiyyat ünvanının Nəsimi Rayon Məhkəməsinə aidiyyəti müəyyən olunmadığından işə ərazi aidiyyəti üzrə hazırkı məhkəmədə baxılmalı deyildir. Qeyd edilməlidir ki, hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi üzrə icra qurumları cavabdeh qismində deyil, üçüncü şəxs qismində işə cəlb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı nümayəndəsi tərəfindən (“Asan Pay" ödəniş portalı, mədaxil qəbzi **********, tarix: 09.03.26, saat: 22:55:17) ödənilmiş 100,00 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçının nümayəndəsi Nümayəndə geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra müvafiq ərazi aidiyyəti üzrə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh, Nəsimi Rayon İcra Şöbəsi və "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş (“Asan Pay" ödəniş portalı, mədaxil qəbzi **********, tarix: 09.03.26, saat: 22:55:17) 100,00 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçının nümayəndəsi Nümayəndə geri qaytarılsın. İddiaçıya, iddianın qaytarılmasına səbəb olmuş hal aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(5-98)-987/2026
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-98)-987/2026
12.03.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver