Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-99)-26/2026 19.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı- İddiaçı MMC. Cavabdeh- Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə-xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə Müqavilənin predmeti-nisyə alqı-satqı Tələb olunan məbləğ: 1. xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 278.9 manat əsas borc, 41.8 manat cərimə borcu olmaqla, ümumilikdə 320.7 manat borc.
2. xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 150.4 manat əsas borc, 22.5 manat cərimə borcu olmaqla, ümumilikdə 172.9 manat borc. Ümumilikdə tələb: 429.3 manat əsas borc, 64.3 manat cərimə, 30 manat dövlət rüsumu. Sübutlar: Alqı-satqı müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş.
Tətbiq olunmalı maddi və prosessual hüquq normaları.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Məhkəmə iddianı əsas borcun tutulması hissəsində əsaslı hesab edir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehlərin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, ********* saylı və xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilələr üzrə ümumilikdə 429,3 manat əsas borc, 21.46 manat cərimə borcu olmaqla, ümumilikdə 450.76 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Rauf Əhmədov