Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-99)-294/2026 06.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, Ərizəçi İddiaçıov oğlunun maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı olan “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. Ərizəçi İddiaçıov oğlu maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı olan “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən 437420 nömrəli, xx.xx.1962-ci il tarixli evlənmək haqqında şəhadətnamədə, ərizəçiyə məxsus AZ № ******* nömrəli, xx.xx.1967-ci il tarixli doğum haqqında şəhadətnamədəki X5, SSSR X14 Komissarları tərəfindən verilmiş № ******* nömrəli təvəllüd şəhadətnaməsində, AZE № 03305217 seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində; 05 iyun 1987-ci il tarixli Veteran vəsiqəsində; 13 iyun 2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədə; X6 məxsus AZE № 14745369 seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindəki X8 ilə eyni şəxs olması; ərizəçiyə məxsus AZE № ******** seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində; ərizəçiyə məxsus ЖГ № 253668 nömrəli, xx.xx.1991-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamədə, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, №064887 nömrəli qeydiyyat vəsiqəsindəki X4, SSSR X14 Komissarları tərəfindən verilmiş № ******* nömrəli təvəllüd şəhadətnaməsində, AZE № 03305217 seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində; 05 iyun 1987-ci il tarixli Veteran vəsiqəsində; 13 iyun 2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədə; X6 məxsus AZE № 14745369 seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindəki X8 ilə eyni şəxs olmasına dair hüquqi faktın müəyyən edilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, X8 ərizəçinin atasıdır. O, xx.xx.1938-ci il tarixdə Xaçmaz rayonunun Hacıməhəmmədoba kəndində anadan olmuşdur. xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Onun adı aşağıdakı sənədlərdə X2 qeyd edilmişdir:SSSR X14 Komissarları tərəfindən verilmiş № ******* nömrəli təvəllüd şəhadətnaməsində; AZE № 03305217 seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində;05 iyun 1987-ci il tarixli Veteran vəsiqəsində;13 iyun 2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədə; mərhumun qızı, ərizəçinin bacısı X6 məxsus AZE № 14745369 seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində; lakin, aşağıdakı sənədlərdə onun adı yanlışlıqla, hərf səhvi edilərək X3 qeyd edilmişdir: № 437420 nömrəli, xx.xx.1962-ci il tarixli evlənmək haqqında şəhadətnamədə; Ərizəçiyə məxsus AZ № ******* nömrəli, xx.xx.1967-ci il tarixli doğum haqqında şəhadətnamədə.Aşağıdakı sənədlərdə ərizəçinin atasının adı yanlışlıqla, hərf səhvi edilərək X1 qeyd edilmişdir.Ərizəçiyə məxsus AZE № ******** seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində; Ərizəçiyə məxsus ЖГ № 253668 nömrəli, xx.xx.1991-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamədə; Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, №064887 nömrəli qeydiyyat vəsiqəsində, ərizəçi atasının vəfatından sonra Notariat ofisinə yaxınlaşaraq vərəsəlik işinin açılması ilə bağlı ərizə yazmaq istəmiş, lakin, onun doğum haqqında şəhadətnaməsi ata adı “Nurmamed” və mülkiyyəti təsdiq edən qeydiyyat vəsiqəsindəki “Nurməmməd” adlarının, ərizəçininm atasına məxsus təvəllüd şəhadətnaməsindəki və ölüm haqqında şəhadətnamədi “Nurəmməd” adları ilə uyğun gəlməməsinə görə şifahi olaraq bildirilmişdir ki, bu uyğunsuzluqlar düzəldikdən sonra vərəsəlik işi açıla bilər. Ərizəçi bununla bağlı Nizami rayon qeydiyyat şöbəsinə və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, həmin orqanlarda şifahi olaraq bildirilmişdir ki, həmin sənədlərdə texniki səhv olmuşdur. Ərizəçiyə bununla bağlı Məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.Ərizəçi hal-hazırda vərəsəlik işini açdırmaq istəyir, lakin bu texniki səhvə görə açdıra bilmir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Tətbiq edilən hüquq :
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə.
4. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarı :
1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
5. “Dövlət rüsumu haqqında” Qanun :
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.
Məhkəmənin mövqeyi :
6. Məhkəmə ərizəni nəzərdən keçirərək qeyd edir ki, ərizə iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir.
7. Belə ki, ərizəçi tərəfindən ərizənin əsaslandırılmasından görünür ki, ərizə ərizəçinin atasına məxsus olan bir neçə hüquqmüəyyənedici sənəddə atasının adında yol verilmiş texniki səhv ilə əlaqədar atasından miras qalmış əmlakı adına rəsmiləşdirə bilməməsi ilə əsaslandırılmış bə Məhkəmədən müvafiq sənədlərdə göstərilmiş şəxslərin eyni şəxs olması ilə bağlı qərar qəbul edilməsin xahiş edilmişdir.
8. Məhkəmə ərizəçinin diqqətinə çatdırmağı zəruri hesab edir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında göstərilir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur.
9. Hüquqi əhəmiyyətli faktlar isə məhkəmə qaydasında o halda müəyyən edilir ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun.
10. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmadığından sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
11. Məhkəmə həmçinin bildirir ki, mülki prossesual qanunvericiliyin tələblərinə əsasən “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə haqqında” işlərə xüsusi icraat qaydasında baxılır. Lakin ərizəçi məhkəməyə iddia icraatı qaydasında müraciət etmişdir. Nəticə :
12. Beləliklə, məhkəmə qeyd edir ki, ərizəçinin iddia ərizəsində qeyd etdiyi sənədlərdə göstərilmiş şəxslərin X8 ilə eyni şəxs olması faktının müəyyən edilməsinə yol verilmədiyindən, həmçinin eyni şəxs olma faktının müəyyən edilməsi halı hüquqi nəticə doğurmayacağından ərizə iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir.
13. Həmçinin məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (“Ödəyici:İddiaçı;, Fin: xxxxxxx; qəbz nömrəsi: **********56; büdcə səviyyə kodu: 142213, tarix:xx.xx.2026, saat: 01:31) dövlət büdcəsindən ərizəçiyə qaytarılmalıdır.
14. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Ərizəçi İddiaçıov oğlunun maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı olan “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə ərizəçiyə geri qaytarılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (“Ödəyici:İddiaçı;,Fin: xxxxxxx; qəbz nömrəsi: **********56; büdcə səviyyə kodu: 142213, tarix:xx.xx.2026, saat: 01:31) dövlət büdcəsindən ərizəçiyə qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva İş № 2(007)-1460/2024
PROTOKOL məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi
27 oktyabr 2023-cü il Bakı şəhəri
Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Starə Vidadil qızı
Ərizəçi İddiaçıov oğlunun maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı ərizəsinə yazılı icraat qaydasında baxaraq prosessual hərəkət etdim. Prosessual hərəkət saat 15:40-da başlandı. Prosessual hərəkət tərəflərin iştirakı olmadan keçirildi. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, qərardad qəbul etdim. Prosessual hərəkət saat 15:50-də qurtardı. Protokolu 27 oktyabr 2023-cü il tarixdə tərtib etdim və imzaladım.
Hakim: Starə Əliyeva