Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1004/2025 04.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Açar sözlər : (istifadə hüququ, mənzilə köçürmə, subetmə vəzifəsi) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil1, Cavabdehin nümayəndəsi Bakı şəhəri 34 saylı Vəkil Bürosunun Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Əliyeva (İsmayılova) Cəmilə Elxan qızı Bakı şəhəri ünvan 1 ünvan ünvan 2inəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zakir Fərzəliyev küçəsi, giriş 60) ünvanına əşyaları ilə birgə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2014-cü il tarixli qətnaməsi ilə X8 X19ma qarşı mənzilə köçürülmə tələbinə dair ilkin iddia tələbi rədd edilmiş, İsmayılova Mina Bəhrəm qızının X10 qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair qarşılıqlı iddiası təmin olunaraq Cəmilə İsmayılovanm Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Fərzəliyev küçəsi döngə 1-də yerləşən 1 nömrəli evdən istifadə hüququnun itirilmiş hesab edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2015-ci il tarixli qətnaməsi ilə (S.F.Hacıyev (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və R.Ə.Qurbanov, iş 2(103)- 2469/15) Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 26 noyabr 2014-cü il tarixli qətnaməsi qismən, yəni qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv olunaraq qarşılıqlı iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 sentyabr 2015-ci il tarixli qərarı ilə (A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Əliyev və Ə.G.Nurməmmədov, iş 2(102)- 3617/15) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2015-ci il tarixli qətnaməsi qismən - “X8 İsmayılova Mina Bəhrəm qızına qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiasının rədd olunması” hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2015-ci il tarixli qərardadı ilə (A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), A.A.Abdullayeva və İ.K.Xəlilov, iş2(103)-6862 15) Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 sentyabr 2015-ci il tarixli qərarı əsasında mülki işin təkrar apellyasiya baxışına göndərilməsi hissəsində apellyasiya icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 dekabr 2015-ci il tarixli qərarı ilə (M.T.Əhmədova (sədrlik edən və məruzəçi), Ə. A.Əhmədov və V.Ə.İbayev, iş 2(102)- 5787/15) Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli qərardadı ləğv olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2017-ci il tarixli qətnaməsi ilə (E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.B.Məhərrəmova və t.Ş.Vəliyev, iş 2(103)-725/17) Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 2(001)- 9519/2014 saylı iş üzrə 26 noyabr 2014-cü il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni “X8 İsmayılova Mina Bəhrəm qızına qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiasının rədd olunması” hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılmış, X8 İsmayılova Mina Bəhrəm qızına qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin olunmuş, X15 ünvan 4 ünvanına köçürülməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 noyabr 2017-ci il tarixli qərarı ilə (Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və A.K.Kalbalıyev, iş 2(102)- 7472/17) cavabdeh İsmayılova Mina Bəhrəm qızının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2017-ci il tarixli, 2(103)- 725/17 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra üçüncü şəxslər X11, X3 və onların vəkili X13 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-725/2017 saylı mülki iş üzrə 27 yanvar 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4048/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə üçüncü şəxslər X5, X1 və onların vəkili X7 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 725/2017 saylı mülki iş üzrə 27 yanvar 2017-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxılarkən C.İsmayılova Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2014-cü il tarixli qətnaməsinin icrasında geri dönüş edilməsi barədə ərizə ilə Məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2286/2016 nömrəli, 01 mart 2016-cı il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-9519/2014 nömrəli, 26 noyabr 2014-cü il tarixli qətnaməsinin icrasında geri dönüş edilməsi, bu qərardadın X8 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Fərzəliyev küçəsi döngə 1-də yerləşən 1 nömrəli evə pasport qeydiyyatına alınması üçün əsas olması qərara alınmışdır. 2(103)-2286/2016 nömrəli, 01 mart 2016-cı il tarixli Bakı Apelyasiya məhkəməsinin qərardadında yanlışlıq aradan qaldırılması üçün ərizə ilə məhkəməyə müraciət edilmişdir. Bakı Apelyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2286/2016 nömrəli, 01 mart 2016-cı il tarixli qərardadında olan yanlışlıq aradan qaldırılmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2286/2016 nömrəli, 01 mart 2016cı il tarixli qərardadında “müəyyən etdi” hissəsinin 1-ci, 7-ci 11-ci abzaslarında və “qərara aldı” hissəsinin 3-cü abzasında “Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Fərzəliyev küçəsi döngə 1-də yerləşən 1 nömrəli evə” əvəzinə “Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Fərzəliyev küçəsi keçid 1-də yerləşən 1 nömrəli evə” kimi oxunması qərara alınmışdır. Hazırda mübahisəli fərdi yaşayış evinə köçürülməyi zərurəti vardır, həmin ünvana buraxılmır. Əmlak hətta satılmışdır, bu barədə məlumat əldə etmiş və bildirilmişdir ki, əmlakın hazırki sahibi Cavabdehdır. O, mübahisəli evə ailəsi ilə birgə yaşamış, ona məxsus orada yaşayış otaqları olmuşdur, orada o və atasına məxsus əşyalar lazımi avadanlıqlar olmuşdur. Hal-hazırda da Əliyeva (İsmayılova) Cəmilə Elxan qızı Bakı şəhəri ünvan 5 ünvan ünvan 6iyyatındadır. Yenidən ünvanlaşma getmiş hazırda isə Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Fərzəliyev küçəsi, giriş 60dır. Bundan başqa o vaxtı köçürülmə barədə qətnamə olduqda orada cavabdehlər digər şəxslər olmuşdurlar, hazırda isə cavabdeh dəyişdiyindən yeni iddia qaldırılması məcburiyyətindədir. Ona görədə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, iddiaçının mübahisəli mənzilə köçürülməsi barədə qətnamənin icrasına xitam verilmiş, xitam verilmə barədə qərar onlar tərəfindən mübahisələndirilməmişdir. İddiaçının həmin mənzildə istifadə hüququ olsa da, mənzil iddiaçının məlumatı olmadan kənar şəxsə satılmışdır. İddiaçının həmin yaşayış sahəsinə ehtiyacı olduğundan iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 izahatında məhkəməyə bildirdi ki, iddia qanunsuz və əsassızdır. Bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İzahatında göstərmişdir ki, iddiaçının mənzilə köçürülməsi barədə məhkəmə qətnaməsi olsa da, həmin qətnamə icra edilmiş, lakin iddiaçı uzun müddət həmin evdə yaşamamışdır. Hazırda cavabdeh, mübahisəli mənzilin mülkiyyətçisidir, onunla iddiaçının hər hansı qohumluq münasibəti yoxdur. Belə olan halda iddiaçının mübahisəli mənzilə köçürülməsi yol verilməzdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2014-cü il tarixli qətnaməsi ilə X8 X19ma qarşı mənzilə köçürülmə tələbinə dair ilkin iddia tələbi rədd edilmiş, İsmayılova Mina Bəhrəm qızının X16ma qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair qarşılıqlı iddiası təmin olunaraq Cəmilə İsmayılovanm Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Fərzəliyev küçəsi döngə 1-də yerləşən 1 nömrəli evdən istifadə hüququnun itirilmiş hesab edilməsi qət olunmuşdur. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2015-ci il tarixli qətnaməsi ilə (S.F.Hacıyev (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və R.Ə.Qurbanov, iş 2(103)- 2469/15) Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 26 noyabr 2014-cü il tarixli qətnaməsi qismən, yəni qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv olunaraq qarşılıqlı iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 sentyabr 2015-ci il tarixli qərarı ilə (A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Əliyev və Ə.G.Nurməmmədov, iş 2(102)- 3617/15) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2015-ci il tarixli qətnaməsi qismən - “X8 İsmayılova Mina Bəhrəm qızına qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiasının rədd olunması” hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2015-ci il tarixli qərardadı ilə (A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), A.A.Abdullayeva və İ.K.Xəlilov, iş2(103)-6862 15) Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 sentyabr 2015-ci il tarixli qərarı əsasında mülki işin təkrar apellyasiya baxışına göndərilməsi hissəsində apellyasiya icraatına xitam verilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 dekabr 2015-ci il tarixli qərarı ilə (M.T.Əhmədova (sədrlik edən və məruzəçi), Ə. A.Əhmədov və V.Ə.İbayev, iş 2(102)- 5787/15) Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli qərardadı ləğv olunmuşdur. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2017-ci il tarixli qətnaməsi ilə (E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.B.Məhərrəmova və t.Ş.Vəliyev, iş 2( 103)-725/l 7) Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 2(001)- 9519/2014 saylı iş üzrə 26 noyabr 2014-cü il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni “X8 İsmayılova Mina Bəhrəm qızına qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiasının rədd olunması” hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılmış, X8 İsmayılova Mina Bəhrəm qızına qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin olunmuş,X15 ünvan 4 ünvanına köçürülməsi qət olunmuşdur. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 noyabr 2017-ci il tarixli qərarı ilə (Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və A.K.Kalbalıyev, iş 2(102)- 7472/17) cavabdeh İsmayılova Mina Bəhrəm qızının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2017-ci il tarixli, 2(103)- 725/17 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4048/2018 nömrəli, xx.xx.2018ci il tarixli qərardadı ilə üçüncü şəxslər X5, X1 və onların vəkili X7 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 725/2017 saylı mülki iş üzrə 27 yanvar 2017-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2( 103 )-2286/2016 nömrəli, 01 mart 2016-cı il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-9519/2014 nömrəli, 26 noyabr 2014-cü il tarixli qətnaməsinin icrasında geri dönüş edilməsi, bu qərardadın X8 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Fərzəliyev küçəsi döngə 1-də yerləşən 1 nömrəli evə pasport qeydiyyatına alınması üçün əsas olması qərara alınmışdır. - Bakı Apelyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2286/2016 nömrəli, 01 mart 2016-cı il tarixli qərardadında olan yanlışlıq aradan qaldırılmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2286/2016 nömrəli, 01 mart 2016-cı il tarixli qərardadında “müəyyən etdi” hissəsinin 1-ci, 7-ci 11-ci abzaslarında və “qərara aldı” hissəsinin 3-cü abzasında “Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Fərzəliyev küçəsi döngə 1-də yerləşən 1 nömrəli evə” əvəzinə “Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Fərzəliyev küçəsi keçid 1-də yerləşən 1 nömrəli evə” kimi oxunması qərara alınmışdır. -Binəqədi rayon icra şöbəsinin icra məmuru Bəxtiyar ismayılovun xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-725/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata tələbkar icradan imtina etdiyindən xitam verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X27nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 4-cü Binəqədi küçəsi, 1-ci keçid, 1 saylı fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. Bakı şəheri 27 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 1v-274 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügeden ünvanın 1/3 hissəsi X4, 2v-273 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şehadətnaməyə esasən 1/3 hissəsi X6 adına, 2V-272 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 1/3 hissəsi X12 adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 4-cü Binəqədi küçəsi, 1-ci keçid, 1 saylı fərdi yaşayış evi xx.xx.2023-cü il tarixli 4e-402 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügeden ünvan tam mülkiyyət hüququ üzrə X22 adına qeydiyyatdan keçmişdir. Sözügeden fərdi yaşayış evinin bir hissəsi sökülmüş, yerdə qalan hissəsi Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4e-784 reyestr nömrəli 01 .06.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh adına Bakı şəhəri, Binəqədi rayonu, 4-cü Binəqədi küçəsi, 1-ci keçid, 1 sayİı, fərdi yaşayış evi (yeni qaydalarla- Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzada qəsəbəsi Zakir Fərzəliyev küçəsi, giriş 60) kimi dövlət qeydiyyatından keçmişdir ve hazırda mülkiyyətindədir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12, 15 və 16-cı maddələrinə əsasən: Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Məcəllənin bu normasının (*Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsi) mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. ... Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir”. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən olunur ki, Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2014-cü il tarixli qətnaməsi ilə X8 X19ma qarşı mənzilə köçürülmə tələbinə dair ilkin iddia tələbi rədd edilmiş, İsmayılova Mina Bəhrəm qızının X10 qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair qarşılıqlı iddiası təmin olunaraq Cəmilə İsmayılovanm Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Fərzəliyev küçəsi döngə 1-də yerləşən 1 nömrəli evdən istifadə hüququnun itirilmiş hesab edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2015-ci il tarixli qətnaməsi ilə (S.F.Hacıyev (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və R.Ə.Qurbanov, iş 2(103)- 2469/15) Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 26 noyabr 2014-cü il tarixli qətnaməsi qismən, yəni qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv olunaraq qarşılıqlı iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 sentyabr 2015-ci il tarixli qərarı ilə (A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Əliyev və Ə.G.Nurməmmədov, iş 2(102)- 3617/15) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2015-ci il tarixli qətnaməsi qismən - “X8 İsmayılova Mina Bəhrəm qızına qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiasının rədd olunması” hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 oktyabr 2015-ci il tarixli qərardadı ilə (A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), A.A.Abdullayeva və İ.K.Xəlilov, iş2(103)-6862 15) Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 sentyabr 2015-ci il tarixli qərarı əsasında mülki işin təkrar apellyasiya baxışına göndərilməsi hissəsində apellyasiya icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 dekabr 2015-ci il tarixli qərarı ilə (M.T.Əhmədova (sədrlik edən və məruzəçi), Ə. A.Əhmədov və V.Ə.İbayev, iş 2(102)- 5787/15) Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli qərardadı ləğv olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2017-ci il tarixli qətnaməsi ilə (E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.B.Məhərrəmova və t.Ş.Vəliyev, iş 2(103)- 725/17) Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 2(001)- 9519/2014 saylı iş üzrə 26 noyabr 2014-cü il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni “X8 İsmayılova Mina Bəhrəm qızına qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiasının rədd olunması” hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılmış, X8 İsmayılova Mina Bəhrəm qızına qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin olunmuş, X15 ünvan 4 ünvanına köçürülməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 noyabr 2017-ci il tarixli qərarı ilə (Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və A.K.Kalbalıyev, iş 2(102)- 7472/17) cavabdeh İsmayılova Mina Bəhrəm qızının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2017-ci il tarixli, 2(103)- 725/17 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yekunda Bakı Apellyasiya Məhkəməsinin 2(103)-725/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraa mərhələsi başlanılmış, iddiaçının nümayəndəsi ismayılov Elxan Bəhram oğlunun ərizəsi əsasında tələbkarın icraadan imtinası və icraata xitam müraciəti əsasında Binəqədi rayon icra şöbəsinin icra məmuru Bəxtiyar İsmayılovun xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Sözügeden fərdi yaşayış evinin bir hissəsi sökülmüş, yerdə qalan hissəsi Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4e-784 reyestr nömrəli xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh adına Bakı şəhəri, Binəqədi rayonu, 4-cü Binəqədi küçəsi, 1-ci keçid, 1 sayİı, fərdi yaşayış evi (yeni qaydalarla- Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzada qəsəbəsi Zakir Fərzəliyev küçəsi, giriş 60) kimi dövlət qeydiyyatından keçmişdir ve hazırda mülkiyyətindədir. Hazırda iddiaçı yaşayış sahəsinə ehtiyacı olduğunu, məhkəmə qətnaməsi üzrə cavabdehlərin ona məlumat vermədən mənzili satdığından və yeni cavabdehin ona istifadə hüququ olan yaşayış sahəsində yaşamağa şərait yaratmaması əsası ilə məhkəməyə müraciət etsə də, məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisəli fərdi yaşayış evində yaşaması, həmin fərdi yaşayış evində ona məxsus əşyaların mövcudluğu öz təsdiqini tapmamaqla hazırki mülkiyyətçi ilə aralarında qohumluq münasibəti mövcud deyil. Bundan başqa 2021ci il tarixdə öz ərizəsi əsasında iddiaçı məhkəmə qətnaməsinin icrasından imtina etməklə yalnız 3 il sonra fərdi yaşayış sahəsinin üçüncü şəxsə satıldığına dair məlumat aldıqdan sonra köçürülmə tələbi ilə məhkəməyə müraciət etməklə mübahisəli fərdi yaşayış evindən istifadə etməsinə əvvəlki mülkiyyətçilər tərəfindən maneə yaradılmasını, həmçinin mübahisəli fərdi yaşayış evindən 3 il sonra istifadə etmək və yaşamaq ehtiyacı yarandığına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, qeyd olunan xüsusatları sübut etmək yükü iddiaçı tərəfin üzərinə düşsə də, bu hallara dair məhkəməyə ümumiyyətlə heç bir mötəbər sübut təqdim etməyib. Əksinə, iddianın məzmunundan, tərəflərin nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan və işdə olan sənədlərdən məlum olur ki, mübahisəli fərdi yaşayış evinə köçürülmə barədə qətnamənin icrasından imtina edən iddiaçının hazırkı iddanı əslində məlum olmayan niyyətlə irəli sürmüşdür. Çünki tələbinin əsası kimi istinad etdiyi bu halı sübut etmək yükü onun üzərinə düşür, ancaq o, bu halları sübut edə bilmir. Buna baxmayaraq məhkəmə qeyd edir ki, iddiaçının X14 qarşı məhkəmə qətnaməsi əsasında köçürüldüyü fərdi yaşayış evinin məlumatı olmadan üçüncü şəxsə satılması nəticəsində dəymiş maddi ziyan tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X27 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №2(001)-1004/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1004/2025
04.06.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver