Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1841/2026 02.09.2026 ALI MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin təmirinə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2026-cı il ## #### tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Ali Məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDI: Cavabdeh Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2026-cı il ## #### tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən kassasiya vermiş, Ali Məhkəmənin 2026cı 25 iyun tarixli tarixli, *(*-*)-****/**** nömrəli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Sonradan, cavabdehin nümayəndəsi-vəkili (Vəkil) kassasiya şikayətindən imtina barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 410.1-ci maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. MPM-in 410.2-ci maddəsinə görə, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. Işdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Həmin Məcəllənin 410.3-cü maddəsində qeyd olunmuşdur ki, kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətindən imtina qəbul edilərək kassasiya instansiyasında icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 410-cu maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Cavabdehin kassasiya şikayətindən imtinası qəbul edilərək kassasiya instansiyasında icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(1-8)-1841/2026
Ali Məhkəmə Qərar — İş №2(1-8)-1841/2026
02.09.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver