Məhkəmə qərarları › İş №2(3-6)-1232/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1232/2026

10.09.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1232/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Vaqif qızının cavabdeh Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “təmirə çəkilmiş pulun ½ hissədə tutulması” tələbi) Hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı Vaqif qızının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı Vaqif qızının cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı Vaqif qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş *-**-*-**/*-*****/**** nömrəli, # ###### 2025 -ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanına dair sənədlərin surətinin verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, sözügedən mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.

2. Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin *** saylı MKİS tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, X3 R.Bağırov küçəsi, ev 43, * saylı mənzildə 2006-cı ildən hal hazıra qədər qeydiyyatsız yaşayır. Həmin mənzil Kopilenko Nikolaya məktub əsasında verilmişdir. Hal hazırda mənzildə Cavabdeh, X1, X4 qeydiyyatdadırlar.

3. ##.##.2025-ci il tarixli, *** nömrəli arayışdan görünür ki, Cavabdeh R.Bağırov küçəsi, ev 43, * saylı mənzildə yaşayır. Bina dövlət balansındadır. X14 İvanoviç (vəfat edib ##.##.1993-cü il). Cavabdeh, X1, X2 və X5 həmin evdə daimi qeydiyyatdadır.

4. Bakı nikah evi tərəfindən verilmiş AZ-İ seriyalı ****** saylı nikah haqqında şəhadətnəmənin surətindən görünür ki, Osmanov Akif Əli oğlu ilə Əliyeva Könül arasında ##.##.2008-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2171 nömrə ilə qeyd edilmişdir.

5. * saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-II seriyalı ****** saylı nikah haqqında şəhadətnəmənin surətindən görünür ki, Cavabdeh ilə Qarayeva Gülnur arasında ##.##.2014-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2962 nömrə ilə qeyd edilmişdir.

6. AZ-İ seriyalı, ****** nömrəli X22 surətindən görünür ki, Osmanov Akif Əli oğlu ##.##.2019-cu il tarixində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019cu ilin fevral ayının 22-də 338 nömrə ilə qeyd edilmişdir.

7. “xxxx” MMC tərəfindən tərtib olunmuş ünvan 2 ünvanında yerləşən Daşımaz Əmlakın qiymətləndirilməsinə dair ##.##.2025-ci il tarixli Qiymətləndirmə Rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən əmlakın bazar dəyəri 160000 manat təşkil edir.

8. “xxxx” ASC ilə iddiaçı X6 arasında bağlanmış ##.##.2013-cü il tarixli, ***/K-** nömrəli kredit müqaviləsindən görünür ki, Bank Borcalana – hazırkı iş üzrə iddiaçıya müqavilənin şərtlərinə uyğun olaraq, 24 ay müddətinə 2580 manat məbləğində kredit verir. Borcalan Banka kreditdən istifadəyə görə illik 32%, kreditin və ona hesablanmış faizlərin ödəniş qrafikinə əsasən qaytarma müddətini pozduğu hallarda isə illik 64% ödəyir.

9. “xxxx” ASC ilə iddiaçı X6 arasında bağlanmış ##.##.2013-cü il tarixli, ***/G-** nömrəli girov müqaviləsindən görünür ki, Girov saxlayan ilə Borcalan X6 arasında Bakı şəhərində bağlanmış ## ###### 2013-cü il tarixli, ***/K-** saylı kredit müqaviləsinə əsasən Girov saxlayan Borcalana 24 ay müddətinə, illik 32 % olmaqla 2580 manat məbləğində kredit verir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi Girov qoyan X6 özünə məxsus qızıl - zinət əşyalarını Girov saxlayanın xeyrinə girov qoyur. Girov qoyulan Qızıl Zinyət əşyaları Qızıl-zinət əşyaları (3.7 qram 750 əyyar qızıl, 167.5 qram 583 əyyar qızıl. Ümumi likvid dəyəri 3100.1 manat) məbləğində qiymətləndirilir.

10. İddiaçı X6 AZ**TURA******************** nömrəli bank hesabından ##.##.2013cü il tarixdən ##.##.2014-cü il tarixədək olan çıxarışdan görünür ki, ##.##.2013-cü il tarixli, ***/K-** nömrəli kredit müqaviləsi üzrə həmin tarixdə 2580 manat kredit verilmiş, ##.##.2014-cü il tarixdə kredit tam ödənilmişdir.

11. Cavabdeh Cavabdeh AZ**TURA******************** nömrəli bank hesabından ##.##.2013-cü il tarixdən ##.##.2025-ci il tarixədək olan çıxarışdan görünür ki, ##.##.2013-cü il tarixli, F*_***/K-** nömrəli kredit müqaviləsi üzrə həmin tarixdə 3500 manat kredit verilmiş, ##.##.2014-cü il tarixdə kredit tam ödənilmişdir.

12. ##.##.2014-cü il tarixli Ödəniş Planından görünür ki, Osmanov Akif Əli oğluna “xxxx” QSC-dən verilmiş kreditin məbləği 5000 manat, faiz dərəcəsi 1.83%, kreditin verilmə tarixi ##.##.2014-cü ildir. ##.##.2014-cü il tarixli Ödəniş Planından görünür ki, Osmanov Akif Əli oğluna “xxxx” QSC-dən verilmiş kreditin məbləği 19000 manat, faiz dərəcəsi 1.83%, kreditin verilmə tarixi ##.##.2014-cü ildir. ##.##.2013-cü il tarixli Ödəniş Planından görünür ki, Osmanov Akif Əli oğluna “xxxx” QSC-dən verilmiş kreditin məbləği 12000 USD, faiz dərəcəsi 2.4167%, kreditin verilmə tarixi ##.##.2013-cü ildir.

13. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2013-cü il tarixli, ***/K-** nömrəli kredit müqaviləsindən görünür ki, Bank Borcalana müqavilənin şərtlərinə uyğun olaraq, 12 ay müddətinə 2870 manat məbləğində kredit verir. Borcalan Banka kreditdən istifadəyə görə illik 32%, kreditin və ona hesablanmış faizlərin ödəniş qrafikinə əsasən qaytarma müddətini pozduğu hallarda isə illik 64% ödəyir.Cavabdeh Cavabdeh AZ**TURA******************** nömrəli bank hesabından ##.##.2013-cü il tarixdən ##.##.2025-ci il tarixədək olan çıxarışdan görünür ki, ##.##.2013-cü il tarixli, F*_***/K-** nömrəli kredit müqaviləsi üzrə həmin tarixdə 2870 manat kredit verilmiş, ##.##.2013-cü il tarixdə kredit tam ödənilmişdir.

14. “xxxx” ASC, borclu X6 arasında bağlanmış ##.##.2013-cü il tarixli, ***/K-** nömrəli kredit müqaviləsindən görünür ki, Bank Borcalana müqavilənin şərtlərinə uyğun olaraq, 24 ay müddətinə 5000 manat məbləğində kredit verir. Borcalan Banka kreditdən istifadəyə görə illik 32%, kreditin və ona hesablanmış faizlərin ödəniş qrafikinə əsasən qaytarma müddətini pozduğu hallarda isə illik 64% ödəyir.

15. “xxxx” ASC, borclu X6 və zamin Cavabdeh arasında bağlanmış ##.##.2013-cü il tarixli, ***/Z-** nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin bankla borcalan arasında bağlanmış ##.##.2013-cü il tarixli, ***/K-** nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyət daşıyır.

16. “xxxx” ASC ilə iddiaçı X6 arasında bağlanmış ##.##.2013-cü il tarixli, ***/G-** nömrəli girov müqaviləsindən görünür ki, Girov saxlayan ilə Borcalan X6 arasında Bakı şəhərində bağlanmış ##.##.2013-cü il tarixli, ***/K-** saylı kredit müqaviləsinə əsasən Girov saxlayan Borcalana 24 ay müddətinə, illik 32 (otuz iki) % olmaqla 5000 manat məbləğində kredit verir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi Girov qoyan X6 özünə məxsus qızıl - zinət əşyalarını Girov saxlayanın xeyrinə girov qoyur. Girov qoyulan Qızıl Zinyət əşyaları Qızıl-zinət əşyaları 2525.25 manat məbləğində qiymətləndirilir.

17. İddiaçı X6 AZ**TURA******************** nömrəli bank hesabından ##.##.2013cü il tarixdən ##.##.2014-cü il tarixədək olan çıxarışdan görünür ki, ##.##.2013-cü il tarixli, ***/K-** nömrəli kredit müqaviləsi üzrə həmin tarixdə 5000 manat kredit verilmiş, ##.##.2014-cü il tarixdə kredit tam ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

18. İddiaçı İddiaçı Vaqif qızı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə Bakı şəhəri Xətai rayonu, M.Bağırov küçəsi, ev 43, * saylı mənzilin tikilməsinə sərf edilmiş 160000 manat vəsaitin ½ hissəsinin onun payının müəyyən edilməsi və dövlət rüsumu kimi ödədiyi 100 manat dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

19. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Osmanov Akif Əli oğlu ilə ailə münasibətində olmuşlar, lakin ## #### 2008-ci il tarixində rəsmi nikaha daxil olmuşdur və nikahları ##.##.2008-ci tarixində bağlanılmış və birgə nikahdan övladları olmamışdır. O ailə qurana kimi Bakı şəhəri Xətai rayonu, R.Bağırov küçəsi, ev 43, * saylı mənzilni Osmanov Akif Etibarnamə əsasında Kopilenko Nikolay İvanoviç və X25 almışdır. O zaman mənzilin ilkin orderi Kopilenkolara məxsus olmuşlar. X23 Federasiyasıan getmişlər və daha sonra onlara məlumat vermişlər ki, ilkin olaraq Kopilenko Nikolay İvanoviç və daha sonra Kopilenko Tamara vəfat etmişlər. Mənzil ilkin vəziyyətində çox bərbad olmuşdur. 2011-ci ildə onun təşəbbüsü ilə mənzildə təmir işləri görülməsi üçün razılığa gəlmişlər. O zaman Akif Osmanovun daimi işi olmadığından, o, uzun müddət topladığı vəsaitlə təmir işlərini görə biləcəyini bildirmişdir. Ona görə də evin yeni eskizini və layihəsini hazırlayaraq təmir işlərinə başlamışlar. Lakin sonradan evin tikintisini böyük götürdüyü üçün, nəzərdə tutulan vəsait çatışmadığı üçün o məcbur olub Turan Bankla Kredit Müqaviləsi bağlayaraq pul götürmüş və həmin vəsaiti evin tikintisinə sərf etmişdir. Lakin həmin vəsaitdə çatmadığı üçün özünə məxsus qızıl-zinət əşyalarını girov qoyaraq pul götürmüşdür. Bildirir ki, o zaman mənzilin təmiri onun şəxsi vəsaitləri hesabına və Osmanov Akif Əli oğlunun zəhməti ilə ustalar tərəfindən yenidən tikilmiş və təmir edilmişdi. Həmin vaxtı Akif Osmanovun övladı Osmanov Azər tikdikləri evdə günə muzd fəhlə işləyirdi və o hər gün ona 20 manat pul ödəyirdi. Qeyd edi ki, yaşadıqları evin təmirdən əvvəl vəziyyətini müəyyən edilməsi üçün şəkillərini çəkmiş və hazırda bəzi şəkilləri iş materiallarına əlavə edir. Lakin ev xüsusi mülkiyyət kimi Reyestr qeydiyyatından keçməmişdir. O, Osmanov Akif Əli oğlu ilə birgə nikah münasibətində olmaqla həmin evdə yaşamışlar. O zaman onun əvvəlki nikahından anadan olmuş qızı Qarayeva Gülnur ilə Akifin birinci nikahından olmuş oğlu Cavabdehla münasibətləri yaxşı olduğundan ailə qurmuşlar və həm onlar, həm də o Akif Osmanovla həmin evdə yaşamışlar. Qızının Asiflə birgə nikahlarından bir övladları olmuş və hazırda həmin evə qeydiyyatada olmaqla yaşayır. Osmanov Akif Əli oğlunun övladı Cavabdeh və X1 evin (mənzilin) təmiri və yenidən qurulmasında heç bir vəsait sərf etməmişlər. Osmanov Akif Əli oğlu ##.##.2019-cü ildə "Qida borusunun bədxassəli yenitörəməsi" diaqnozu ilə vəfat etmişdir. Daha sonra Cavabdeh qızı Karayeva Gulnurla münasibətləri pisləşdirmiş və ona görə onların arasında nikah pozulmuşdur. Hazırda, Osmanov Akifin övladı Cavabdeh mənzildə yalnız özünün, qardaşının və bacısının qeydiyyatlarının olmasından istifadə edərək, onu mənzilə, hüququnun olmaması bildirir və mənzili məniməsmək və öz adına Reyestr qeydiyyatına aldıracağını bildirir. Bu hərəkət tam qanunsuzdur. R.Bağırov küçəsi ev 43, mən.5-də mənzilin yenidən tikilməsi və əlavə tikililərin tikilməsi əsasən onun vəsaitilə inşa edilməsinin, həmin evin yaxınlığında yaşayan qonşular təsdiq edirlər. Eyni zamanda həmin qonşular 2011-ci ildə Osmanov Akifin övladalrının maddi vəziyyəti çox aşağı olduğundan onalrın mənzili tikilməsində heç bir vəsait sərf etmədiklərini bildirirlər. Hazırda hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi ev 43, mən.5-də mənzilin yenidə tikilməsi və təmirinə ümumilikdə 160000 manat məbləğindən çox vəsait sərf etmişdir. Lakin Akif Osmanov dünyasını dəyişdiyi üçün mənzilin ½ formada öz aralarında bölə bilməmişlər. Hazırda hesab edir ki, birgə nikah müddətində evin tikilməsinə sərf edilmiş vəsaitin ½ hissəsində onun payı müəyyən edilməlidir.

20. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Əliyev Şəhriyar İbrahim oğlu)

21. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi, ev 43, * saylı mənzilin təmirinə bilavasitə onun tərəfindən xərc çəkilməsi barədə mötəbər, şübhədənkənar sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin bu cür hallar məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə, şahid ifadələrinə münasibətdə qeyd etmişdir ki, şahif ifadələri ilə evin təmiri üçün xərc çəkilməsi müəyən olunsa da, həmin xərclərin miqdarı, onların tamamilə və müəyyən qisminin bilavasitə iddiaçı İddiaçı Vaqif qızı tərəfindən çəkildiyi müəyyən edilmir.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü, 16-cı, 386-cı, 1091-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ##### 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2018-ci il Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

23. İddiaçı İddiaçı Vaqif qızı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə iş üzrə dindirilmiş çahidlərin ifadələrinə, bankdan götürülmüş kredit məbləğlərinə düzgün qiymət verməyərək iddia tələbini rədd etmişdir. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən istinad etdiyi maddi hüquq normalarını səhv təfsir etmiş və evin tikintisə sərf edilmiş vəsaitə onun payının müəyyən etməməklə hüquqlarının pozulması kimi qiymətləndirilmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

25. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olaraq şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı izahatına əlavə olaraq bildirmişdir ki, iddia tələbiləri çəkilmiş xərclərdən ibarətdir. Qiymətləndirmə də aparılıb. İddiaçının bildirdiyinə görə 160.000-dən çox xərc çəkib. Çox hissə sonradan tikilib. Həm içəri hissə, həm çöl hissə. Hesab edirik ki, qiymətləndirmə də az məbləğ müəyyən etmişdir. Tələbimiz evin qiymətinin deyil, tikintisinə və təmirinə çəkilmiş xərcin tutulmasıdır.

27. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, evi anası alıb, qardaşı ilə qalırdılar. Atasının evə qeydiyyatı olmayıb. Qardaşı evləndi, evdən çıxdı, atası da ailə qurdu, həyat yoldaşı bu evə gəldi. O, 2011-ci ildən yeraltı qazıntıda işləyərək 1.200 manat əmək haqqı almışdır. Evin tikintisi ilə əlaqədar 2013-cü ildə bankdan 10000 manat məbləğində kredit əldə etmişdir. Əgər o, işləmirdisə, bankdan krediti necə əldə edə bilərdi.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 1094. Varlanmış şəxsin xərclərinin kompensasiyası əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir; Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbəli vərəsələr sayılırlar; Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir; Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir;

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda xxxxlərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər;

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

32. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi iddia tələbinin təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, o cümlədən maddi hüquq normasının tələblərini pozmuşdur. Bu səbəbdən qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz.

35. Hazırkı işin faktiki hallarına əsasən Osmanov Akif Əli oğlu ilə iddiaçı Əliyeva Könül arasında ##.##.2008-ci il tarixdə nikah bağlanmış, cavabdeh Cavabdeh ilə iddiaçının qızı Qarayeva Gülnur arasında ##.##.2014-cü il tarixdə nikah bağlanmış, onlar Bakı şəhəri Xətai rayonu R.Bağırov küçəsi, ev 43, * saylı mənzildə yaşamışlar, Osmanov Akif Əli oğlu ##.##.2019-cu il tarixində vəfat etmiş, hazırda iddiaçı birgə nikah dövründə Bakı şəhəri Xətai rayonu, R.Bağırov küçəsi, ev 43, * saylı evin tikilməsinə sərf edilmiş vəsaitin ½ hissəsinin onun payının müəyyən edilməsini tələb edir, cavabdeh iddia tələbi ilə razı deyil.

36. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzilin təmir olunduğu işin mübahisəsiz halıdır. İş üzrə birinci instansiya məhkəməsi də iddianı rədd edərkən ona istina etmişdir ki, iddiaçı mənzilin onun tərəfindən təmir edilməsini sübut edə bilməmişdir. Hazırda isə mübahisəli və araşdırılmalı hal mənzilin kim tərəfindən təmir olunduğu və nə qədər vəsait sərf olunmasıdır.

38. İddiaçı iddia edir ki, mənzili öz vəsaiti hesabına təmir etdirmiş və tələbini təsdiq edən sübutlar qismində məhkəməyə qonşularını və qızı daxil olmaqla şahidlər gətirmiş, eyni zamanda məhkəməyə banklardan götürdüyü kreditlərə dair də sənədlər təqdim etmişdir.

39. Cavabdeh tərəf isə iddiaya etiraz edərək mənzilin onun anası tərəfindən alındığını, atasının iddiaçı ilə evləndikdən sonra hazırkı mənzildə yaşadıqlarını, onun metroda işləyərək 1200 manat əmək haqqı almaqla, eyni zamanda bankdan kredit götürməklə evi təmir etdiyini bildirmişdir. Həmçinin qeyd etdiklərinin təsdiqi kimi qonşularını şahid olaraq və götürdüyü kreditlərə dair müqavilələri məhkəməyə təqdim etmişdir.

40. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı tərəfindən təqdim olunmuş şahid Qasımova Ruhiyyə ifadəsində bildirmişdir ki, 2009-cu ildən Könüllə birlikdə işləyir, o evdə Könülün əziyyəti var, iki işdə işləyib, 2013-cü ilin avqustunda köçüb həmin məhləyə, Könülün qızının toyuna gedib, evin tikintisi üçün məndən 700-800 manat borc istəyib Könül. X10 ifadəsində bildirmişdir ki, 2007-2008-ci ildən iddiaçı Alıeva Könüllə birgə işləyiblər, 2016-da işdən çıxıb, hələ nişanlı vaxtından tanıyır Könülü, son dəfə 7-8 il əvvəl olub onlarla, Könül ona deyib ki, Asifi işə düzəldiblər, 2015-2016-cı illər olardı, Tikinti işlərini görüb Könüllə gedəndə, Bəzən Könüllə birlikdə materiallar alırdıq. Məhkəmədə şahid qismində ifadə verən Xuraman Ələkbərova ifadəsində bildirmişdi ki, Könül Bakıya gələndə birinci xəstəsi o olub, qonşudurlar, evin hamısını Könül tikib, bankdan pul götürüb, ev 1 mərtəbəli idi əvvəl, Könül tikdi 2-ci mərtəbəni.

41. Cavabdeh tərəfindən dəvət olunmuş Mərdan Osmanov ifadəsində bildirmişdir ki, həmin evi tikən odu, ustadı, ikinci mərtəbəni Asiflə birlikdə tikmişik, mənim evimin kupçasını girov qoyub, bankdan pul götürüb Asif, o pulla tikib, 2007-2009- dan Könül də orda yaşayır, Akifin ikinci ailəsi olub, normal ev idi, evin damını başqa ustalar vurub. Əliyeva Könül ona zəhmət haqqı verməyib. Fəhlə kimi o özü, onun xalası oğlu, Asif, Asifin iş yoldaşları, özünün kiçik qardaşı kömək edib. X7 ifadəsində bildirdi ki, Asifin qonşusudur, Könülü görmür, hər gün görür, bir məhlədədilər, o ev Asifin atasınındır, 1996cı ildə ora köçüb, mübahisəli evdə o köçəndə Asfin atası, rəhmətlik anası, iki qardaş yaşayırdılar, evin ikinci mərtəbəsi tikilib, 3-4 il olar, Asif tikib ikinci mərtəbəni, pulunu Asif verib, məhlədə skamyada söhbət edirdik, orda deyirdi ki, o kredit götürüb, tikib ikinci mərtəbəni, Könül orda yaşayırdı, çoxdan görmür onu, nə qədər xərc çəkilib bilmirəm, hansı bankdan kredit götürüb bilmir, Könül nə vaxtdan yaşayır orda bilmir, bilirdik evinə gəlin gəlib, Asifin anası rəhmətə gedəndən 1-2 il sonra dedi, anası təqribən 10 il əvvəl rəhmətə gedib, Akiflə araları yaxşı olub, Akif 6-7 il olar rəhmətə gedib. Könül tibb bacısıdır, harda işləyir bilmirəm. Tikinti işləri görünürdü məhlədən, usta əmisi idi, bütün işləri özləri edirdi. Əmisi və Asifin özü. Ev normal ev olub. O məhlədəki evlərin hamısı at tövləsi olub, orda at saxlayıblar, neft zavodu tikilənə kimi. Birinci mərtəbə köhnə sovet dövrünün qırmızı kərpicidi, ikinci mərtəbə içi boş kərpicdi.. X8 ifadəsində bildirmişdir ki, Əliyev Könülü tanıyır, Asifin atası ilə evlənmişdilər, gürcüstanlıdır Könül, evdə Asif yaşayır, o ev zavodun evi olub, 1989-cu ildən orda yaşayır, evdə tikinti olmayıb, ikinci mərtəbəni sonradan tikiblər, atası sağ idi, Asif metroda işləyirdi, Asif alıb materialları, tikəni görməmişəm.

42. Beləliklə məhkəmə kollegiyası nəzərə alır ki, hər iki tərəfindən təqdim olunmuş şahidlər hadisələrin birbaşa şahidi olmuş, görülmüş işlərə görə həm iddiaçı, həm də cavabdeh tərəfindən pulun verildiyini təsdiq etmişlər. Eyni zamanda iş materiallarına hər iki tərəfdən təqdim edilmiş kredit müqavilələri də mövcuddur. Kollegiya hesab edir ki, evdə aparlan təmir işləri qanunvericiliyin tələblərinə əsasən yaxşılaşdırma olmaqla hər iki tərəfin vəsaiti hesabına başa gəlmişdir. Bu səbəbdən məhkəmə kollegiyası evə çəkilmiş xərclərin dəyərini müəyyənləşdirmək məqsədilə mütəxəssis rəyi əldə etmişdir.

43. Apellyasiya icraatı zamanı əldə edilmiş “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, NZS UPD, Rəşid Bağırov küçəsində yerləşən ev 43, * saylı mənzilin təmir-tikinti işlərinə çəkilmiş xərc hazırki dövrə 44,955.0 manat, təşkil edir.

44. Göründüyü kimi, mənzilin daxilində görülən təmir-tikinti işlərinin həcmi və dəyəri (işçilik və material xərci daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla 44955 manat təşkil edir. İddiaçı tərəfindən iddia tələbində göstərilən məbləğ isə təxmini mənzilin real bazar dəyərinə yaxın olan məbləğ olduğundan məhkəmə kollegiyası qeyd edir ki, mənzilin təmirinə çəkilmiş xərclərlə bağlı mütəxəssis rəyi kifayət qədər əsaslandırılmış, rəyin məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur. Eyni zamanda iddiaçı da iddiasında, eləcə də, məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi məhz təmir tikinti üçün çəkilmiş xərclərin yarısını tələb etdiklərini bildirmişdir.

45. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclasında verilən izahatlara əsasən iddiaçının iddia tələbinin əsasını evin təmirinə çəkilmiş xərcin yarısı təşkil etdiyindən həmin məbləğin pulun cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Əksi halda cavabdeh tərəf onun hesabına varlanmış olacaqdır. Bu isə iddiaçıya münasibətdə onun hüquqlarının pozulmasına dəlalət edir. Eyni zamanda iddiaçı iddiasında evin tamamilə yenidən tikilməsini, qeyd etsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilən odur ki, həmin ev yaşayış üçün yararlı olmuş, lakin sonradan orada artırma qismində tikinti işləri və təmir işi görülmüşdür. Bununla bağlı işin halları, iş üzrə dindirilmiş şahid ifadələri, izahatlar, eləcə də, mütəxəssis qismində rəy verərkən mütəxəssisin qeydləri də bu halları özündə ehtiva edir. Belə ki, mütəxəssis rəyinin qeyd hissəsində də, ikinci mərtəbənin tikinti işləri, 1-ci mərtəbədə isə təmir yenidənqurma işlərinin aparıldığı qeyd edilmiş, tərəflərin bildirdikləri ilə evin birinci mərtəbəsinin əvvəldə mövcudluğu da təsdiqlənmişdir.

46. Kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı evin ikinci mərtəbəsinin tikilməsi həmin birinci və ikinci mərətəbələrində təmir işlərinin aparılması, məhz cavabdeh və arvadının, eləcədə iddiaçının və onun mərhum ərinin hamısının birlikdə yaşadıqları dövrdə həyata keçirilmişdir. Həmçinin həmin vəsaitinin məhz iddiaçı tərəfindən çəkilməsi və ya cavabdeh tərəfindən çəkilməsi formal həqiqət prinsipi baxımından sübuta yetirilməməklə təsdiqini tapmır. Bu baxımdan məhkəmə həmin çəkilmiş xərclərin məhz orada yaşayan şəxslərin birgə vəsaiti hesabına çəkilmiş kimi qəbul edir (baxmayaraq ki iddiaçı cavabdehin ümumiyyətlə işləmədiyini bildirmiş, lakin işə əlavə edilmiş sənəddən görünür ki, cavabdeh həmin dövrdə işləmiş və normal əmək haqqı almışdır). Bu baxımdan təmir və tikintiyə çəkilən xərcin yarısının məhz cavabdehin vəsaiti hesabına olması kollegiya tərəfindən qəbul edilir və həmin məbləğ ümumi müəyyən edilən məbləğdən çıxarılır. Yerdə qalan 22477 (44955:2=22477) manat isə məhz iddiaçı və cavabdehin atası olan iddiaçının mərhum ərinin birgə vəsaiti hesab edilir. Belə ki, birgə nikah dövründə qazanılmış pul kimi həmin tikintiyə qoyulmuşdur. Bu baxımdan həmin vəsaitin yarısı olan 11238 (22477:2=11238) manat iddiaçının öz pulu qalan hissəyə münasibətdə isə cavabdehlə hər ikisinin ½ hissədə vərəsə kimi payı vardır. Nə qədərki çəkilmiş xərcin əvəzi olan pul tələb edilir həmin xərcin yarısının ½ hisssinə iddiaçı və cavabdehlərin payı vardır. Belə olan halda kollegiya hesab edir ki, iddiaçıya düşəcək məbləğ 5619 (11238:2=5.619) manat təşkil etdiyindən ona çatası payı da nəzərə aldıqda 16857 (11238+5619=16857) manat pul məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

47. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı İddiaçı Vaqif qızının cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası qismən təmin edilməli, cavabdeh Cavabdeh 16857 manat pul tutularaq iddiaçı İddiaçı Vaqif qızına ödənilməlidir.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı Vaqif qızının cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Cavabdeh 16857 manat pul tutularaq iddiaçı İddiaçı Vaqif qızına ödənilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar