Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1821/2026 10.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı iddiaçı1 və digərlərinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: payın naturada ayrılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## ######## 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, *** saylı evin * saylı mənzili (Yeni qaydalarla: AZ 1119, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, giriş 226, M 2, m 1) 1/4 hissədə iddiaçı1, 2/4 hissədə iddiaçı2 və 1/4 hissədə isə Cavabdeh paylı mülkiyyətindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakdan payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 miras qalmış Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, *** saylı evin * saylı mənzili 1/4 hissədə iddiaçı1 və 2/4 hissədə iddiaçı2 paylarına uyğun naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
3. İddiaçılar iddiaçı2 və iddiaçı1 ##.##.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, *** saylı evin * saylı mənzilinin açıq hərracdan satılması və satış pulunun paylarına uyğun (1/4 hissədə iddiaçı1 və 2/4 hissədə iddiaçı2) bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, *** saylı evin * saylı mənzili X2 xüsusi mülkiyyətində olmuşdur. X2 ##.##.2023-cü il tarixdə vəfat etmişdir. 11.06. 2024-cü il tarixdə Bakı şəhəri ** saylı notariat ofisi tərəfindan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, *** saylı evin * saylı mənzilinə dair iddiaçılara va cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnəmə verilmişdir. Həmin şəhadətnamə əsasında adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Çıxarışa əsasən mənzilin ¼ hissəsi iddiaçı1, 2/4 hissəsi iddiaçı2, ¼ hissəsi isə Cavabdeh mülkiyyətindədir. Hazırda həmin mənzildə Cavabdeh tək yaşayır. İddiaçılar mənzildəki paylarını satmaq istəyirlər, ilkin olaraq payı almağı AR Mülki Məcəlləsinin 218-ci maddəsinə əsasən cavabdehə təklif etmişlər və bununla bağlı cavabdehə ##.##.2024-ci tarixdə bildiriş göndərilmiş, cavabdeh həmin bildirişi ##.##.2024-cü il tarixdə xəbərnaməyə imza etməklə qəbul etmişdir. Lakin cavabdeh bildirişə heç bir münasibət bildirməmişdir. İddiaçılar mülkiyyətlərində olan mənzildən faktiki olaraq məhrum olmuşlar, cavabdeh onları mənzilə buraxmır. Cavabdeh Cavabdeh mübahisəli mənzildəki paylarına uyğun kompensasiya ödəməkdən imtina etmişdir.
5. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, *** saylı evin * saylı mənzilin tərəflərin paylarına uyğun naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.
6. “xxxx” MMC Qiymətləndirmə Şirkətinin ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, *** saylı evin * saylı mənzilin bazar qiyməti 98.000 manat müəyyən edilmişdir.
7. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, *** saylı evin * saylı mənzilin bazar qiyməti 83.000 manat müəyyən edilmişdir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, mənzilin ilkin satış qiymətinin 85000 manat müəyyən olunmasına razıdır.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, mənzilin ilkin satış qiymətinin 85000 manat müəyyən olunmasına razıdır.
10. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh izahatında bildirmişdir ki, mənzilin ilkin satış qiymətinin 85000 manat müəyyən olunmasına razıdır. Həmçinin bildirmişdir ki, mənzili o əldə etmək istəyir.
11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Sitarə Əliyeva) iddia tələbi təmin edilmiş, tərəflərin paylı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, *** saylı evin * saylı mənzilin ilkin olaraq yalnız tərəflərin iştirakı ilə qapalı hərracda, əmlak həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılması, satış pulunun tərəflərin paylarına uyğun bölünməsi, mənzilin ilkin satış qiymətinin 85.000 manat müəyyən edilməsi qət edilmişdir.
12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında ziddiyyət və konfiliktlər olduğuna görə iddiaçılar onlara məxsus olan paylarının ayrılmanı xahiş etmişlər, payların naturada ayrılması texniki cəhətdən mümkün olmadığından iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən mənzilin hərracdan satılaraq satışdan əldə edilən pul vəsaitindən payına uyğun hissənin ona verilməsini xahiş etmişlər. Hazırkı mülki iş üzrə paylı mülkiyyətdə olan əmlakın 3 mülkiyyətçisi olduğundan və onlardan ikisi payın ayrılmasını tələb etdiyindən, onların payının ayrılması əşya üzərində ümumi paylı mülkiyyətə xitam verilməsi ilə nəticələndiyindən bu iddianın qanuni əsasını AR Mülki Məcəllənin 221-ci maddəsi təşkil edir.
13. Məhkəmə qeyd etmişdir ki, tərəflərin ümumi paylı mülkiyyətdə olan mənzilin naturada (fiziki) bölgüsü ekspert rəyinə əsasən mümkün olmadığından, həmin daşınmaz əmlak məhkəmə qərarı ilə hərracdan satılmalıdır.
14. Belə ki, mülki qanunvericiliyə əsasən, əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçının tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir.
15. İddiaçının əşyanın hərracdan satılmasını tələb etmədiyi halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir.
16. Hazırki mülki iş üzrə iddiaçılar əmlakın naturada bölgüsü mümkün olmadığından, mənzilin hərracdan satılaraq satış pulunun paylarına uyğun hissəsinin ödənilməsi tələbini irəli sürmüşdür.
17. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, *** saylı evin * saylı mənzili almaq niyyətində olmasını, buna görə də mənzilin qapalı hərracda satılmasını xahiş etmişdir. O, cümlədən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli ərizəsində məhkəmənin satış qərarı verdiyi halda, ona hərracda iştirak etməsi üçün və mənzili almaq üçün güzəştli şəraitin yaradılmasını xahiş etmişdir.
18. Göstərilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, tərəflərin paylı mülkiyyətində olan mənzil ilkin olaraq yalnız onların iştirakı ilə qapalı hərracda, əmlak həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılmalıdır.
19. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər. Bununla bağlı iki mütəxəssis rəyi alınmış, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, *** saylı evin * saylı mənzilin bazar dəyəri ilə bağlı verilmiş iki mütəxəssis rəyi arasında əhəmiyyətli fərq olduğundan məhkəmə tərəfindən tərəflərə mübahisənin barışıq yolu ilə həll edilməsi, hər iki tərəfin razılaşdığı məbləğ ilə əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi təklif edilmişdir. Tərəflər mənzilin ilkin satış qiymətinin 85000 manat olaraq müəyyən edilməsi barədə razılığa gəlmişlər.
20. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 213.1, 221-ci, MPM-nin 14.2, 67- 1.1, 67-1.2, 67-1.3, 77.1, 107, 119.1, 217.3, 218.3-cü maddələrinə, AR Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının AR Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə ## ###### 2024-cü il tarixli qərardadındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, iddiaçıların mənafeyinin üstün tutulması, cavabdehin uzun müddət iddiaçıların mərhum atası ilə birgə mübahisəli mənzildə yaşaması, mənzilin təmir olunması, iddiaçıların subyektiv hüququnun olmaması, mənzilə aidiyyətlərinin olmaması, məhkəmə tərəfindən bu halın nəzərə alınmaması və s. kimi əsaslandırılmışdır.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # #### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Rafael Eyvazov (sədrlik edən, məruzəçi), Fuad Abdıyev və Fuad Babayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(007)- ***/**** saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıların hazırki tələbi paylı mülkiyyətçi kimi paylarının ayrılması (əmlakın bölünməsi) ilə bağlıdır. Bununla yanaşı işin hallarından və tərəflərin izahatlarından açıq aşkar görünür ki, onların hazırki qarşılıqlı münasibətləri ziddiyyətli olmaqla, iddiaçıların əmlaklarından sərbəst və maneəsiz istifadəsi məhdudlaşmışdır (eyni zamanda, mənzilin cəmi 1 yaşayış otağından ibarət olması faktı da tərəflərin ondan paylarına uyğun istifadəsini demək olan ki, mümkünsüz hala gətirmişdir).
25. Həmçinin işdə olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, *** saylı evin * saylı mənzilinin paylara uyğun naturada bölünməsi Az.DTN 2.7.2 Yaşayış Binaları Layihələndirmə Normalarının 5.2,5.5,5.6,5.7 və 5.8 bəndlərinin və Məhkəmə Tikinti Texniki Ekspertizasının Həlli Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir.
26. Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı iddiaya qarşı bir neçə istiqamətdə etiraz irəli sürmüşdür.
27. Belə ki, cavabdeh ilkin etirazlarında əmlakın bölünməsinə razı olmamasını, xəstə olmasını, başqa yaşayış yerinin olmamasını və s. bildirsə də, sonradan onun hərracdan satış qiymətini (bazar dəyərini) mübahisələndirmiş, bu səbəbdən də qiymətləndirci rəyləri (98.000 manat və 83.000 manat) alınmış, lakin sonda tərəflər qiymətlə bağlı ümumi razılığa gəlmiş, birinci instansiya məhkəməsi məhz həmin qiymətlə (85.000 manat) əmlakın ilkin olaraq qapalı, sonra isə açıq hərraca çıxarılmasını qət emişdir.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, hazırkı mübahisə üzrə işin faktiki halları və iddiaçıların ümumi mülkiyyətdə payının ayrılmasını tələb etdiyi nəzərə alındıqda, digər payçı (cavabdeh) tək qalır. Bu halda isə, ümumiliyin davam etdirilməsinin mümkün olmadığı müəyyən olunur. Bu səbəbdən, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru AR Mülki Məcəlləsinin 221-ci maddəsinin tələblərinə uyğun olaraq həll edilməlidir.
29. Ümumi paylı mülkiyyətdə ümumiliyin davam etdirilməsinin mümkün olmaması səbəbi ilə əşyanın bölünməsi üzrə ardıcıl iki mexanizmdən birincisi- ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsünun mümkün olub-olmaması yoxlanmalıdır. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən baxılarkən ümumi paylı mülkiyyətdə olan əmlakdan payların fiziki cəhətdən bölgüsünün mümkün olub-olmaması barədə ekspertiza təyin etmiş, ekspert rəyinə əsasən isə mübahisəli ünvanda yerləşən əmlakın tərəflərin paylarına uyğun naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir (əslində, bir otaqlı mənzilin tərəflərin paylarına uyğun naturada bölünməsinin texniki cəhətdən mümkün olmaması əvvəldən də aşkar idi və ekspertizaya zərurət yox idi).
30. Belə olan halda, həmin mərhələ üzrə hər hansı əlavə araşdırma aparılmasına zərurət olmadan, o yekunlaşdırılmalı və bölünmə üzrə növbəti mərhələyə- əşyanın məhkəmə qərarı ilə hərracdan satılmasına keçid olunmalıdır. İddiaçılar isə işə birinci instansiya məhkəməsində baxılarkən, əmlakın naturada bölgüsü mümkün olmadığından mənzilin hərracdan satılaraq satış pulunun paylarına uyğun hissəsinin ödənilməsi tələbini irəli sürmüşdür. Belə olan halda, birinci instansiya məhkəməsindəki baxışı zamanı isə, tərəflərin mövqeyi, eləcə də AR Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının # ###### 2024-cü il tarixli qərardadındakı hüquqi mövqeyini də nəzərə alaraq, həmçinin mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların araşdırılması məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
31. Mübahisəli mənzilin bazar qiymətinə dair “xxxx” MMC Qiymətləndirmə Şirkətinin ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən 98.000 manat, “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən 83.000 manat müəyyən edilmişdir.
32. Həmçinin, əmlakın bazar dəyəri ilə bağlı verilmiş iki mütəxəssis rəyi arasında əhəmiyyətli fərq olduğundan birinci instansiya məhkəməsi tərəfindən tərəflərə əmlakın bazar dəyəri barədə müzakirə aparılmış, tərəflər mənzilin ilkin satış qiymətinin 85.000 manat olaraq müəyyən edilməsi barədə razılığa gəlmişlər. Bu səbəbdən, mənzilin ilkin satış qiyməti ilə bağlı tərəflərin qarşılıqlı razılığı nəzərə alınmaqla onun ilkin satış qiyməti 85.000 manat müəyyən edilməlidir.
33. Birinci instansiya məhkəməsi zamanı, cavabdeh tərəf hərracın forması ilə bağlı ərizə ilə müraciət edərək, mənzili əldə etmək niyyəti olmasını bildirmiş, iddiaçı tərəf isə buna etiraz etməmişdir. Bu səbəbdən, birinci instansiya məhkəməsi haqlı olaraq tərəflərin paylı mülkiyyətində olan mənzilin ilkin olaraq yalnız onların iştirakı ilə qapalı hərracda, əmlak həmin hərracda paylı mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılması nəticəsinə gəlmişdir.
34. Cavabdeh apellyasiya şikayətində iddiaçıların hazırkı tələblə çıxış etməsi üçün müvafiq subyektiv hüquqlarının olmamasını, mübahisəli mənzilə aidiyyətlərinin olmamasını və s. bu kimi dəlillər irəli sürsə də, mövqeyini əsaslandırmamış, iddiaçıların paylı mülkiyyətdə olan əmlakın bölünməsini tələb etmək hüquqlarının olmamasının əsaslarını göstərməmişdir. Halbuki yuxarıda da qeyd edildiyi kimi, iddiaçıların müvafiq subyektiv hüquqlarının mövcudluğu aşkar olmaqla, mübahisə doğurmur.
35. Bununla yanaşı, apellyasiya şikayətinin digər dəlilləri, yəni iddiaçıların ataları ilə əlaqələrinin olmaması, mübahisəli mənzildə cavabdehin həyat yoldaşı ilə birlikdə yaşaması, oranı təmir etdirməsi və s. bu kimi dəlilləri də iddiaçıların hazırki tələb hüquqlarını aradan qaldırmamaqla qanunvericiliyin qeyd edilən tələbləri ilə uzlaşmır. Ümumiyyətlə apellasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, qətnamənin ləğvinə əsas ola bilməz.
36. Həmçinin qeyd edilməlidir ki, miras əmlakın tərəflər arasında müvafiq nisbətdə bölüşdürülməsi ilə bağlı hüquq müəyyənedici sənədlər qüvvədə olmaqla, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.
37. Göründüyü kimi, cavabdeh etirazlarını (apellyasiya şikayətinin dəlillərini) əsaslandıra və sübut edə bilməmişdir.
38. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı AR Mülki Məcəlləsinin 221-ci, MPM-in 14.2, 77.1, 81, 106.1, 107, 385.2-ci maddələrinə, AR Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının AR Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə ## ###### 2024-cü il tarixli qərardadındakı hüquqi mövqelərə istinad etmişdir.
Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
39. Cavabdeh Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, *** saylı evin * saylı mənzilinin iddiaçılara heç bir aidiyyatı yoxdur və iddiaçılar iddia tələbi irəli sürməkdə subyetiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, 2-ci qrup əlil olan, tənha yaşayan, ağır sağlamlıq problemlərindən əziyyət çəkən, ayaqlarında limfostaz, ürəyində aritmiya, qaraciyərində fibroz olan cavabdeh Cavabdehmiras qoyanın həyat yoldaşı olmuşdur və onunla mübahisəli mənzildə, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, *** saylı evin * saylı mənzilində üzün müddət birlikdə yaşamış və onun qulluğunda dayanmışdır. İddiaçılar iddiaçı2 və X1 isə miras qoyan, yəni ataları ilə heç bir əlaqələri olmamışdır. Apelyasiya məhkəməsi bu halı nəzərə almamış və AR Konistitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarın tələblərini pozmuşdur. Tətbiq edilməli olan hüquq normalarının seçimində yanlışlığa yol verildiyi üçün, habelə tərəflərin hansı hüquqi münasibətdə olmaları, habelə tətbiq edilməli hüquq normaları düzgün seçilmədiyindən, sübutların qiymətləndirilməsində də yanlışlığa yol verilmişdir. Mülki işə baxarkən, məhkəmə hərtərəfli, tam, obyektiv şəkildə araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək, düzgün olmayan əsassız, qanunsuz qətnamə qəbul etmişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
42. Maddə 221 Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 45.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 46.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 47.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 48.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 49.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri 50.Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 51.Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi 52.Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 53.Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
54. Belə ki, apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıların hazırki tələbi paylı mülkiyyətçi kimi paylarının ayrılması (əmlakın bölünməsi) ilə bağlıdır. Bununla yanaşı işin hallarından və tərəflərin izahatlarından açıq aşkar görünür ki, onların hazırki qarşılıqlı münasibətləri ziddiyyətli olmaqla, iddiaçıların əmlaklarından sərbəst və maneəsiz istifadəsi məhdudlaşmışdır (eyni zamanda, mənzilin cəmi 1 yaşayış otağından ibarət olması faktı da tərəflərin ondan paylarına uyğun istifadəsini demək olan ki, mümkünsüz hala gətirmişdir).
55. Həmçinin işdə olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, *** saylı evin * saylı mənzilinin paylara uyğun naturada bölünməsi texniki cəhətdən mümkün deyildir.
56. Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı iddiaya qarşı bir neçə istiqamətdə etiraz irəli sürmüşdür.
57. Belə ki, cavabdeh ilkin etirazlarında əmlakın bölünməsinə razı olmamasını, xəstə olmasını, başqa yaşayış yerinin olmamasını və s. bildirsə də, sonradan onun hərracdan satış qiymətini (bazar dəyərini) mübahisələndirmiş, bu səbəbdən də qiymətləndirci rəyləri (98.000 manat və 83.000 manat) alınmış, lakin sonda tərəflər qiymətlə bağlı ümumi razılığa gəlmiş, birinci instansiya məhkəməsi məhz həmin qiymətlə (85.000 manat) əmlakın ilkin olaraq qapalı, sonra isə açıq hərraca çıxarılmasını qət emişdir.
58. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, hazırkı mübahisə üzrə işin faktiki halları və iddiaçıların ümumi mülkiyyətdə payının ayrılmasını tələb etdiyi nəzərə alındıqda, digər payçı (cavabdeh) tək qalır. Bu halda isə, ümumiliyin davam etdirilməsinin mümkün olmadığı müəyyən olunur. Bu səbəbdən, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru AR Mülki Məcəlləsinin 221-ci maddəsinin tələblərinə uyğun olaraq həll edilməlidir.
59. Ümumi paylı mülkiyyətdə ümumiliyin davam etdirilməsinin mümkün olmaması səbəbi ilə əşyanın bölünməsi üzrə ardıcıl iki mexanizmdən birincisi- ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsünun mümkün olub-olmaması yoxlanmalıdır. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən baxılarkən ümumi paylı mülkiyyətdə olan əmlakdan payların fiziki cəhətdən bölgüsünün mümkün olub-olmaması barədə ekspertiza təyin etmiş, ekspert rəyinə əsasən isə mübahisəli ünvanda yerləşən əmlakın tərəflərin paylarına uyğun naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir (əslində, bir otaqlı mənzilin tərəflərin paylarına uyğun naturada bölünməsinin texniki cəhətdən mümkün olmaması əvvəldən də aşkar idi və ekspertizaya zərurət yox idi).
60. Belə olan halda, həmin mərhələ üzrə hər hansı əlavə araşdırma aparılmasına zərurət olmadan, o yekunlaşdırılmalı və bölünmə üzrə növbəti mərhələyə- əşyanın məhkəmə qərarı ilə hərracdan satılmasına keçid olunmalıdır. İddiaçılar isə işə birinci instansiya məhkəməsində baxılarkən, əmlakın naturada bölgüsü mümkün olmadığından mənzilin hərracdan satılaraq satış pulunun paylarına uyğun hissəsinin ödənilməsi tələbini irəli sürmüşdür. Belə olan halda, birinci instansiya məhkəməsindəki baxışı zamanı isə, tərəflərin mövqeyi, eləcə də AR Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının # ###### 2024-cü il tarixli qərardadındakı hüquqi mövqeyini də nəzərə alaraq, həmçinin mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların araşdırılması məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
61. Həmçinin, əmlakın bazar dəyəri ilə bağlı verilmiş iki mütəxəssis rəyi arasında əhəmiyyətli fərq olduğundan birinci instansiya məhkəməsi tərəfindən tərəflərə əmlakın bazar dəyəri barədə müzakirə aparılmış, tərəflər mənzilin ilkin satış qiymətinin 85.000 manat olaraq müəyyən edilməsi barədə razılığa gəlmişlər. Bu səbəbdən, mənzilin ilkin satış qiyməti ilə bağlı tərəflərin qarşılıqlı razılığı nəzərə alınmaqla onun ilkin satış qiyməti 85.000 manat müəyyən edilməlidir.
62. Birinci instansiya məhkəməsi zamanı, cavabdeh tərəf hərracın forması ilə bağlı ərizə ilə müraciət edərək, mənzili əldə etmək niyyəti olmasını bildirmiş, iddiaçı tərəf isə buna etiraz etməmişdir. Bu səbəbdən, birinci instansiya məhkəməsi haqlı olaraq tərəflərin paylı mülkiyyətində olan mənzilin ilkin olaraq yalnız onların iştirakı ilə qapalı hərracda, əmlak həmin hərracda paylı mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda satılması nəticəsinə gəlmişdir.
63. Cavabdeh apellyasiya şikayətində iddiaçıların hazırkı tələblə çıxış etməsi üçün müvafiq subyektiv hüquqlarının olmamasını, mübahisəli mənzilə aidiyyətlərinin olmamasını və s. bu kimi dəlillər irəli sürsə də, mövqeyini əsaslandırmamış, iddiaçıların paylı mülkiyyətdə olan əmlakın bölünməsini tələb etmək hüquqlarının olmamasının əsaslarını göstərməmişdir. Halbuki yuxarıda da qeyd edildiyi kimi, iddiaçıların müvafiq subyektiv hüquqlarının mövcudluğu aşkar olmaqla, mübahisə doğurmur.
64. Bununla yanaşı, apellyasiya şikayətinin digər dəlilləri, yəni iddiaçıların ataları ilə əlaqələrinin olmaması, mübahisəli mənzildə cavabdehin həyat yoldaşı ilə birlikdə yaşaması, oranı təmir etdirməsi və s. bu kimi dəlilləri də iddiaçıların hazırki tələb hüquqlarını aradan qaldırmamaqla qanunvericiliyin qeyd edilən tələbləri ilə uzlaşmır. Ümumiyyətlə apellasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, qətnamənin ləğvinə əsas ola bilməz.
65. Həmçinin qeyd edilməlidir ki, miras əmlakın tərəflər arasında müvafiq nisbətdə bölüşdürülməsi ilə bağlı hüquq müəyyənedici sənədlər qüvvədə olmaqla, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.
66. Göründüyü kimi, cavabdeh etirazlarını (apellyasiya şikayətinin dəlillərini) əsaslandıra və sübut edə bilməmişdir.
67. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi
Q ə r a r a aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 0# #### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.