Məhkəmə qərarları › İş №2(3-6)-2244/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2244/2026

10.09.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2244/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: "ümumi birgə mülkiyyətdə olan əmlakın naturada bölünməsi, hərracda satılması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlakın naturada bölünməsi, bu mümkün olmaqdıqda açıq hərracda satılması və satışdan əldə olunan pul vəsaitinin paylara uyğun bölünməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ##.##.2023-ci il tarixli, ** nömrəli, “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, “xxxx” MTK Mehdiabad qəsəbəsində inşa edilən 11 mərtəbəli, 3N-li yaşayış binasının, 7-ci mərtəbəsi, ümumi sahəsi 84 kv.m2 , 2 otaqlı, ** nömrəli yaşayış mənzilini İddiaçı verməyi, sonuncu isə mənzilin hər bir kv.m2 üçün 18 ay olmaqla hər ay 520 manat ödəməyi öhdəsinə götürür. Mənzilin ümumi məbləği 43.680 manat təşkil edir.

2. “xxxx” MTK-nın ##.##.2023-cü il tarixli, **/**A saylı arayışından görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində ## ####### 2008-ci ildə “xxxx” MTK tərəfindən inşa edilən 11 mərtəbəli, * nömrəli, sahəsi 84.7 m2 olan ** nömrəli, 2 otaqlı mənzil X1 tərəfindən alınmışdır. Mənzilin ümumi məbləği 43.680 manat təşkil edir. Onun 33.300 manatı X1 tərəfindən ödənilmişdir. ## ####### 2021-ci ildə həmin mənzili qardaşı İddiaçı Vaqif oğlunun adına keçirmişdir. Mənzilin qalan məbləğinin 9.100 manatı İddiaçı Vaqif oğlu tərəfindən ödənilmiş, 1280 manatı isə borc qalmışdır.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-2(005)- ****/**** saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən, 11 mərtəbəli, * nömrəli binanın, ** nömrəli, 2 otaqlı mənzil (ümumi sahəsi 84 kv.m olan) üzərində ½ hissədə iddiaçı Cavabdeh, ½ hissədə cavabdeh İddiaçı paylarının müəyyən edilməsi, mənzilin dəyəri üzrə ödənilməmiş 1280 manat pulun iddiaçı Cavabdeh və cavabdeh İddiaçı arasında ½ hissədə paylara mütənasib olaraq bölünməsi, mülki iş üzrə ödənilmiş 50 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh və İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən, 11 mərtəbəli, * nömrəli binanın, ** nömrəli, 2 otaqlı mənzil (ümumi ahəsi 84 kv.m olan) üzərində ½ hissədə iddiaçı Cavabdeh, ½ hissədə İddiaçı paylarının müəyyən edilməsi hissəsində dəyişdirilməsi, “xxxx” MTK ilə İddiaçı arasında Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən, 11 mərtəbəli, * nömrəli binanın, ** nömrəli, 2 otaqlı mənzilə (ümumi sahəsi 84 kv.m olan) dair bağlanmış ## ####### 2021-ci il tarixli, ** nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ½ hissədə iddiaçı Cavabdeh, ½ hissədə İddiaçı paylarının müəyyən edilməsi qət edilmişdir.

5. AZ-İ seriyalı, ****** saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(103)-1504/2025- ci il tarixli qətnaməsi ilə “xxxx” MTK ilə İddiaçı arasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən, 11 mərtəbəli, * nömrəli binanın, ** nömrəli, 2 otaqlı mənzil (ümumi sahəsi 84 kv.m olan) dair bağlanmış ## ####### 2021-ci il tarixli, ** nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ½ hissədə iddiaçı X3, ½ hissədə cavabdeh İddiaçı payları müəyyən edilmiş mənzilin naturada cavabdehlə aralarında bölünməsi, bu mümkün olmadıqda mənzili açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaitinin paylara uyğun cavabdehlə aralarında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Əsgərov İddiaçı Lamiə Rəhim qızı ilə ## ###### 2017-ci il tarixdə birgə nikaha daxil olmuş, birgə nikahdan bir övladları dünyaya gəlmişdir. Nikahları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş, məhkəmə övladı ##.##.2018-ci il təvəllüdlü X4 anası Cavabdeh yanında saxlanılması, azyaşlının yetkinlik yaşına çatanadək saxlanması üçün ##.##.2024-cü il tarixdən etibarən hər ay 300 manat sabit pul məbləğində alimentin iddiaçıdan tutularaq Cavabdeh ödənilməsi qət dilmişdir. Cavabdehlə boşansalar da, boşanmamışdan əvvələ qədər "xxxx" MTK Mehdiabad qəsəbəsində inşa edilən 11 mərtəbəli * nömrəli yaşayış binasının 7-ci mərtəbəsində, ümumi sahəsi 84 kv.m 2 otaqlı ** nömrəli yaşayış mənzilində bir ünvanda yaşamışlar. Cavabdeh iddiaçıya çox böyük çətinliklər törətmiş, cavabdehin daimi təzyiqlərinə məruz qalmışdır. Buna görə bir evdə yaşamaqları mümkün olmamış və cavabdeh Cavabdeh paylarının müəyyən edilməsi "birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi" tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi iddianı təmin etmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən, 11 mərtəbəli, * nömrəli binanın, ** nömrəli, 2 otaqlı mənzil (ümumi sahəsi 84 kv.m olan) üzərində 1/2 hissədə iddiaçı Cavabdeh, 1/2 hissədə cavabdeh İddiaçı paylarının müəyyən edilməsi, mənzilin dəyəri üzrə ödənilməmiş 1280 manat pulun iddiaçı Cavabdeh cavabdeh İddiaçı arasında 1/2 paylara mütanasib olaraq bölünməsi barədə ##.##.2024-cü il tarixli e-*(***)-****/**** nömrəli qətnamə qəbul etmişdir. Onun tərəfindən Bakı Apellyasiya Məhkəməsinə şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsi şikayətinə baxaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsi 28 may küçəsində yerləşən, 11 mərtəbəli, * nömrəli binanın, ** nömrəli, 2 otaqlı mənzil (ümumi sahəsi 84 kv.m olan) üzərində 1/2 hissədə iddiaçı X5, 1/2 hissədə cavabdeh İddiaçı paylarının müəyyən edilməsi hissəsində dəyişdirilməsi, "xxxx" MTK ilə İddiaçı arasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən, 11 mərtəbəli, * nömrəli binanın, ** nömrəli, 2 otaqlı mənzil (ümumi sahəsi 84 kv.m olan) dair bağlanmış ## ####### 2021-ci il tarixli, ** nömrəli müqavilədən əmələ gəlmiş hüquqda 1/2 hissədə iddiaçı Cavabdeh, 1/2 hissədə cavabdeh İddiaçı paylarının müəyyən edilməsi barədə ##.##.2025ci il tarixli 2(103)- 1504/2025-ci il tarixli yeni qətnamə qəbul etmişdir. Hal-hazırda mənzilin açıq hərracdan satılması yolu ilə həmin paylara uyğun pul məbləğinin aralarında bölünməsinə zərurət yaranmışdır. ## ####### 2021-ci il tarixli ** nömrəli müqavilə əsasında "xxxx" MTK Mehdiabad qəsəbəsində inşa edilən 11 mərtəbəli * nömrəli yaşayış binasının 7ci mərtəbəsi, ümumi sahəsi 84 kv.m 2 otaqlı ** nömrəli yaşayış mənzilini mənə satmağı öhdəsinə götürmüşdür. 15 oktyabr tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Mübahisəli mənzil birgə nikah dövründə əldə edilmişdir. Cavabdehə dəfələrlə mənzili satıb, pulu sülh yolu ilə aralrında bölməyi təklif etsə də, o buna razı olmur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmlakın naturada bölünməsi, bu mümkün olmaqdıqda açıq hərracda satılması və satışdan əldə olunan pul vəsaitinin paylara uyğun bölünməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. (hakim X6)

9. Məhkəmə iddianı rədd edərkən hesab etmişdir ki, iddianın predmetini təşkil edən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən, 11 mərtəbəli, * nömrəli binanın, ** nömrəli, 2 otaqlı mənzil hələki daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, çünki iş üzrə “xxxx” MTK-nın ##.##.2023-cü il tarixli, **/**A saylı arayışı ilə müəyyən edilir ki, ##.##.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə tərəflərin həmin mənzilə görə MTK-ya 1280 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə qeyd edir ki, bu öhdəlik də hazırki iş üzrə preyudisiya təşkil edən qanuni qüvvəsini almış məhkəmə aktı ilə tərəflərin ½ hissədə ödəməli olduğu borc öhdəliyi kimi qiymətləndirilmişdir. Hazırda iddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən, 11 mərtəbəli, * nömrəli binanın, ** nömrəli, 2 otaqlı mənzilin tərəflər arasında naturada bölünməsi, payın ayrılması mümkün olmadıqda, qeyd edilən əmlakın hərracdan satılması, əldə olunan pulun paylara uyğun olaraq aralarında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, yəni, tərəflərin yalnız mənzilə dair bağlanmış müqavilədən əmələ gəlmiş hüquqda payları müəyyən edilməsinə baxmayaraq, onların mənzilə mülkiyyət hüququ yaranmadığından, həmçinin, mənzilin açıq hərraca çıxarılaraq satılması barədə məhkəmə qətnaməsi icrasız qalacağından (mənzilin mövcud təcrübəyə əsasən naturada bölgüsünün mümkün olmaması nəzərə alınmaqla), iddia tələbi təmin edilməməlidir. Lakin məhkəmə qeyd etmişdir ki, tələbin təmin edilməməsi gələcəkdə həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra tərəflərin hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olmasını istisna etmir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, 146cı, 213-cü, 215-ci, 220-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” ##.##.2024- cü il tarixli, */**** №-li Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı, 77-ci, 80-cı. 82.3-cü, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin mənasından görünür ki, ümumi birdə mülkiyyət qanunvericiliyin tələbi və müqavilədə nəzərdə tutulmuş halda yaranır. Hüquqlarını müdafiə etidyi şəxs də bu hüquqdan əmələ gələn payını ayırmaq istəyidir və bu onun təbii hüququdur. Məhkəmə qedy edir ki, gələcəkdə kupça əldə edildikdən sonra o həmin mənzilə dair əmlakın naturada bölünməsinə dair iddia qaldıra bilər. Qeyd edir ki, bu hal tərəfin hüquqlarını pozur. Çünki gələcəkdə həmin mənzilə çıxarış almaq mümkün olmasa onda məsələ həllini necə tapmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İştirak etdiyi məhkəmə iclasında iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

15. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” ##.##.2024- cü il tarixli, */**** №-li Qərarının 4.13, 4.15-ci bəndlərində qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə etdiyi üçün həmin sahə də ərarvad arasındakı bölgünün predmeti olur. Bununla yanaşı, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ər-arvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

23. Hazırkı işin faktiki hallarına əsasən iddianın predmetini təşkil edən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən, 11 mərtəbəli, * nömrəli binanın, ** nömrəli, 2 otaqlı mənzil hələki daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, çünki iş üzrə “xxxx” MTK-nın ##.##.2023-cü il tarixli, **/**A saylı arayışı ilə müəyyən edilir ki, ##.##.2021ci il tarixli alqı-satqı müqaviləsi üzrə tərəflərin həmin mənzilə görə MTK-ya 1280 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə qeyd edir ki, bu öhdəlik də hazırki iş üzrə preyudisiya təşkil edən qanuni qüvvəsini almış məhkəmə aktı ilə tərəflərin ½ hissədə ödəməli olduğu borc öhdəliyi kimi qiymətləndirilmişdir.

24. Hazırda iddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən, 11 mərtəbəli, * nömrəli binanın, ** nömrəli, 2 otaqlı mənzilin tərəflər arasında naturada bölünməsi, payın ayrılması mümkün olmadıqda, qeyd edilən əmlakın hərracdan satılması, əldə olunan pulun paylara uyğun olaraq aralarında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqeyi ilə razılaşır. Belə ki, mübahisələndirilən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, yəni, tərəflərin yalnız mənzilə dair bağlanmış müqavilədən əmələ gəlmiş hüquqda payları müəyyən edilməsinə baxmayaraq, onların mənzilə mülkiyyət hüququ yaranmamışdır. Eyni zamanda mənzilin açıq hərraca çıxarılaraq satılması barədə məhkəmə qətnaməsi icrasız qalacağından (mənzilin mövcud təcrübəyə əsasən naturada bölgüsünün mümkün olmaması nəzərə alınmaqla), hazırkı iddia tələbinin təmin edilə bilməz.

26. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar