Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3822/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı3, X2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: əmlak bölgüsü) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Işin halları
1. Iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə 9/32 hissə pay iddiaçı3, 5/32 hissə pay iddiaçı1, 9/32 hissə pay iddiaçı2 və 9/32 hissə pay Ismayılova Zöhrə Oruc qızına məxsusdur.
2. Iş materiallarında olan ##.##.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçıların vəkili tərəfindən Ismayılova Zöhrə Oruc qızına mübahisələrin məhkəmədən kənar həllinə dair təklif göndərilmişdir.
3. Iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin **/**** nömrəli, ## ###### 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi ** saylı evin ** saylı mənzilinin texniki cəhətdən bölünməsi mümkün deyil. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir.
4. Iş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin qiymətləndirmə rəyindən görünür ki, ## ###### 2025-ci il tarixinə olan mənzilin bazar dəyəri 160000 manat, 136000 manat təşkil edir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçılar iddiaçı3, X2 və iddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ tərəfindən verilmiş 010011001175-05101-****** reyestr nömrəli elektron çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 72,91 kvadratmetr olan mənzilin – ona tənasübsüz zərər vurmadan bölüşdürülməsi, bu mümkün olmadıqda, qapalı hərracın keçirilməsi və qapalı satış baş tutmadığı halda, mənzilin bazar qiymətinə uyğun olaraq hərracda ilkin satış qiyməti qeyd olunmaqla onun açıq hərracdan satılması və əldə ediləcək vəsaitin tərəflərin mülkiyyət paylarına uyğun bölüşdürülməsinə dair qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar iddiaçı3, iddiaçı1, iddiaçı2 ilə cavabdeh Ismayılova Zöhrə Oruc qızı bacı-qardaşlardırlar. iddiaçı1 ögey, digərləri isə doğmadırlar. Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ tərəfindən verilmiş 010011001175- 05101-****** reyestr nömrəli elektron çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 72,91 kvadratmetr olan mənzil hazırkı iş üzrə iddiaçılar iddiaçı3, iddiaçı1, iddiaçı2 və cavabdeh Ismayılova Zöhrə Oruc qızının ümumi paylı mülkiyyətindədir. Qeyd olunan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən həmin mənzil sahəsi üzrə 9/32 hissə pay iddiaçı, iddiaçı3, 5/32 hissə pay iddiaçı iddiaçı1, 9/32 hissə pay iddiaçı iddiaçı2 və 9/32 hissə pay cavabdeh Ismayılova Zöhrə Oruc qızına məxsusdur. Iddiaçılar uzun müddətdir paylı mülkiyyətdə olan mənzil sahəsinin satılmasını və satışdan əldə olunan pul məbləğinin tərəflər arasında öz paylarına müvafiq bölünməsini cavabdehdən xahiş etsələr də, cavabdeh həmin mənzil sahəsini satmaq niyyətində olmadığını bildirmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Gülnar Babazadə) ilə iddianın qismən təmin edilməsi, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 72,91 kvadratmetr olan mənzilin qapalı hərracda satılması, bu mümkün olmadıqda açıq hərracdan satılaraq əldə olunan vəsaitin paylara müvafiq olaraq 9/32 hissədə iddiaçı3, 5/32 hissədə iddiaçı1, 9/32 hissə pay iddiaçı2 və 9/32 hissədə Cavabdeh verilməsi, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 72,91 kvadratmetr olan mənzilin satış qiymətinin 136000 (yüz otuz altı min) manat müəyyən edilməsi, dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pul məbləğinin iddiaçı3, iddiaçı1, iddiaçı2 və Cavabdeh müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XIIS) hesabı X11, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ01360100000000003944, SFIFT BIK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE00000000000002088501) ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 221-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə **/**** nömrəli ##.##.2024-cü il tarixli qərardadına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 217.4, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh Ismayılova Zöhrə Oruc qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusisyasının 26-cımaddəsinin II hissəsində gösrərilir ki, “Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.” Həmin Məcəllənin 60-cı maddəsinin tələbinə əsasən İ hissənə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Insan Hüquqlarının Və X4 Haqqında Konvensiyanın 6.1-ci maddəsinə əsasən Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Hesab edir ki, Bakı şəhəri Xəati rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, işə baxan birinci instansiya məhkəməsi işə baxarkən, işi tam dərindən araşdırmamış, nəzərə almamışdır ki, sözügedən yaşadığı mübahisəli mənzil valideynindən qalan miras əmlakdır və həmin əmlakın ona məxsus olan hissəsi xüsusi mülkiyyətindədir. Işə baxan məhkəmə buna baxmayaraq, mülki iş üzrə ekspertiza təyin etmiş və bununla da, iddiaçıların xeyrinə, onun isə ziyanına əsassız bir qətnamə qəbul etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istərdim ki, ünvan 2-dən başqa yaşayış yeri yoxdur. Məhkəmə nəzərə almamışdır ki, mülkiyyət hüquqları pozulur, eyni zamanda əgər sözügedən mübahisəli mənzil məcburi hərrac yolu ilə satılsa, aralarında həmin pul məbləği bölünsə, həmin qiymətə Bakı şəhərində heç bir yerdə özünə ev ala bilməz. Göründüyü kimi, işə baxan həm mülkiyyət hüquqlarını və bununla yanaşı konstitusion hüquqlarını kobudcasına pozur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd etdiyi maddi hüquq normaları kobudcasına pozmuşdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Işə baxan məhkəmə işə qeyri-obyektiv baxmış və bununla nəzərə almamışdır ki, mərhum atamı övladları, yəni cavabdehlər X8 və X5 atası ilə çox olduqca kobud rəftar edirdilər, vaxtı ilə onu döymüşlər və hətta təhqir edərək dəfələrlə döymüşlər. Həmin maddənin 218.1-ci maddəsinə əsasən Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin maddənin 218.2-ci maddəsinə əsasən hakim, işə əhəmiyyəti olan halları əlavə olaraq aydınlaşdırmağı və ya sübutları əlavə olaraq tədqiq etməyi zəruri hesab edərsə, məhkəmə iclasının təzələnməsi haqqında qərardad çıxarır. Işə mahiyyəti üzrə baxılması başa çatdıqdan sonra hakim yenidən tərəflərin çıxışlarını dinləyir. Həmin maddənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə işə baxarkən mühüm əhəmiyyətli faktları nəzərə alaraq, valideynindən ona miras qalan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi ev 33, mənzil 85-ə dair düşən payı hərrac yolu ilə satışa çıxarması düzgün deyil, çünki məhkəmə nəzərə almalı idi ki, bura onun yeganə yaşayış yerimdir, başqa bir yaşayış yeri yoxdur, bundan başqa, əgər sözügedən mənzil hərrac yolu ilə satılsa, məzildən ona düşən pulla gələcəkdə Bakı şəhər ərazisində yaşayış üçün ev ala bilməyəcək. Bununla yanaşı işə baxan məhkəmə, həm xüsusi mülkiyyət hüquqlarını pozur, həm də, konstitusion hüquqlarını kobudcasına pozur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
13. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
14. 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2014-cü il tarixli Qərarı
15. Fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. ...Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə **/**** nömrəli ##.##.2024-cü il tarixli qərardadı
16. Bənd 19. Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür.
17. Bənd 62. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.
18. Bənd 64. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. Iddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Hazırki halda qətnamə cavabdeh tərəfindən mübahisələndirilərək ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilsə də, qətnamə yalnız iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, işin halları ilə müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 72,91 kvadratmetr olan mənzil xüsusi mülkiyyət hüququ ilə 9/32 hissə pay iddiaçı3, 5/32 hissə pay iddiaçı1, 9/32 hissə pay iddiaçı2 və 9/32 hissə pay Ismayılova Zöhrə Oruc qızına məxsusdur, tərəflər arasında mənzildə payların ayrılmasının məhkəmədən kənar həlli mümkün olmamışdır.
29. Iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin **/**** nömrəli, ## ###### 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi ** saylı evin ** saylı mənzilinin texniki cəhətdən bölünməsi mümkün deyil. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir.
30. Iş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin qiymətləndirmə rəyindən görünür ki, ## ###### 2025-ci il tarixinə olan mənzilin bazar dəyəri 160000 manat, 136000 manat təşkil edir.
31. Göründüyü kimi, əmlakın paylara uyğun real bölgüsünün həyata keçirilməsinin mümkün olmadığı ekspert tədqiqatının nəticəsində müəyyən edilmişdir və qiymətləndirmə rəyi ilə müəyyən edilmişdir ki, qeyd edilən mənzilin bazar dəyəri 160000 manat, likvid dəyəri 136000 manat təşkil edir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2014-cü il tarixli Qərarına əsasən fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. ...Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə **/**** nömrəli ##.##.2024-cü il tarixli qərardadının 19-cu bəndinə əsasən paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür.
34. 62-ci bəndinə əsasən Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.
35. 64-cü bəndinə əsasən “bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. Iddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir.”
36. Cavabdeh apellyasiya şikayətində əmlakın ona atasından miras qaldığını və başqa yaşayış yerinin olmadığını bildirərək birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirmişdir.
37. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
38. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. Ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.
39. Göründüyü kimi, əmlakın tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi və payların naturada ayrılması mümkün olmamışdır. Tərəflər arasında mənzildə payların ayrılmasının məhkəmədən kənar həlli mümkün olmamışdır. Bundan sonra iddiaçılar mübahisəli mənzilin qapalı hərracdan satılması, bu mümkün olmadıqda mənzilin bazar qiymətinə uyğun olaraq ilkin satış qiyməti qeyd olunmaqla açıq hərracdan satılaraq əldə olunan məbləğin onların paylarına uyğun şəkildə bölünməsini tələb etmişdir, cavabdeh iddia tələbini qəbul etməmişdir.
40. Bu səbəblərdən məhkəmə haqlı olaraq belə qənaətə gəlmişdir ki, mübahisəli mənzil tərəflərin müvafiq payları müəyyən olunmaqla onların ümumi paylı mülkiyyətində olduğundan və tərəflər ümumi mülkiyyətdə olan əmlakın payının dəyərinin ödənilməsi barədə razılığa gələ bilmədiklərindən mübahisəli əmlak qapalı hərracda, bu mümkün olmadıqda isə açıq hərracdan satılaraq, satışdan əldə edilmiş pul vəsaiti tərəflərin paylarına müvafiq olaraq onların arasında bölünməlidir.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
43. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Ismayılova Zöhrə Oruc qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.