Məhkəmə qərarları › İş №2(001)-1018/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1018/2023

15.03.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1018/2023 15.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi cəlb olunmaqla) “zəbt olunmuş torpaq sahəsindən çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi cəlb olunmaqla) “zəbt olunmuş torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon bələdiyyəsinin 29 oktyabr 2003-cü il tarixli 330 saylı qərarı ilə M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində ona məxsus olan və Cavabdeh oğlu tərəfindən zəbt olunmuş torpaq sahəsindən çıxarılması və torpağın onun hesabına əvvəlki vəziyyətinə gətirilməklə ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsinin 29 oktyabr 2003-cü il tarixli 330 saylı qərarı ilə M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində sahibkarlıq fəaliyyəti üçün alqı-satqı yolu ilə 12 000 kv.m (1.20 ha) torpaq sahəsi əldə etmişdir. Həmin torpaq sahəsi çirkab sularının axıntısı nəticəsində istifadə üçün yararsız olduğundan uzun müddət istifadə edə bilməmişdir. Sonradan həmin torpaq sahəsini çirkab sulardan təmizlətdirərək və ora xeyli miqdarda torpaq gətizdirərək istifadə üçün yararlı hala salsa da, maddi imkanının məhdudluğundan sahibkar kimi torpaqdan istifadə edə bilmirdi. Ona görə də həmin torpaq sahəsinin 0.55 ha sahəsini ayrı-ayrı vaxtlarda hissə-hissə müxtəlif şəxslərə satmışdır. Satdığı həmin torpaq sahəsinin 0,1123 ha sonradan Cavabdeh satılmışdır. Onun mülkiyyətində qalan və müəyyən səbəblərdən istifadə edə bilmədiyi 0,45 ha torpaq sahəsindən hazırda X2 məxsus 0,35 ha sahəyə gedən ümumi yol da daxil olmaqla Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş, dəmir hasara alınmaqla özünə məxsus ərazi kimi yük maşınlarının girişi üçün darvaza qoymaqla istifadə edir. Bununla da cavabdeh onun qanunla qorunan mülkiyyət hüququna qəsd edir, eyni zamanda X1 məxsus 0,055 ha sahəyə gedən ümumi yolu da qanunsuz tutaraq zəbt etmişdir. Bu fakt məlum olanda cavabdehlə görüşüb ona məxsus torpaq sahəsinin qanunsuz zəbt etməsini bildirsə də, o, öz hərəkətlərinin mahiyyətinə əhəmiyyət vermədən onun onsuz da həmin sahədən istifadə etmədiyini əsas gətirərək zəbt etdiyi sahəni boşaltmayacağını bildirdi. Onunla mübahisənin başqa həlli yolunun mümkünsüz olduğunu görüb pozulmuş mülkiyyət hüququnun bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, iddiaçı X5 ona qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayon bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 330 saylı qərarı ilə iddiaçının istifadəsinə alqı-satqı yolu ilə verilmiş M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən torpaq sahəsinin zəbtdən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan iddia tələbi ilə razılaşmır, hesab edir ki, iddia tələbi əsassızdır, aşağıda göstərilən təkzibedilməz faktlara əsasən təmin olunmamalıdır. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının iddia tələbinin əsasını təşkil edən və məhkəməyə təqdim olunmuş Binəqədi rayon bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 330 saylı qərarı öz-özlüyündə qeyri müəyyəndir. Həmin qərarda iddiaçıya məxsus olan torpaq sahəsinin hansı ünvanda yerləşməsi öz əksini tapmamışdır. Yəni torpağın ilk variantda belə qəbul olunmuş qaydada ünvanı göstərilməmişdir.Qərarda göstərilən Baksol massivi geniş bir sahəni özündə əks edirir və iddiaçıya ayrılan torpaq sahəsi hansı ünvanda yerləşməsi dəqiq göstərilməmişdir. Halbuki, istənilən hər bir torpaq sahəsinin ayrılması barədə qərarda nəzərdə tutulan torpaq sahəsinin dəqiq ünvanı, əgər dəqiq ünvanı yoxdursa ona yaxın əhəmiyyətli obyektlərin, işarələrin və s. adları göstərilməlidir. Bundan başqa aşağıda göstərilən bir neçə faktor vardır ki, həmin təkzibedilməz faktlar ona əsas verir ki, Binəqədi rayon bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 330 saylı qərarında və məhkəməyə təqdim etdiyi plan cizgidə göstərilən torpaq sahəsinin iddiaçının hazırkı iddia tələbi ilə mübahisələndirdiyi torpaq sahəsinə aid olmaması qənaətinə gəlsin. Əvvala ona görə ki, iddiaçının hazırkı iddia tələbi ilə mübahisələndirdiyi torpaq sahəsi yüksək gərginlikli, 100 000 kl.v-lıq elektrik xəttinin altına düşür. Bundan başqa həmin torpaq sahəsinin ortasında çirkab suların axıntısını təmin edən böyük bir arx keçir. Hamıya məlum olduğu kimi yüksək gərginlikli elektrik xəttinin üzərində yerləşdiyi torpaq sahəsi bələdiyyə toıpğına aid ola bilməz, bələdiyyənin mülkiyyətinə verilə bilməz və bələdiyyə tərəfindən hər hansı alqı satqı predmeti ola bilməz. Eləcədə yüksək səviyyədə, insanın güclə iyinə dözdüyü çirkab suların axıntısını təmin edən bir arxın olduğu bir sahənin kimsə tərəfindən alınması şübhə doğurur. İkinci həm ona aid olan torpağın cizgi planında və eləcədə əhatələrində olan ayrı ayrı şəxslərə aid olan torpaqların cizgi planlarında həmin yerdən yüksək gərginlikli elektrik xəttinin keçməsi açıq aydın görünür. İddiaçınm təqdim etdiyi cizgi planda isə oradan yüksək gərginlikli elektrik xəttinin keçməsi görünmür. Ümumiyyətlə məhkəməyə təqdim olunan cizgi planda göstərilən torpaq sahəsinin harada yerləşməsi müəyyən deyildir. Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, mübahisəsi olunan torpaq sahəsini o, xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən vətəndaş X6 almış və həmin vaxtdan onun istifadəsində olub. 2013-cü ildə həmin sahə antisanitariya vəziyyətində olmuş və küllü məbləğdə vəsait və əmək sərf olunmaqla tərəfindən təmizlənmiş, istifadəyə yararlı hala salınmışdır. Həmin vaxtdan 10 il müddət keçdikdən sonra iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edir. Əgər mübahisəsi olan torpaq sahəsi iddiaçının mülkiyyətindədirsə nəyə görə 10 il müddətində iddiaçı bir dəfə də olsun ona və ya məhkəməyə müraciət etməmişdir. Hesab etsələr ki, həqiqətən mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətindədir, hərçənd həmin torpağın iddiaçıya heç bir aidiyyəti yoxdur, onda qanunvericiliyin tələbinə görə iddiaçı qanunla müəyyən olunmuş iddia müddətini buraxmışdır. Ona görə də hesab edir ki, məhkəmə hazırki iddia tələbi üzrə araşdırma aparmamalı, iddia ərizəsini AR MM-nin 373-cü maddəsinə əsasən iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirib, etiraza uyğun izahat verərək, iddia tələbi əsassız olduğundan məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, o, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivi ərazisindən torpaq sahəsini İddiaçı almışdır. Həmin torpaq sahəsinın bir hissəsinə çıxarış var, bir hissəsinə isə bələdiyyə sənədi var. Torpaq sahəsini alarkən iddiaçı ona yolun olacağını bildirsə də, amma həmin torpaq sahəsinə giriş-çıxış üçün yol yoxdur. Eyni zamanda suallara cavab olaraq bildirmişdir ki, cavabdehi tanımadığını, qonşuluqda mebel işi ilə məşğul olan Fərhad adlı şəxsin oduğunu, onda olan sənəddə yolun görsəndiyini və torpaq sahəsini alarkən orada aqlay sexinin olduğunu və onu sökərək yenilədiyini bildirmişdir. İş materiallarında olan: Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 29 oktyabr 2003-cü il tarixli vətəndaş İddiaçı mülkiyyətində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alqı-satqı yolu ilə torpaq sahəsinin verilməsi haqqında 30 №-li Qərarından görünür ki, vətəndaş İddiaçı 01,07.2003-cü il tarixli ərizəsinə əsasən, bələdiyyənin Yerli büdcə və iqtisadi inkişaf məsələləri daimi komissiyasının xx.xx.2003-cü il tarixli rəyinə əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 12 000 kv.m (1.2 ha) torpaq sahəsi Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilməsi, ayrılmış torpaq sahəsindən inşaat-tikinti işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edilərsə, tikinti işlərinin dərhal dayandırılması və həmin kommunikasiyaların köçürülməsinin əlaqədar təşkilatlarla razılaşdırılması və təmin edilməsi vətəndaş İddiaçı tapşırılması, ayrılmış ərazinin çirkab sularından təmizlənməsi, torpaqla doldurularaq istifadə üçün yararlı vəziyyətə gətirilməsi barədə bələdiyyənin “Sosial və ekoloji məsələlər şöbəsi” nə tapşırılması və qərarın icrasının qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyənin icra aparatına tapşırılması qərara alınmışdır. xx.xx.2005-ci ildə tərtib edilmiş Torpaqların Alqı-satqısına dair Aktdan görünür ki, bu akta görə İddiaçı tərəfindən M.Ə.Rəsulzadə Bələdiyyəsinə xx.xx.2003-cü il tarixində torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və M.Ə.Rəsulzadə bələdiyyə ərazisində 1,2 ha torpaq sahəsinin satılması barədə xx.xx.2003-cü il tarixli 330 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən "xxxx" ASC bankının **********101 saylı hesabına əvvəlcədən 134 400 000 manat (yüz otuz dörd milyon dörd yüz min) haqq ödənilmişdir. xx.xx.2013-cü il tarixli AN-İ seriyalı ******* №-li Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X3 Cavabdeh alıcı olmaqla bağlanmış müqaviləyə əsasən, satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən verilmiş çıxış № 11/797, xx.xx.2013-cü il tarixli arayışa əsasən Bakı şəhəri Binəqədi rayonu,M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi 16 T ünvanında yerləşən və mülkiyyətində olan 0.6173 ha torpaq sahəsindən 0.1123 ha torpaq sahəsini Alıcının mülkiyyətinə vermiş və qalan hissə satıcıda qalmışdır. Satıcı torpaq sahəsini 10.000 (on min) manata satmış, alıcı isə həmin qiymətə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi, 167 saylı sahənin 0.1123 ha hissəsi Cavabdeh xüsusi mülkiyyətindədir və onun mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 433 nömrəli reyestr kitabının 40948 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə də, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Binəqədi rayon bələdiyyəsinin 29 oktyabr 2003-cü il tarixli 330 saylı qərarı ilə M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində ona məxsus olan və Cavabdeh oğlu tərəfindən zəbt olunmuş torpaq sahəsindən çıxarılması və torpağın onun hesabına əvvəlki vəziyyətinə gətirilməklə ona təhvil verilməsini xahiş etmiş, cavabdeh tərəf isə iddianı qəbul etməyib, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında RX seriyalı ******* №-li Çıxarışı məhkəməyə təqdim edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi, 167 saylı sahənin 0.1123 ha hissəsinin cavabdehin xüsusi mülkiyyətində olduğunu və eyni zamanda mübahisəli torpaq sahəsinin xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X6 alındığını və həmin vaxtdan onun istifadəsində olduğunu, 10 il müddət keçdikdən sonra iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyini və iddiaçı qanunla müəyyən olunmuş iddia müddətini buraxdığını bildirmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçı cavabdehin ona məxsus torpaq sahəsini zəbt etdiyini bildirsə də, həmin hallara dair hər hansı sübut təqdim etməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi, 167 saylı sahənin 0.1123 ha hissəsi cavabdehin xüsusi mülkiyyətindədir. Bütün bunlar isə onu göstərir ki, cavabdeh tərəfindən mübahisəli torpaq sahəsi zəbt olunmamış, həmin torpaq sahəsi qanuni əsaslarla onun mülkiyyətindədir və bu hal iddiaçının iddiasının əsassız olduğunu göstərməklə onun təmin olunmasını mümkünsüz edir. Eyni zamanda mcavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd olunur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddianın rədd edilməsi əsas götürülərək iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Kоnstitusiyаsının 127-ci mаddəsinin İİ hissəsində ədаlət mühаkiməsinin həyаtа kеçirilməsinin əsаs prinsipləri kimi işlərə qərəzsiz, ədаlətlə, tərəflərin hüquq bərаbərliyinə, fаktlаrа əsаsən və qаnunа müvаfiq bаxılmаsı təsbit еdilmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 9.1-ci mаddəsində göstərilir ki, ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа kеçirilir. Həmin Məcəllənin 9.3-cü mаddəsində göstərilir ki, məhkəmə bütün hаllаrdа prоsеsin çəkişmə prinsipini təmin еtməli, öz qərаrını yаlnız tərəflərin çəkişmə prinsipinə əsаsən müzаkirə еtdiyi dəlillərlə, оnlаrın vеrdiyi izаhаtlаrlа, sənədlərlə əsаslаndırmаlıdır. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi cəlb olunmaqla) “zəbt olunmuş torpaq sahəsindən çıxarılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar