Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1020/2021 21.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İlk iddia üzrə iddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi (vəkili) X13, Cavabdeh, Müstəqil tələb irəli sürən üçüncü şəxs X5 nümayəndəsi (vəkili) X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə” və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdeh İddiaçı qarşı “əşyaların məcburi qaydada evdən çıxarılması” tələbləri barədə iddia ərizələri üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X15 ilə birlikdə cavabdeh ilə birgə nikah dövründə və birgə vəsaitləri hesabına tikdikləri Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən bir mərtəbəli üç otaqlı sənədsiz evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə faktiki olaraq ailə qurmuşlar. Lakin nikahları xx.xx.2012-ci il tarixdə qeydiyyatdan keçmişdir. Cavabdeh ilə birgə nikahlarından xx.xx.2011-ci il tarixdə Ləman, xx.xx.2012-ci il tarixdə Aydan adlı qız övladları doğulmuşdur. Sonradan ailə münasibətlərində problemlər yarandığından Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1988/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və birgə nikahdan olan uşaqların onun yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir. Cavabdehin və onun qohumları tərəfindən ona hədiyyə edilmiş qızılları – bir ədəd qızıl sırğa üzük komlekti, iki qızıl sep, onun cavabdehə hədiyyə etdiyi bir ədəd qızıl nişan üzüyünü və cavabdehin idarə etdiyi Lada (Vaz) 2106 markalı avtomobili sataraq 2010-cu ilin oktyabr-noyabr aylarında Binəqədi rayonu, Sulutəpə qəsəbəsində, R.Allahverdiyev küçəsində 5.000 ABŞ dollarına üzərində bir ədəd yarımtikili olan 3 sot torpaq sahəsini almışlar və hissə-hissə təxminən 25.000 manat civarında həmin torpaq sahəsində olan yarım tikiliyə xərcləməklə tikilini artırmaq yolu ilə bir mətəbəli üç otaqlı ev tikmişlər. 2011-ci ilin əvvəllərindən başlayaraq 2019-cu ilin dekabr ayının 27-ə kimi həmin evdə uşaqları ilə birlikdə yaşamışlar. Həmin evdə uşaqları dünyaya gəlmiş və 9 ilə yaxın vaxt ərzində cavabdehlə birgə təsərrüfat aparmışlar. Cavabdehin ona qarşı mütəmadi məişət zorakılığı nəticəsində cavabdeh onu və uşaqlarını min bir zəhmətləri ilə birgə tikdikləri evdən zorla çıxardaraq onları həmin evə buraxmır. Hal-hazırda da cehiz əmlakları və şəxsi əşyaları həmin evdə qalmaqdadır. Cavabdeh onları evdən çıxardıqdan sonra bir müddət işləyib pul qazanmış kirayə ev tutub uşaqları ilə birlikdə yaşamışlar. Lakin, bir çox problemlə əlaqədar olaraq artıq işləyə bilmir və aldığı alimentin məbləği də onun və uşaqlarının saxlanmasına kifayət etmir. Artıq 3 aya yaxındır ki, kirayə pulunu verə bilmir və nəticə etibarı ilə kirayə qaldığı evin sahibi ona bir neçə dəfə evi boşaltmağı barədə xəbərdarlıq etmişdir. Yaşamaq üçün başqa yeri yoxdur, valideyinlərinin yaşadığı ev balaca olduğundan onun və uşaqlarının valideynlərinin yanında yaşamaqları mümkün deyildir. Birgə nikah dövründə cavabdehlə birgə tikdikləri ev sənədsizdir, həmin evin kommunal xidmətlərə görə müqavilələrinin bir qismi cavabdehin, bir qismi isə qaynanası Mədinə Rəsulovanın adınadır. Hazırda onun və uşaqlarının yaşayış yeri olmadığı üçün Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən bir mərtəbəli üç otaqlı sənədsiz evə köçmək və orada uşaqları ilə birlikdə yaşamaq istəyir. xx xxxxxx 2021-ci il tarixdə X1 Lalə Füzuli qızına qarşı müstəqil tələb irəli sürərək, İddiaçı iddiasını rədd edilməsi və ona məxsus əşyaların özünə məxsus evdən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X10 müstəqil tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1967-ci ildə Ağsu rayonunun Hacıman kəndində andan olmuş, 1987-ci ildə X7 ilə ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh və xx.xx.1990-cı il təvəllüdlü X18 doğulmuşdur. Onlar uzun müddət birlikdə yaşamışlar. 2003-cü ildə keçmiş əri X7 ondan ayrılmış, nikahları isə rəsmi qaydada 2005-ci ildə ləğv edilmişdir. Həmin vaxt övladları da ataları ilə birlikdə onu tərk edərək Bakı şəhərinə köçmüşlər. Bundan sonra nə yoldaşı, nə də övladları onunla maraqlanmamışlar və onlarla bütün münasibətləri, əlaqələri kəsilmişdir. Bir müddət sonra Bakı şəhərinə gələrək qardaşının, bacısının evində qalmışdır və bu müddətdə müxtəlif işlərlə (uşaq baxıcısı, ev qulluqçusu kimi işlərlə) məşğul olaraq yaşamışdır. 2010-cu ilə qədər də onlarla heç bir əlaqəsi olmamışdır. 2010-cu ildə keçmiş əri ona oğlu Cavabdeh nişanlandığını və toy etmək istədiklərini bildirmiş və bu işdə onlara maddi və mənəvi kömək etməsini istəmişdir. Oğluna görə bütün bu müddət ərzində toplaya bildiyi pulla onların qızıl-zinət əşyalarının alınmasında, toy məclisinin keçirilməsində köməklik etmişdir. Toydan sonra bir müddət onlar Sabunçu rayonunda kirayə ev tutaraq birlikdə yaşamışlar. Oğlu heç bir yerdə işləməmiş, o, yenə də bu müddətdə işləyib onları saxlamışdır. Ancaq ailə münasibətləri yaxşı olmamış, gəlini davamlı şəkildə onu təhqir etmiş, oğlu isə gəlininin tərəfini saxlamışdır. Sonradan evin kirayə haqqını da verə bilmədiyinə görə qaldıqları evdən çıxmalı olmuşlar. Onlar (Famil və Lalə) Lalənin atasıgildə yaşamağa getmişlər, o isə məcbur olub kəndə qayıtmalı olmuşdur. O kənddə olanda isə kiçik oğlu Babayev Sayma nəqliyyat qəzasında vəfat etmişdir. Oğlunun yası ilə bağlı bir müddət kənddə qalmışdır. Cavabdeh isə bir müddət Lalənin atasıgildə qaldıqdan sonra Sabunçu rayonunda kirayə mənzil tutaraq ailəsi ilə birlikdə orada yaşamışdır. Bu müddətdə də onlar onunla ümumiyyətlə əlaqə saxlamamış, maraqlanmamışlar. Bir müddət sonra yenidən Bakı şəhərinə gələrək qardaşının, bacısının evində yaşamış, işləmiş və 2012-ci ilin noyabr ayında isə bacı-qardaşının və digər qohumların köməyi ilə hazırda yaşadığı və mübahisə predmeti olan torpaq sahəsini almışdır. Torpaq sahəsini qonşuları X4 ilə şərikli alaraq iki yerə bölmüşlər. Onlar həmin torpaq sahəsini və evi alarkən onlara “Fiziki və hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair” Hesabat cədvəli verilmişdir. Evi alarkən həyətində bir otaqlı tikilisi də olmuşdur və min bir əziyyətlə işləyib, sonradan əlavə otaq da düzəldərək orada uzun müddət tək-tənha yaşamışdır. Ancaq imkanı olmadığı üçün evin hasarı və darvazasını da çəkdirə bilməmiş, ancaq keçən il düzəltdirə bilmişdir. Hətta imkanı olmadığı üçün əvvəllər qonşuların işığından, suyundan istifadə etmişdir. Sonradan evə işıq və qaz sayğacı çəkilmişdir. Həmin evi tikib hazırlayanda özü fəhlə kimi işləmiş, min əzab-əziyyət çəkmişdir. Oğlu və gəlini onunla ümumiyyətlə maraqlanmadığı üçün uzun müddət ev aldığından və orada yaşadığından xəbərləri belə olmamışdır. Uzun müddət sonra, təxminən 2015-cı ildə oğlu onun ev alması barədə xəbər tutmuş və imkanı olmadığını, kirayə qaldığı evə pul ödəyə bilmədiyi üçün çıxmalı olduğunu deyərək köçüb onunla yaşamağa razılıq verməsini istəmişdir. Məcbur qalaraq onların həmin evə köçüb yaşamaqlarına razılaşmışdır. Ancaq Lalə əvvəl yaxşı davransa da sonradan yenə də onunla yola getməmiş, dəfələrlə onu təhqir etmiş, öz evinə buraxmamış, evi əlindən alacağı ilə hədələmişdir. Hətta onların problemləri ailədən kənara çıxaraq, polis orqanlarına qədər belə getmişdir. Sonradan oğlu və arvadı məhkəmə qaydasında boşanmışlar. Lakin İddiaçı boşanmasına və həmin evdə yaşamamasına baxmayaraq əşyalarını evindən çıxarmayaraq, bir otağa yığıb qapını qıfılla bağlamışdır. Polis əməkdaşları tərəfindən də həmin əşyalar siyahıya alınmışdır. Bu yolla öz evindən sərbəst şəkildə istifadəsinə maneçilik törədərək, onun yaşayışına çətinlik yaradır. İndi isə yalan dolu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək evinə köçərək evini əlindən almağa çalışır. Onların Lalə ilə birlikdə yaşamaqları mümkün deyildir. Bütün qohum və qonşuları da olanlara şahiddir, məhkəmədə də təsdiq edə bilərlər. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi (vəkili) X22 iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin olunmasını, üçüncü şəxs X5 müstəqil tələblərinin isə əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh İddiaçı ona qarşı olan iddiasını qəbul etmədiyini, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddiası ilə razılaşdığını bildirərək, izahatında göstərdi ki, İddiaçı ilə 2010-cu ildə ailə qurub, evlənmişlər. Evləndikdən sonra 1 il kirayədə qalsalar da, 1 ildən sonra həyat yoldaşının atasıgilə köçmüşlər. Onlar 1 il də orada qaldıqdan sonra, 2015-ci ilə kimi kirayələrdə yaşamışlar. Uşaqlardan biri kirayə qaldıqları evdə, biri isə iddiaçının anasıgildə dünyaya gəlmişdir. 2015-ci ildə anasının öz vəsaiti hesabına ev tikdirdiyini öyrəndikdən sonra, anası ilə danışıb ona məxsus evə köçmüşlər. Həmin ev onun anasınındır, özünün evi olsa iddia ilə razılaşardı. İddiaçı iddia ərizəsində mübahisəli mənzili ona məxsus avtomobili sataraq, aldığını bildirsə də, onun heç vaxt mülkiyyətində avtomobil olmayıb və o, avtomobili etibarnamə əsasında idarə edib. İddiaçıya məxsus qızılı isə böyük qızının xəstəliyi ilə əlaqədar satmışlar. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X5 nümayəndəsi (vəkili) X16 İddiaçı iddiasını qəbul etmədiyini bildirmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddia ərizəsində və iddiaya etiraz ərizəsində yazılanlara uyğun izahat verərək bildirmişdir ki, iddiaçının köçürülməsini tələb etdiyi və guya cavabdehlə birgə nikah dövründə və birgə vəsaitləri hesabına tikdiklərini iddia etdiyi fərdi yaşayış evinin nə iddiaçıya, nə də cavabdehə heç bir aidiyyatı olmamışdır və hazırda da yoxdur. Bununla yanaşı aşağıdakı sübutlarla təsdiq edilir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi faktlar uydurma və iddia tələbi tamamilə əsassız və qanunsuzdur. Birincisi, iddiaçı qeyd edir ki, guya cavabdehlə birlikdə onlara qohumları tərəfindən hədiyyə edilmiş qızılları, cavabdehin idarə etdiyi avtomobili sataraq 2010-cu ilin oktyabr-noyabr aylarında Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində 5000 ABŞ dollarına üzərində bir ədəd yarımtikili olan 3 sot torpaq sahəsini almış və hissə-hissə təxminən 25000 manat civarında həmin torpaq sahəsində olan yarımtikiliyə xərcləməklə tikilini artırmaq yolu ilə bir mərtəbəli, üç otaqlı ev tikmişlər. Birincisi ümumiyyətlə cavabdehin mülkiyyətində hər hansı bir avtomobil olmamışdır. Cavabdeh sadəcə dayısı oğluna məxsus avtomobili etibarnamə əsasında müvəqqəti istifadə edib, taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini saxlamağa çalışmışdır. Sonradan isə həmin avtomobili öz mülkiyyətçisinə qaytarmışdır. Təbii ki, belə olan halda onun olmayan avtomobili satması da mümkün deyildir. Qızıl-zinət əşyaları isə maddi vəziyyətləri çətin olduğu üçün bu müddət ərzində satılaraq, sadəcə ailənin dolanışığına və uşağın müalicəsinə xərclənmişdir. Onların nəinki 5000 ABŞ dollarına torpaq alıb, 25000 manata ev tikmək üçün imkanı olmuş, hətta kirayə haqqını ödəməyə belə imkanları olmadığı üçün davamlı şəkildə ev dəyişdirmiş və bir müddət İddiaçı atasına məxsus evdə yaşamışlar. İkincisi, ərizəyə əlavə edilmiş mübahisəli evə dair sənəd olan “Fiziki və hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair” Hesabat Cədvəlindən görünür ki, həmin ev iddiaçının qeyd etdiyi kimi 2010-cu ildə deyil, 2012-ci ildə alınmış və həmin sənəd məhz Mədinə Rəsulovanın adına verilmişdir. Həmin hesabat cədvəlindən görünür ki, həyətdə 20 kv.m. olan bir tikili olub, sonradan isə əlavələri tikilib. Qeyd edək ki, həmin torpaq sahəsi və ev qonşu X4 ilə birlikdə yalnız bu sənədlər əsasında alınmış və onlara 2012-ci ildə sadəcə həmin sənədlər təqdim edilmişdir. Üçüncüsü, məhkəməyə təqdim edilmiş sənədlərdən aydın olur ki, həmin evə quraşdırılmış işıq və qaz sayğacları 2013-cü ildən Mədinə Rəsulovanın adına qeydiyyatdan keçmiş, hazırda da onun adına qeydiyyatdadır və müvafiq olaraq 2013-cü ildən indiyə kimi istifadə edilən sərfiyyata uyğun olaraq onun tərəfindən ödənişlər edilmişdir. Sadəcə 2019-cu ildə su sayğacı quraşdırlarkən Mədinə Rəsulova evdə olmadığı üçün əvvəlcə Cavabdeh adına qeyd olunsa da, sonradan müqavilə də Mədinə Rəsulova ilə bağlanmışdır. İddiaçı özü də iddia ərizəsində bunu etiraf edərək göstərmişdir ki, evin kommunal xidmətlərinə görə müqavilələri qaynanası Mədinə Rəsulovanın adınadır. Beləliklə, həmin evin İddiaçı və Cavabdeh tərəfindən alınmasına və onlara məxsus olmasına dair fərziyyəsi tamamilə uydurmadır və heç bir sənədlə sübuta yetirilmir. İddiaçı qeyd edir ki, 2011-ci ilin əvvəllərindən 2019-cu ilin dekabr ayına kimi həmin evdə uşaqları ilə birlikdə yaşamışdır. Mədinə Rəsulova 2015-ci ilin sonlarına kimi həmin evdə ümumiyyətlə tək yaşamış və nə İddiaçı, nə də oğlu Cavabdeh Mədinə Rəsulovanın həmin evi almasından xəbərləri belə olmamışdır. Onlar uzun müddət Sabunçu rayonunda yerləşən kirayə mənzildə və eləcə də İddiaçı atasına məxsus olan Sabunçu rayonunda yerləşən mənzildə yaşamışlar. Onlar yalnız 2015-ci ilin sonlarında həmin evin alınmasından xəbər tutmuş və bundan sonra imkanları olmadığı, kirayə qaldığı evə pul ödəyə bilmədiklərindən ev sahibi tərəfindən çıxarıldıqları üçün Mədinə Rəsulova onların öz evinə köçüb müvəqqəti yaşamaqlarına icazə vermişdir. Məhz bundan sonra, yəni 2015-ci ilin sonlarında İddiaçı və Cavabdeh övladları ilə birlikdə müvəqqəti olaraq həmin evə köçüb yaşamışlar. Sonradan isə aralarında münasibət pisləşdiyi üçün həmin evdən çıxmışlar. Eləcə də yuxarıda qeyd edilən sənədlərdən də göründüyü kimi həmin torpaq sahəsi və ev 2012-ci ildə alınmışdır. Belə olan halda onların 2011-ci ildən həmin evdə yaşamaqları da mümkün deyildi. İddiaçı qeyd edir ki, həmin evdə uşaqları dünyaya gəlmiş və 9 ilə yaxın vaxt ərzində cavabdehlə bir təsərrüfat aparmışlar. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 2 X33 PHŞ tərəfindən verilən xx.xx.2020-ci il tarixli 448 saylı məktubdan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü uşaq Sabunçu rayonunda yerləşən 2 X33ndə doğulmuşdur. 2 saylı Doğum Evinin xx.xx.2011-ci il tarixli müayinə vərəqəsindən görünür ki, Məstanova (Babayeva) Lalə Füzuli qızının ünvanı Sabunçu rayonu, Sabunçu qəsəbəsi olaraq göstərilir. K.Y.Fərəcov adına X2 Epikrizindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü İddiaçı Famil qızı xx.xx.2011-ci il tarixindən xx.xx.2011-ci il tarixinə qədər müalicə almış və ünvanı Sabunçu rayonu, Y.Sardarov küçəsi 52 olmuşdur. Bakı şəhəri, Sabunçu qəsəbəsində yerləşən 12 Saylı Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 441 və 442 saylı arayışlardan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X14 xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixinə qədər, xx.xx.2012-ci il təvəllüdlü X15 isə xx.xx.2013-cü il tarixindən xx.xx.2013-cü il tarixinə qədər 12 saylı Şəhər poliklinikasının uşaq şöbəsində qeydiyyatda olmuşlar və o ünvandan köçdüklərinə görə qeydiyyatdan çıxarılmışlar. Xocasən Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 195 və 196 saylı arayışlardan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X15 xx.xx.2016-cı il tarixdən etibarən Binəqədi Rayon Xocasən Sağlamlıq Mərkəzində tibbi qeydiyyata alınmışdır. Qeyd olunan sənədlərdən görünür ki, uşaqlar həmin evdə deyil, onların uzun müddət yaşadıqları yer üzrə Sabunçu rayonu ərazisində yerləşən doğum evində doğulmuşlar, Sabunçu rayonunda yerləşən poliklinikada qeydiyyatda olmuşlar və yalnız 2015-ci ilin sonlarında həmin evə köçdükdən sonra Xocasən Sağlamlıq Mərkəzində qeydiyyata alınmışlar. Bütün bu sübutlar da təsdiq edir ki, iddiaçının tələbi və dəlilləri tamamilə uydurma və əsassızdır. İddiaçı qeyd edir ki, cavabdeh onları evdən çıxardıqdan sonra kirayə ev tutub uşaqları ilə birlikdə pis-yaxşı bir təhər yaşamışlar. 3 aya yaxındır ki, kirayə pulunu verə bilmirlər. Halbuki, iddiaçı Sabunçu Rayon Məhkəməsinə təqdim etdiyi “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsində özü qeyd etmişdir ki, faktiki ayrıldıqdan sonra valideynlərinin yanında ünvan 3 ünvanında yaşayır. Hazırda həmin ünvanda yaşamaqla uşaqları da həmin ünvandakı məktəbə gedirlər. Göründüyü kimi iddiaçı məhkəmələrə təqdim etdiyi iki müxtəlif iddia ərizəsində bir-birini təkzib edən, yalan məlumat verməklə sadəcə özünü acındırmağa və ədalətsiz və qanunsuz qətnamə qəbul edilməsinə çalışır. Qeyd edir ki, İddiaçı və Cavabdeh məhkəmə qaydasında boşanmaqlarına baxmayaraq İddiaçı davamlı mübahisələr yaratmış və hətta tərəflərin mübahisələri polis orqanları çərçivəsində araşdırılmışdır. Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən bununla bağlı müvafiq qərar qəbul edilmişdir. İddiaçı boşanmasına və həmin evdə yaşamamasına baxmayaraq ona məxsus əşyaları evdən çıxarmayaraq bir otağa yığıb qapını qıfılla bağlamışdır. Sonradan özü müxtəlif vaxtlarda gələrək bəzi əşyalarını götürsə də qalan əşyalarını götürməmişdir. Hazırda həmin otağın qapısı bağlı olduğu üçün də hansı əşyaların olduğu onlara məlum deyil. İddiaçı M.Rəsulovanın öz evindən sərbəst şəkildə istifadəsinə maneçilik törədərək, onun yaşayışına çətinlik yaradır və əmlak hüquqlarını pozur. Binəqədi Rayonu Xocasən Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 372/02 nömrəli məktubundan görünür ki, X10 bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən ilk iddianın rədd edilməsini, müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiasının isə təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında izahat vermiş müstəqil tələb irəli sürən üçüncü şəxs X10 iddiasını müdafiə edərək bildirmişdir ki, həyat yoldaşından ayrı yaşayıb. Uşaqları da yoldaşı ilə ayrı yaşadığı üçün onlarla çox münasibəti olmamışdır. Oğlunun gəlini ilə münasibətindən sonradan məlumatı olmuş və məlumatı olandan sonra onların xeyir işlərində yaxından iştirak etmişdir. Onlar evlənəndən sonra 6 il kirayədə yaşayıblar. 2011-ci ildə isə cavan oğlu rəhmətə getdiyi üçün başı ona qarışıq olub. 2012-ci ildə qohumlarının köməyi və özünün zəhmətlə qazandığı pul hesabına mübahisə predmeti olan torpağı almışdır, həmin torpağın alınmasında və evin tikilməsində cavabdehlərin heç bir vəsaiti olmayıb. Çünki onlar kirayədə qalırdılar və buna maddi imkanları yox idi. Elə imkanları olmadığına görə 2015-ci ildə onlara müvəqqəti olaraq gəlib onun yanında yaşamağı təklif etmiş və 2015-ci ildən 2019-cu ilin dekabr ayına kimi cavabdehlər ona məxsus evdə yaşayıblar. Gəlin evdən tez-tez küsüb getsə də, gedib onu gətirirdi. Sonuncu dəfə 2019-cu ilin dekabr ayında evdə olmadığı vaxt gəlini evdən getmişdir. Lalə uşaqlardan kiçiyinin 2012-ci il təvəllüdlü nəvəsinin mübahisəli evdə doğulduğunu bildirsə də, uşaqlardan heç biri həmin evdə dünyaya gəlməmişdir. Məhkəmə proses iştirakçılarının izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 isə iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti ilə şahid qismində dindirilən X17 ifadəsində göstərdi ki, Lalə onun qardaşının qızıdır. Lalə 2010-cu ildə ailə qurmuş və evlənəndən bir müddət sonra Lalənin ata-anasının köməyi ilə yarımçıq tikili olan torpaq alınıb. Sonra həmin torpaqdakı tikilini düzəldib orada yaşayıblar. Torpağın alınması üçün Lalə həmçinin qızıllarını satmışdır. 2019-cu ilə kimi Lalə uşaqları ilə birlikdə həmin evdə yaşamışdır. Lalənin balaca qızı mübahisə predmeti olan evdə dünyaya gəlmişdir. Sonradan Laləni evdən qovmuş və o da uşaqları ilə birlikdə atasının qaldığı kirayə evdə yaşayır. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, Lalənin qonşusudur və Lalə 2009-cu ildə Famillə nişanlanıb, 2010cu ildə isə evləniblər. Evlənəndən sonra bir müddət kirayədə qalmışlar. Lakin toylarından 5-6 ay keçəndən sonra torpaq aldıqlarını eşitmişdir. Lalənin anası həmin torpaq sahəsinin alınması üçün Lalənin qızıllarını satdığını və əlavə olaraq da 1000 manat da onların kömək etdiyini bildirmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilən X19 ifadəsində göstərdi ki, usta kimi fəaliyyət göstərir. Təxminən 6-7 il əvvəl müstəqil tələb irəli sürən üçüncü şəxs Mədinənin evində tikinti işləri apararaq, orada əlavə olaraq 1 otaq tikmişdi. Gördüyü işin müqabilində isə pulu ona Mədinə vermişdir. Famili və xanımı iş gedən zaman orada görməmişdir. Sonradan onların qonşusunda iş görəndə Famili və xanımını görmüşdür. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilən X11 ifadəsində göstərdi ki, Mədinənin qonşusu olmuş və Mədinə Ağdamlı bir nəfərdən mübahisəli evi öz pulu ilə almışdır. Oğlu və gəlini isə sonradan gəlib, 2-3 il orada yaşamışdır. Mədinə ondan 1 ev yuxarıda qalır və hazırda həmin evdə o yaşayır. 2004-cü ildən orada qalır və .əvvəllər də həmin ərazidə kirayədə qalmışdır. Mübahisəli ev hissə-hissə tikilib. Tələt baş usta idi və evin hamısını o tikmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən, şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin surəti iş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli 2(008)-1988/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə Babayeva (Məstanova) Lalə Füzuli qızı arasında xx xxxxxx 2012-ci il tarixdə Ağsu rayonu Kalva kənd ərazi dairəsi üzrə icra nümayəndəliyində bağlanmış 19 nömrəli akt qeydli nikah pozulmuş, birgə nikahdan doğulmuş xx xxx 2011-ci il təvəllüdlü X14 və xx xxxxxxx 2012-ci il təvəllüdlü X15 anası İddiaçı yanında saxlanılmışlar. İş materiallarında olan Bakı şəhəri Baş Səhiyyə İdarəsi 12 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 441 №-li Arayışdan görünür ki, xx xxx 2011-ci il təvəllüdlü X14 xx xxxx 2011-ci il tarixdən xx xxxx 2013-cü il tarixə qədər 12 saylı Şəhər Poliklinikasında uşaq Şöbəsində qeydiyyatda olub və bu ünvandan köçdüyünə görə qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Bakı şəhəri Baş Səhiyyə İdarəsi 12 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 442 №-li Arayışdan görünür ki, xx xxxxxxx 2012-ci il təvəllüdlü X15 xx xxxxxx 2013-cü il tarixdən xx xxxx 2013-cü il tarixə qədər 12 saylı Şəhər Poliklinikasında uşaq Şöbəsində qeydiyyatda olub və bu ünvandan köçdüyünə görə qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Bakı şəhəri Baş Səhiyyə İdarəsi Xocasən Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 195 №-li və 196 №-li Arayışlardan görünür ki, xx xxx 2011-ci il təvəllüdlü X14 və xx xxxxxxx 2012-ci il təvəllüdlü X15 xx xxxxxxxx 2016-cı il tarixdən Xocasən Sağlamlıq Mərkəzində tibbi qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsi 313 №-li tam orta məktəb tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 25 №-li Arayışdan görünür ki, X15 həqiqətən xx xxxxxx 2020-ci il tarixədək Bakı şəhəri 313 №-li tam orta məktəbin İ sinifində oxumuşdur. İş materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsi 313 №-li tam orta məktəb tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 26 №-li Arayışdan görünür ki, X14 həqiqətən xx xxxxxx 2020-ci il tarixədək Bakı şəhəri 313 №-li tam orta məktəbin İİİ sinifində oxumuşdur. İş materiallarında olan Bakı şəhəri 2 X33 X31 tərəfindən verilən xx xxxxxx 2020-ci il tarixli 448 saylı məktubdan görünür ki, xx xxx 2011-ci il təvəllüdlü və xx xxxxxxx 2012-ci il təvəllüdlü uşaqlar Sabunçu rayonunda yerləşən 2 X33ndə doğulmuşlar. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2012-ci il tarixli “Fiziki və hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair” Hesabat Cədvəlindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən obyektin istifadəçisi X5 ərizəsinə əsasən, obyektin inventar dəyəri 14.938 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli Enerji təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsindən görünür ki, “xxxx” ASC ilə X10 arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli Qaz paylacısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsindən görünür ki, “Azəriqaz” İB ilə X10 arasında Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən 132 saylı evə təbii qazın verilməsi ilə əlaqədar müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli Su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan Müqavilədən görünür ki, “xxxx” ASC ilə X10 arasında Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 4-cü Mədən küçəsində yerləşən 132 saylı evə içməli suyun buraxılması, tullantı suların kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar müqavilə bağlanmışdır. İş materiallarında olan Binəqədi rayonu Xocasən Bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 372/02 №-li məktubundan görünür ki, X10, Cavabdeh və İddiaçı mülkiyyətinə, icarəsinə, və istifadəsinə hər hansı təyinatı üzrə torpaq sahəsi ayrılmasına dair sərəncam, qərar, müqavilə haqqında bələdiyyədə mövcud olan elektron bazada heç bir məlumat aşkar edilməmiş və Cavabdeh və İddiaçı bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmamış, vətəndaş X10 isə bələdiyyədə 2020-ci ildən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Beləliklə də, məhkəmə araşdırması zamanı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən (Sulutəpə) qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən yaşayış evinin reyestrdə qeydə alınmamış əmlak (özbaşına tikili) olduğu müəyyən edilmişdir. İş materiallarından və tərəflərin izahatlarından, iddiaçının evə birlikdə köçürülməsini tələb etdiyi övladları ilə birlikdə 2016-2019-cu illərdə həmin evdə yaşadığı (işin qeyd edilən halını cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs də etiraf etmişdir. İddiaçının əşyanın hazırda həmin evdə olması da onun həmin evdə yaşamış olduğunu təsdiq etməkdədir), yalnız cavabdehlə münasibətləri pozulduqdan sonra mübahisə mövzusu olan həmin evi tərk etmiş olduğu aydın olmuşdur. Bütün bunlar isə, iddiaçının sözügedən evi öz sərbəst iradəsi ilə tərk etməyi, əksinə cavabdehin təzyiqi ilə məcburən tərk etdiyi qənaətinə gəlməyə əsas verir. İşin müəyyən olunan halı həm də ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasındakı ailə münasibətlərinə xitam verilmiş, birgə nikahdan olan uşaqları iddiaçının yanında saxlanılmış, habelə uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit məbləğdə aliment tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış, cavabdehin təzyiqləri nəticəsində evdən çıxmaq məcburiyyətində qalmış, sonradan qayıtmaq istəsə də cavabdeh buna imkan verməmişdir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşlar, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşağı ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Bu baxımdan məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Sonuncu mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının azyaşlı övladları xx xxx 2011-ci il təvəllüdlü X14 və xx xxxxxxx 2012-ci il təvəllüdlü X15 ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddia tələbi üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır. Çünkü yuxarıda göstərildiyi kimi, İddiaçı iddiasının əsaslı hesab edilmişdir, bu da nəticə etibari ilə X5 müstəqil tələbinin dispozitiv şərtlərini istisna edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçının “yetkinlik yaşına çatmayan övladı ilə birlikdə xx xxx 2011-ci il təvəllüdlü X14 və xx xxxxxxx 2012-ci il təvəllüdlü X15 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən bir mərtəbəli üç otaqlı özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülmələri” barədə iddia tələbi əsaslı hesab edilərək, təmin edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 İddiaçı qarşı “İddiaçı məxsus əşyaların ona məxsus evdən məcburi qaydada çıxarılması” barədə müstəqil tələbi isə əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası təmin edilmədiyindən, onun tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə” tələbi barədə iddiası təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmayan övladları-xx xxx 2011-ci il təvəllüdlü X14 və xx xxxxxxx 2012-ci il təvəllüdlü X15 ilə birlikdə ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən (Sulutəpə) qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən bir mərtəbəli üç otaqlı özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülsünlər. Cavabdeh ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. X5 İddiaçı qarşı “əşyaların məcburi qaydada evdən çıxarılması” müstəqil tələbi təmin edilməsin. Məhkəmə xərcləri müstəqil tələb irəli sürən üçüncü şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1020/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1020/2021
21.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver