Məhkəmə qərarları › İş №2(3-10)-561/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-561/2026

25.08.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-561/2026 25.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh cavabdeh3, cavabdeh2 və X1 qızına qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: Evə köçürülmə, istifadə hüququ) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Kərimli Amil Süleyman oğlunun katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqları ##.##.2016-cı il təvəllüdlü X3 və ##.##.2017-ci il təvəllüdlü Eminova Gülər Elman qızı ilə birlikdə cavabdehlər cavabdeh3,cavabdeh2 və X1 yaşadıqları Göyçay rayon İnçə kəndində yerləşən evə köçürülməsi və bütün tikililərdə istifadə hüququnun yaranması və 50 manat dövlət rusumunun,60 manat mediasiya təşkilatına ödənilmiş rusmunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1997-ci ildə Göyçay rayon Dövranı kəndində anadan olmuş və sonradan isə Göyçay rayonun Dövranı kəndinə qeydiyyata alınmaqla həmin kəndə atsına məxsus evdə ailəsi ilə bərabər yaşamışdır. O, 2015-ci il tarixdə Göyçay rayonu, İnçə kənd sakini olan və İnçə kəndində yaşayan cavabdeh3 ilə ailə həyatı qurmuş, rəsmi nikaha daxil olmuş və rəsmi-nikahdan da iki qızları olmuşdur. O, hal-hazırda bu günə kimi cavabdehlərin yaşadıqı İnçə kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. Qızıları az yaşlıdır, halhazırda onunla birlikdə yaşayır. cavabdeh3 ailə həyatı qurduqdan sonra onun həyatı çox mürrəkkəb keçmişdir. Belə ki, Elman ilə birgə yaşadıqları müddət ərzində heç bir səbəb olmadan dava-dalaş salırdı, onların hər günü narazılıq içərisində keçirdi. Onu bir ailə kimi saymırdı, bir ailə kimi qəbul etmirdi. O,demək olar ki, hər hansı kiçik bir sözə görə onu incidərdi. Həttda 2025ci ildə Elman onu evdən qovduğu üçün həmin tarixdən valideynlərinin yanında yaşayır. Sonradan aralarında yaranmış münasibətlərinin pozulmasına görə 2025-ci ildə Göyçay Rayon Məhkəməsinin qətnaməsinə əsasən ayrılmışlar. O, 2015-ci ildə cavabdehlərin evinə gəlin köçmüş oradada cavabdeh3 ilə yaşamış iki qız övladları həmin evdə anadan olmuş, həmin evdə qeydiyyatdadır və uşaqlar həmin kəndədə məktəbə getmişlər.Hal-hazırdada ata evindən apardığı cehiz əmlakları cavabdehlərin evindədir, yoldaşından ayrılandan sonra o, valideynlərinin yanına müvvəqqəti qayıtsada sonralar onu həmin yaşadığı evə qayıtmaq istəsədə qaynatası, qaynanası və keçmiş həyat yoldaşı evə qoymadılar. O, həmən vaxtdan qalmağa yeri olmasada məcburən iki azyaşlı övladları ilə bərabər valideynlərinə məxsus evdə qalmışdır.Lakin 2025-ci il tarixdə yaşamağa yeri olmadığından gəlin getdiyi, yəni cavabdehlərin yaşadığı evə getmişdir, lakin cavabdehlər onu evə buraxmayaraq, çıxıb getməyini tələb etdilər. Ona görə də məcburiyyət qarşısında qalıb evdən çıxıb valideynlərinin yanında qalır. Hazırda iki uşağı ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır. O, istəyir ki, uşaqları çətinliklə yox cavabdehlərin evində yaşamaq hüququna malik olsunlar. O, yuxarıda qeyd etdiyi kimi Elman ilə ailə həyatı qurandan sonra valideynlərinə məxsus evdə yaşamışdır. Həmin vaxtdan hazırki, vaxta kimi Göyçay rayonu İnçə kəndində qeyd edilən ünvanda qeydiyyatdadır. Lakin buna baxmayaraq o, dəfələrlə gəlin köçdüyü evə qayıtmaq istəsədə Elman və onun ailəsi buna imkan verməmişdir.

3. Cavabdehlər cavabdeh1 və cavabdeh2 iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, iddiaçı ilə cavabdeh cavabdeh3 ## ###### 2016-cı il tarixdə nikaha daxil olmuşlar.İddiaçı ailə qurarkən onların sahibliyində olan və Göyçay rayonunun İnçə kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. 2024-cü ilin yazında iddiaçının hərəkətlərindən onun başqa şəxslə münasibətdə olmasından şübhələnmiş və iddiaçının istifadəsində olan cavabdeh cavabdeh3 adına olan 050-391- **-** saylı mobil nömrənin danışıqlarının çıxarışını əldə edərkən iddiaçının 050-582-08-30 mobil nömrəsi ilə günün müxtəlif saatlarında davamlı və uzun müddət danışdığını müəyyən etmişlər. Bu səbəbdən də tərəflər arasında mübahisə yaranmış və iddiaçı ## ##### 2024-cü il tarixdə uşaqlarını da götürüb mübahisəli evi tərk etmişdir. Artıq 1 il 6 aydır ki, iddiaçı uşaqları ilə birlikdə atasının Göyçay rayonunun Dövranlı kəndində yerləşən evində yaşayır. İddiaçı iddia ərizəsində guya Elmanın onu 2025-ci ildə evdən qovduğunu göstərir. Halbuki iddiaçı mübahisəli evi 2024-cü ilin aprel ayının 26-dan 27-nə keçən gecə tərk etmişdir. İddiaçı ilə cavabdeh cavabdeh3 arasında nikah ## ###### 2016-cı il tarixdə qeydə alındığı üçün aralarında olan mənzil münasibətləri də həmin vaxt yaranmışdır. Mübahisəli fərdi yaşayış sahibliklərindədin və həmin evi 1994-cü ildə, iddiaçının əri Elmanın 6 yaşı olarkən inşa etmişdir. Həmin evə gözlənilən mülkiyyət hüququ var. Mübahisəli ev iddiaçının keçmiş əri cavabdeh3 mülkiyyətində və sahibliyində olmadığı üçün iddiaçının həmin evə yaşayış hüququ yoxdur. Birinci instansiya məhkəməsində icraat

4. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, 2015-ci il tarixdə cavabdeh cavabdeh3 ilə ailə həyatı qurmuş,rəsmi nikaha daxil olmuş və rəsminikahdan da iki uşaqları anadan olmuşdur. Hazırki vaxtadək cavabdehlərin yaşadığı İnçə kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. Qızıları azyaşlıdır, hal-hazırda onunla birlikdə yaşayırlar. cavabdeh3 ailə həyatı qurduqdan sonra həyatı mürrəkkəb keçmişdir. Belə ki, Elman ilə birgə yaşadığı müddət ərzində heç bir səbəb olmadan dava-dalaş salmış, narazılıq içərisində yaşamışdır. Cavabdeh onu ailə kimi saymamış və qəbul etməmişdir. 2025-ci ildə Elman onu evdən qovduğu üçün valideynlərinin yanında yaşayır. Sonradan aralarında yaranmış münasibətin pozulmasına görə 2025-ci ildə Göyçay Rayon Məhkəməsinin qətnaməsinə əsasən boşanmışlar. 2015-ci ildi cavabdehlərin evinə gəlin köçmüş, cavabdeh3 ilə yaşamış və iki qız övladları həmin evdə anadan olmuş,həmin evdə qeydiyyatdadır və uşaqları həmin kəndədə məktəbə getmişlər. Hal-hazırda ata evindən apardığı cehiz əmlakları cavabdehlərin evindədir, cavabdehdən ayrılandan sonra valideynlərinin yanına müvvəqqəti qayıtsa da sonradan cavabdehlərin yaşadığı evə qayıtmaq istəsə də cavabdehlər evə qoymaşlar. Həmən vaxtdan qalmağa yeri olmasa da məcburən iki azyaşlı uşaqları ilə bərabər valideynlərinə məxsus evdə qalmışdır. Buna görə də iddianın təmin edilməsini xahiş etmişlər.

5. Məhkəmə iclasında iştirak edən cavabdehlər cavabdeh1 və cavabdeh2 iddiaya etirazda göstərilən xüsusatlara uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişlər.

6. İş üzrə digər cavabdeh cavabdeh3 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehin məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

7. Göyçay Rayon Məhkəməsinin (Hakim İ.Fəttahov ) ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı himayəsində olan azyaşlı uşaqları ##.##.2016-cı il təvəllüdlü X3 və ##.##.2017-ci il təvəllüdlü Eminova Gülər Elman qızı ilə birlikdə cavabdehlər cavabdeh3, cavabdeh2 və X1 yaşadıqları Göyçay rayon İnçə kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi, qərarın İcrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, cavabdeh cavabdeh3 50 manat dövlət rüsumu və 25 manat mediasiya xərci cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Maddi hüquq normalarını hazırkı iddia tələbi üzrə mübahisəli evin hüquqi statusunun müəyyən edilməsi ilə əlaqədar tətbiq edərək müəyyən etmişdir ki, mübahisəli ev mülkiyyət hüququ əsasında qeydə alınmamışdır. Tərəflər arasında olan mübahisəli mülki hüquq münasibətləri mülki qanunvericiliklə birbaşa tənzimlənmədiyinə görə məhkəmə hesab etmişdir ki, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları, yəni qanunun analogiyası tətbiq olunmalıdır. Tərəflər arasında hüquq münasibətlərinin ##.##.2016-cı ildə yaranmasını nəzərə alaraq, məhkəmə bu qənaətə gəlmişdir ki, mülki mübahisə qanunun analogiyası üzrə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68-ci maddəsinin tələblərinə uyğun şəkildə həll edilməlidir.

9. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.Həmin məcəllənin 68.2-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 68.3-cü maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır.

10. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu huquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yerinin olması təsbit olunmuşdur. İş materiallarından göründüyü kimi iddiaçı İddiaçı cavabdeh cavabdeh3 arvadı kimi cavabdehlərin razılığı ilə mübahisəli evə gəlin köçmüş və cavabdehlərin ailə üzvü kimi 9 il müddət ərzində həmin evdə yaşamışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evdə azyaşlı uşaqları ilə birlikdə istifadə etmək hüququ vardır.

11. Beləliklə, məhkəmə, iş üzrə məhkəmədə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməlidir.

12. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumu cavabdeh cavabdeh3 alınaraq iddiaçıya ödənilməlidir.

13. Bundan başqa iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehlər mediasiya prosesində iştirak etdikləri üçün 25 manatı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 11.5-ci maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1, 68.3, 68.4-cü maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən narazı qalan cavabdeh cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçını cavabdeh cavabdeh2 sahibliyində olan fərdi yaşayış evinə köçürməklə sonuncunun mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır.

17. İddiaçının cavabdeh cavabdeh2 sahibliyində olan fərdi yaşayış evinə köçürməsi sonuncunun fərdi yaşayış evindən istifadə və sahiblik hüquqlarını pozur. Bu zaman məhkəmə iddiaçının başqa yaşayış yerinin olub-olmamasını, hazırda yaşadığı evin mənzil şəraitini araşdırmamışdır.

18. Məhkəmə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsinə istinad edərək hazırkı mübahisəni həll etmişdir. Halbuki mübahisəli ev cavabdeh cavabdeh2 sahibliyindədir və onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşməklə 1994-cü ildə tikilmişdir. Mülkiyyət hüququnun əksər hissəsini (istifadə və sahiblik) həyata keçirən cavabdeh Bəylər Eyyubov istədiyi anda torpağa mülkiyyət hüququna dair sənədi və ev haqqında arayışı daşınmaz əmlakın dövlət kadastrı və reyestri xidmətinə təqdim etməklə evə mülkiyyət hüququnu qeydiyyata aldıra bilər. Yəni mübahisəli evə gözlənilən mülkiyyət hüququ olan cavabdeh cavabdeh2 sosial mənzil kirayəçisi deyil. Qeyd olunan norma hazırkı münasibətlərə düzgün tətbiq edilməmişdir.

19. İddiaçı başqa yaşayış yerinin olmaması və hazırda yaşadığı ünvanda yaşayış şəraiti barədə məhkəməyə heç bir sübut təqdim etmədiyi halda məhkəmə onun iddiasını təmin etmişdir. Əksinə cavabdehlər məhkəməyə mübahisəli evin cavabdeh cavabdeh2 sahibliyində olması və 1994-cü ildə tikilməsi barədə arayış təqdim etmişlər. Həmin arayışdan evin iki otaqlı olması görünür. İddiaçının və iki uşağının evin sahibi ilə arvadı və keçmiş əri ilə iki otaqlı evdə hansı qaydada yaşayacağı məlum deyil. Lakin məhkəmə qeyd edilən arayışa hüquqi qiymət verməmişdir.

20. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan iddiaçının cavabdeh cavabdeh2 ailə üzvü olmaması, cavabdeh2 əmlaka gözlənilən mülkiyyət hüququnun olması, iddiaçının hazırda yaşadığı evin mənzil şəraiti, onun başqa yaşayış yerinin olub-olmaması hallarını aydınlaşdırmamışdır.

21. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh3 apellyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

27. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 29 (hissə III) Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

30. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin; 30.1-ci maddəsində göstərilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsində göstərilmişdir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

31. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 88-93-cü maddələrində (15-ci fəsil) konkret olaraq 5 qrup şəxsin saxlanması vəzifəsi müəyyən edilmişdir:1) qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi; 2) baba və nənənin nəvələrini saxlamaq vəzifəsi; 3) nəvələrin baba və nənəni saxlamaq vəzifəsi; 4) yetirmələrin öz faktiki tərbiyəçilərini saxlamaq vəzifəsi; 5) ogey oğul və qızların ogey ata və ananı saxlamaq vəzifəsi.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarları:

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair ## ####### 2013-cü il tarixli qərarı.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2014-cü il tarixli qərarı.

34. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın * saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

35. 47. “Akimova Azərbaycana qarşı” iş üzrə ##.##.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə ##.##.2009-cu il tarixli, “Qarrax Çexiyaya qarşı” iş üzrə ## ### 2003-cü il tarixli qərarlarında Avropa İnsan Haqları Məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X9 Haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya şikayətindən görünür ki, apellyator Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

39. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları tam düzgün müəyyən edilməmiş, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmamış, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

42. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı 2015-ci ildə cavabdeh cavabdeh3 ilə rəsmi nikaha daxil olaraq mübahisəli evə gəlin köçmüşdür. Onların birgə nikahlarından ##.##.2016-cı il təvəllüdlü X3 və ##.##.2017-ci il təvəllüdlü Eminova Gülər Elman adlı uşaqları doğulmuşdur. Sonradan münasibətləri pozulmuş və Göyçay Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinə əsasən cavabdeh3 ilə İddiaçı ##.##.2016cı il tarixdə Göyçay rayon İHB-nin Aşağı Qaraməryəm kənd İƏD üzrə nümayəndəliyində ** №-li qeyd ilə bağlanmış nikah pozulmuş, ##.##.2016-cı il tarixdə anadan olmuş X3 və ##.##.2017-ci il tarixdə anadan olmuş Eminova Gülər Elman qızı İddiaçı yanında saxlanılmışdır. cavabdeh3, cavabdeh1 və cavabdeh2 adına Göyçay rayonu, İncə kəndində ümumibirgə mülkiyyətində ##.##.1998-ci il tarixli JN-360 nömrə Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 1.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ##.##.2004-cü il tarixli JN-***A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən isə ümumibirgə mülkiyyətində 0.13 ha həyətyanı torpaq sahəsi vardır. Lakin sözügedən torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Qeyd olunan torpaq sahəsinin üzərində isə hazırkı iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi yerləşir.

43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.

44. Belə ki, məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində göstərdiyi iddiaçının evə istifadə hüququnun tanınmasının qanuni əsasının olmaması, iddiaçının sahibliyində olan fərdi yaşayış evinə köçürülməsi onun mülkiyyət hüquqlarının pozulması, məhdudlaşdırılması ilə nəticələnməsi, iddiaçının cavabdeh cavabdeh2 ailə üzvü olmaması, cavabdeh2 əmlaka gözlənilən mülkiyyət hüququnun olmasına dair dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

45. Birinci instansiya məhkəməsi iddanı təmin edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisəli ev mülkiyyət hüququ əsasında qeydə alınmamışdır. Tərəflər arasında olan mübahisəli mülki hüquq münasibətləri mülki qanunvericiliklə birbaşa tənzimlənmədiyinə görə məhkəmə hesab edir ki, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları, yəni qanunun analogiyası tətbiq olunmalıdır. Tərəflər arasında hüquq münasibətlərinin ##.##.2016-cı ildə yaranmasını nəzərə alaraq, məhkəmə bu qənaətə gəlir ki, mülki mübahisə qanunun analogiyası üzrə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68ci maddəsinin tələblərinə uyğun şəkildə həll edilməlidir.

46. Kollegiya birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılşamır.

47. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

48. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir.

49. Həmin Məcəllənin 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.

50. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri evə köçürülmə (istifadə hüququ) ilə bağlı yaranan mübahisədir. 51.İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Ucar Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, cavabdeh3, cavabdeh1 və cavabdeh2 adına Göyçay rayonu, İncə kəndində ümumibirgə mülkiyyətində ##.##.1998-ci il tarixli JN-360 nömrə Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 1.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ##.##.2004-cü il tarixli JN-***A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən isə ümumibirgə mülkiyyətində 0.13 ha həyətyanı torpaq sahəsi vardır. Lakin sözügedən torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

52. İşdə olan Azərbaycan Respublikası Göyçay rayon İcra Hakimiyyəti Başçısının İnçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən cavabdeh2 verilmiş ## ###### 2025-ci il tarixli *** nömrəli arayışdan görünür ki, cavabdeh2 RİH başçısının İnçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən ** nömrəli ev təsərrüfatlarının uçotu kitabının 32-ci səhifəsinə, *** nömrəli şəxsi hesabda adına yaşayış evi qeyd edilmişdir. Ev 1994cü ildə tikilmişdir, 2 (iki) otaq, 1 (bir) zal, sahəsi 75 kv.metrdir.

53. Kollegiya qeyd edir ki, iddiaçının köçmək istədiyi mübahisəli fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasada, sözügedən fərdi yaşayış evinə cavabdehlərin gözlənilən mülkiyyət hüququ vardır.

54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.

55. Qeyd edilən qərarın tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, mübahisənin düzgün həll edilməsi üçün məhkəmə tərəfindən iddiaçının mübahisəli fərdi yaşayış evinə gözənilən mülkiyyət hüququ olan cavabdehin ailə üzvü olub-olmaması məsələsi müəyyən edilməlidir.

56. Məhkəmə kollegiyası qeyd edir ki, ailə qanunvericiliyinin istinad edilən yuxarıda sadalanan müvafiq normalarında qayınatanın və qayınananın gəlinini saxlamaq vəzifəsi müəyyən olunmamışdır.

57. Həmçinin Ailə Məcəlləsinin 30.4-cü maddəsində göstərilmişdir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair ## ####### 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.

59. Beləliklə məhkəmə kollegiyası təqdim olunmuş sübutları tam və hərtərəfli araşdıraraq, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi yaşayış evinə cavabdehlərin mülkiyyət hüququ gözləntisinə diqqət yetirərək belə qənaətə gəlir ki, iddiaçının ailə qanunvericiliyi əsasında fərdi yaşayış evindən mülkiyyətçi ilə birlikdə onun ailə üzvü kimi istifadə etmək və həmin evə köçürülməsini tələb etmək hüquqları yaranmamışdır.

60. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.

61. Odur ki, cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “evə köçürülmə” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh cavabdeh2 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçı İddiaçı aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar