Məhkəmə qərarları › İş №2(3-6)-2993/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2993/2026

07.09.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2993/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh oğluna (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı işi üzrə Açar sözlər: ("iddiaçının uşaqları ilə birgə cavabdehin istifadəsində olan evə köçürülməklə yaşayış hüququnun tanınması”) hakimlər X9 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı iddiaçı Rzayeva (Məmmədova) Püstəxanım Zöhrab qızını və uşaqları ##.##.2016-cı il təvəllüdlü X1 və ##.##.2019-cu il təvəllüdlü X2 cavabdeh Cavabdeh istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunun yerləşdiyi 2 sot torpaq sahəsi və üzərində inşa edilmiş, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə köçürülməklə yaşayış hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Rzayeva (Məmmədova) Püstəxanım Zöhrab qızı müstəqil tələb irəli sürməyən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə * saylı Bakı "ASAN Xidmət" X12 qeydə alınmış ##.##.2016-cı il tarixli, **** saylı nikah qeydiyyatı aparılmışdır. Cavabdehlə faktiki olaraq ##.##.2014-cü il tarixdə ailə həyatı qurmuşlar. Həmin nikah münasibətlərindən ##.##.2016-cı il təvəllüdlü X1 və ##.##.2019-cu il təvəllüdlü X2 anadan olmuşdur. Lakin Saatlı rayon məhkəməsinin ##.##.2023-cü il tarixli, 2 (***)-**/**** saylı qətnaməsinə əsasən nikah pozulmuşdur. Belə ki, iddiaçı ilk olaraq müstəqil tələb irəli sürməyən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı Saatlı rayon məhkəməsində "birgə nikah dövründə əldə edilmiş əmlakın ½ hissəyə bölünməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Belə ki, birgə nikah dövründə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə 2 sot torpaq sahəsi və üzərində inşa edilmiş 1 mərətbəli 3 otağlı fərdi yaşayış evi tikilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, sözü gedən əmlak olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük adlanan ərazidə yerləşən 2 sot torpaq sahəsi və üzərində inşa edilmiş 1 mərətbəli 3 otağlı fərdi yaşayış evi müstəqil tələb irəli sürməyən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən özəlləşdirilməmiş, lakin əmlaka dair müvafiq hüquqmüəyyənedici sənədlər onun adında olub. Lakin sonradan necə olubsa, müəyyən sənədlər cavabdeh Cavabdeh adına müəyyən olunub. Ona görə də istər Saatlı rayon məhkəməsində, istər də Şirvan Apellyasiya Məhkəməsində hakimlər tərəfindən bildirildi ki, nə qədər ki, sözügedən əmlak cavabdeh tərəfindən özəlləşdirilməyib, həmin əmlak bölgüsünün aparılması mümkün deyil, yalnız sözügedən əmlakda hal-hazırda kim yaşayırsa, yəni Cavabdeh cavabdeh qismində, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə müstəqil tələb irəli sürməyən şəxs kimi qoymaqla onlara qarşı "evə köçürülməklə yaşayış hüququnun tanınması" tələbinə dair əmlakın yerləşdiyi inzibati ərazi üzrə məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərsən. O, hal hazırda uşağları ilə birgə valideynlərinin evində yaşamaq məcburiyyətindədir, ona görə də o, uşağları ilə birgə cavabdeh Cavabdeh yaşadığı məxsus fərdi yaşayış evinə köçməklə yaşamaq hüququnun tanınmasını istəyir. Bu səbəbdən də cavabdehə qarşı uşağları ilə birgə evə köçürülməklə yaşamaq hüququnun tanınması tələbinə dair Bakı şəhəri, Xəzər rayon məhkəməsin də iddia qaldırmaq məcburiyyətində qaldı, faktiki 2014-cü il tarixdə ailə həyatı quraraq el adəti ilə toy etmişlər. Lakin o, cavabdehin fərdi yaşayış evinə ##.##.2015-ci il tarixdə ilk olaraq cavabdehin valideynlərinin yaşadığı evə gəlin köçərək 2015-cü ilin oktyabr ayına kimi müstəqi tələb irəli sürməyən şəxslə birgə yaşamış, lakin həmin tarixdən evdən çıxarılanadək, yəni 2022-ci il tarixə kimi birgə nikah dövründə tiktirdikləri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunun yerləşdiyi ərazidə yerləşən 2 sot torpaq sahəsi və üzərində inşa edilmiş 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evdə müstəqil tələb irəli sürməyən şəxslə həmin evdə yaşamışdır. O və müstəqil tələb irəli sürməyən şəxs 2014-cü tarixdə ailə həyatı qurduğu vaxtdan sonra sözü gedən evi tiktirmək üçün ilkin olaraq müstəqil tələb irəli sürməyən şəxsin adına ərazi üzrə bələdiyyədən hüquqmüəyyənedici sənədlə qeydə alınmış və sonra sözü gedən evi tikdirmişlər. Və sonra 2015-ci ilin oktyabr ayından sonra həmin evə köçərək 2022ci ilin mart ayına kimi uşağları ilə birgə yaşamış, lakin sonradan müstəqil tələb irəli sürməyən şəxs tərəfindən həmin evdən qovularaq məcburi çıxarılmışdır. Birgə nikah münasibətlərindən doğulan ##.##.2016-cı il təvəllüdlü X1 və ##.##.2019-cu il təvəllüdlü X2 gedən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunun yerləşdiyi ərazidə yerləşən 2 sot torpaq sahəsi və üzərində inşa edilmiş 1 mərtəbəli 3 otağlı fərdi yaşayış evində anadan olmuşlar. Nikah pozulana kim sözügedən evdə müstəqil tələb irəli sürməyən şəxslə ər-arvad kimi yaşamışlar. Lakin sonradan iddiaçı müstəqil tələb irəli sürməyən şəxs tərəfindən sözü gedən evdən qovulmaqla uşaqlar əlindən alınmış və onlarla görüşməyə icazə verməmişdir. O, uşağların alınıb ona verilməsi, nikahın pozulması və aliment tələbi ilə bağlı Saatlı rayon məhkəməsində iddia qaldırımışdır. İddia tələbi təmin edilmişdir. Lakin Saatlı rayon məhkəməsində müstəqil tələb irəli sürməyən şəxsə qarşı iddia qaldırdığı əmlak tələbi əsasında müəyyən edilmişdir ki, sözügedən əmlak özəlləşdirilməmiş və sonradan necə olursa sözü gedən əmlak cavabdehin adına ilkin hüquqmüəyyənedici sənədlər qeydə alınmışdır. Həmçinin, cavabdeh ona qarşı Saatlı rayon məhkəməsində müstəqil tələb irəli sürməyən şəxs qarşı əmlaka tələbi üzrə icraatda olmaqla məhkəmə prossesinin gedişatında iddiaçıya qarşı Bakı şəhəri, Xətai rayon məhkəməsində "cavabdehə məxsus cehiz əmlakın evdən çıxarılması tələbinə dair iddia qaldırmış, lakin o, iddiaçı tərəfindən vəsatətlə Bakı şəhəri, Xətai rayon məhkəməsinə müraciət edərək, əmlak tələbinə dair işə baxılıb hüquqi qiymət verilənədə dayandırılmasını xahiş etmişdir. İş üzrə icraatın dayandırılması barədə qərardad çıxarılmışdı. Düzdür cavabdeh onun sözügedən evdə yaşamağını onun icazəsi ilə müvəqqəti yaşamağa icazə verdiyini bildirsə də, lakin iddiaçıya məxsus cehizlərin həmin evdə bu günə kimi qalması bir daha iddiaçının dediklərinin təsdiqidir. Möhtərəm məhkəmə ona görə də iddia tələbi üzrə hüquq münasibətlərinə məhz ##.##.2009-cu il tarixdən sonra qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinin normaları çərçivəsində baxılmalıdır. Bu hal fərdi yaşayış evinin hüquq statusunun olmamasını nəzərə alınmaqla həmin dövrdə olan qanunvericiliyin tələblərinə də uyğun olmuşdur. Belə ki, fərdi yaşayış evinin hüquqi statusu müəyyən olmadığı üçün,iddiaçı ilə cavabdeh arasında olan münasibətlərə məhz Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbi baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı üçün yaşayış sahəsinin sahibi ilə hər hansı notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın bağlanması da mümkünsüz olmuşdur. Belə ki, iddiaçı 2015-ci il tarixdən 2022cü il tarixə kimi cavabdehin yaşadığı fərdi yaşayı evində müstəqil tələb irəli sürməyən üçüncü şəxslə birgə və uşaqları ilə birgə yaşamağına görə cavabdehlə həmin müddətdə sözügedən evdə yaşadığına görə yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı üçün də hər hansı bir razılaşma (notariat) imzalamadığından, həmin dövrdə isə mübahisəli hüquq münasibatlari ## ####### 2009-cu il tarixdən sonra qüvvədə olan Mənzil Məcəlləsi tənzimləyir. Beləliklə yuxarıda qeyd edilən nəzərə alsaq hazırki mübahisəyə ## ####### 2009-cu il tarixdən sonra qüvvədə olmuş Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməlidir. İşdə olan Saatlı rayon məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsinin sürətindən görünür ki, iddiaçı faktiki olaraq 2014-cü tarixdə ailə həyatı quraraq müstəqil tələb irəli sürməyən şəxsin valideynlərinə məxsus fərdi yaşayış evinə gəlin köçərək onunla 2015-ci ilin oktyabr ayına kimi yaşamaqla, lakin sonrada həmin tarixdən 2022-ci il tarixə kimi sözü gedən evdən qovulana kimi birgə təsərrüfat aparmışdır. Bu hal qətnamədə sübut olaraq qeyd edilmişdir. Belə ki, iddiaçı 2015ci il tarixdə mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunun yerləşdiyi 2 sot torpaq sahəsi və üzərində inşa edilmiş 1 mərətbəli 3 otağlı fərdi yaşayış evini tikdirdikdən sonra müstəqil tələb irəli sürməyən şəxslə yaşadığı zamanı da həmin ev xüsusi mülkiyyətdə olmamış, iddiaçı ilə müstəqil tələb irəli sürməyən şəxsin istifadəsində olmuş, lakin mülkiyyət hüququ üzrə adına qeydiyyata aldırmamış və bu günə kimi də fərdi yaşayış evi nə müstəqil tələb irəli sürməyən şəxsin, nə də ki cavabdehin mülkiyyətində deyil. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı zaman sözügedən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 2 sot torpaq sahəsi və üzərində inşa edilmiş 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi cavabdeh X3 istifadəsində olmamış, yalnız həmin evə mən iddiaçı 2022-ci il tarixdən sonra, yəni iddiaçı məcburi çıxarıldıqdan sonra yaşamağa başlamışdır. Belə ki, qeyd etdiyi 2015-2022-ci illər dövrlərin də evin bütün kommunal xərclərinin ödənilməsi üçün yazılan qəbzlərdə müstəqil tələb irəli sürməyən şəxsin adına olmuşdur. Bu da ondan xəbər verir ki, qeyd etdiyi dövrlərdə iddiaçı və uşaqları, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxsin yaşadığı halda sözü gedən evin bütün kommunal xərclərinin ödənilməsi barədə borclar müstəqil tələb irəli sürməyən şəxsin adına gəlmişdir. Bundan başqa, sözügedən ev xüsusi mülkiyyətdə olmadığından, məhz ailə münasibətlərinə əsasən ailə üzvü kimi evdə yaşamağa başlamış və həmin evdə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan nikah münasibətlərindən azyaşlı iki uşaqları həmin evdə doğulmuşlar. Nikahdan olan uşaqları isə ailə qanunvericiliyinə uyğun olaraq hər bir halda cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ailə üzvü sayılır. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi mübahisənin qanunla həlli üçün iddiaçının ilk növbədə müvafiq subyektiv hüquqa malik olduğu (yaşayış sahəsindən istifadə ilə bağlı) müəyyən olunur, iddiaçının sözügedən evdə müstəqil tələb irəli sürməyən şəxslə və uşaqları ilə birgə yaşamağına əsasən bildirir ki, ilk olaraq sözügedən ev, hal-hazırda istifadəsində olan cavabdeh tərəfindən yaşadığı müddətdə hər hansı bir problem olmamışdır. Belə olan halda, hətta sözügedən ev cavabdehin istifadəsində olmaqla yaşadığı halda belə, qanunla müəyyən edilmiş qaydada iddiaçı 2015-ci ilin oktyabr ayında həmin evə mübahisəsiz köçmüş və həmin fərdi yaşayış evində sonradan da yəni 2025-ci il tarixdən 2022-ci il tarixə kimi evdən məcburi qaydada çıxarılana kimi müstəqil tələb irəli sürməyən şəxslə və uşaqları ilə birgə təsərrüfat aparmaqla yaşayaraq yaşamaq və isitfadə hüququna malik olmuşdur. İddiaçı yuxarıda qeyd edilən həm faktiki, həm də hüquqi hallara əsasən sözügedən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 2 sot torpaq sahəsi və üzərində inşa edilmiş 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evində iddiaçı ilə birgə müstəqil tələb irəli sürməyən üçüncü şəxs və uşaqları yaşadığı üçün sözügedən evdə iddiaçının uşaqları ilə birgə yaşamaq və istifadə hüquqları vardır.

2. Cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, sözügedən ev onun mülkiyyətindədir. İddiaçı isə onun heç nəyi deyil. Sözügedən evi qardaşına müvəqqəti qalmaq üçün vermişdir. Qardaşı artıq özünə ev alıb və orada yaşayır, iddiaçı da ev tələbini qardaşına qarşı və qardaşının mülkiyyətində olan evə qarşı edə bilər. İddiaçının onun mülkiyyətində müvəqqəti yaşaması o evə qarşı hüquqlarının olması mənasına gəlmir. Xəzər rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçının cehizlərinin onun evindən çıxarılması qət edilmişdir. İddiaçı apellyasiya, kassasiya şikayətləri etmişdir, lakin bütün instansiya məhkəmələrində Xəzər rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ##.##.2026-cı il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən 3-cü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında göstərmişdir ki, iddiaçı ilə qardaşının mülkiyyətində olan mübahisəli evdə müvəqqəti yaşamışlar. Sonra isə iddiaçı evi tərk etmiş və bir müddət sonra boşanmışlar. İddiaçı boşandıqdan sonra onun atası evindən pay istəmiş, indi isə qardaşının mülkiyyətində olan sözügedən evə köçürülmə istəyir. İddiaçının həmin evə qarşı istifadə hüququ yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Rzayeva (Məmmədova) Püstəxanım Zöhrab qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Saatlı Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir; - Saatlı Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 1 ədəd İtaliya istehsalı olan 750 əyarlı 19 qramlıq qızıl sep(bor) və ya dəyəri 2090 manat, 1 ədəd İtaliya istehsalı olan 750 əyarlı 13 qramlıq qızıl bilərzik və ya dəyəri 1430 manat, 1 ədəd İtaliya istehsalı olan 750 əyarlı 13 qramlıq qızıl üzük- sırğa dəsti və ya dəyəri 1430 manat, 1 ədəd İtaliya istehsalı olan 750 əyarlı 5.5 qramlıq qızıl üzük və ya dəyəri 605 manat alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir; - Binə Bələdiyyəsinin ##.##.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh Binə qəsəbəsi Hövsan südçülük sovxozu ərazisində istifadə etdiyi əmlak və torpaq sahəsinə görə Binə bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyatdadır və hal-hazırda vergi borcu yoxdur; - Abşeron Rayon Hövsan Südçülük Sovxozu 09.12.200-ci il tarixli ** nömrəli çıxarışdan müəyyən olunur ki, sovxozda işləyən, özünə məxsus evi və torpaq sahəsi olmayan, fərdi ev tikmək üçün ərizə ilə müraciət edən Cavabdeh 0.04 hektar torpaq sahəsi ayrılmalıdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Hövsan qəsəbəsi Südçülük Sovxozunda yerləşən fərdi yaşayış evindən cavabdeh Rzayeva (Məmmədova) Püstəxanım Zöhrab qızına aid əşyalar evdən çıxarılması qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh Rzayeva (Məmmədova) Püstəxanım Zöhrab qızının apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı vəkili X10 tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizə geri qaytarılması qərara alınmışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(*-*)-***/**** saylı. ##.##.2026-cı il tarixli qətnaməsi ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27, 152.5; Mənzil Məcələsinin 30.1, 30.2, 30.4 ; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014cü il tarixli qərarına; "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunun yerləşdiyi 2 sot torpaq sahəsi və üzərində inşa edilmiş, 1 mərətbəli, 3 otağlı fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. Cavabdeh ona məxsus mübahisəli evdə müvəqqəti yaşamaq üçün qardaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və onun ailə üzvlərinə (iddiaçıya və uşaqlara) icazə vermişdir. Saatlı Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə İddiaçı ##.##.2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, 2009-cu il #######ın #-dən sonra yaranmış münasibət olduğuna görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Beləliklə iddiaçı cavabdehin keçmiş ailə üzvü hesab olunur və onun həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bundan əlavə, iddiaçının dediyinə görə hal-hazırda atasının evində yaşayır, yəni onun başqa yaşayış yeri var. Həmçinin mülkiyyətçi ilə iddiaçı arasında yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün hər hansısa razılaşma yoxdur. İddiaçı İddiaçı iddia ərizəsində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə 2 sot torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində tikilmiş bir mərtəbəli üç otaqlı fərdi yaşayış evinin birgə nikah dövründə əldə edildiyini bildirib, həmin evə köçürülməklə yaşayış hüququnun tanınmasını tələb etsə də, bu barədə hər hansı mötəbər sübut təqdim olunmamış, məhkəmə araşdıması zamanı qeyd olunan əmlaklara dair keçmiş ər-arvadın adına dair hüquqmüəyyənedici sənədlər olmadığı, sahiblik və sərəncam hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmadığı müəyyən edilmişdir. Həmçinin cavabdeh Cavabdeh da mübahisə predmeti olan torpaq sahəsinin onun tərəfindən alınaraq həmin fərdi yaşayış evinin tikilməsini göstərmişdir. Odur ki, mübahisə predmeti olan torpaq sahəsi və fərdi yaşayış evinin ər-arvadın birgə nikah dövründə əldə etdiyi əmlak kimi qiymətləndirilməsinə əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsassız hesab olunmalı və təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Prosessual Məcəllənin 4.1, 14.2, 76.1, 76.2, 76.3, 77.1, 88, 217.3, 241.5, 385.1.4, 386-cı maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin təmin edilməməsinə münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından səhvə yol verir və həmin normaların şərhini düzgün əsaslandırmır. Cavabdeh iddia ərizəsinə etiraz olaraq sözügedən və mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evini və həmin ünvanda yerləşən 2 sot torpaq sahəsini xüsusi mülkiyyəti kimi göstərmişdir. Halbuki, sözügedən və mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyatdan keçmədiyindən onun xüsusi mülkiyyət kimi tanınması kimi birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəllənin 152.5-ci maddəsinin tələblərindən irəli gələn müddəları nəzərə almaqla, əksinə iddiaçını xüsusi mülkiyyətçi kimi tanınmasına və həmin əmlak üzərində sərancam vermək hüququnun olduğu kimi tanınmasına hüquqi qiymət verməməli idi. İkinci əsaslandırma ondan ibarətdir ki, birinci instansiya məhkəməsi sözügedən və mübahisə predmeti olan əmlakın mülkiyyət hüququnun təmin edilməsi ilə yanaşı iddiaçının həmin əmlakın yerləşdiyi ünvanda yerləşən torpaq sahəsinə istifadə hüququnun yaranıb-yaranmaması halı müəyyən olunduğunu əsas gətirməklə iddia predmetindən kənara çıxaraq iddiaçının əmlakının yerləşdiyi ünvanda yerləşən torpaq sahəsinə istifadə hüququnun olduğu məsələsini iddianın təmini üçün əsaslı olmadığı qənaətinə gəlmişdir. Yuxarıda qeyd etdiyi faktiki halları və hüquqi əsasları qeyd etməkdə məqsədi, birinci instansiya məhkəməsi cavabdehin iddia tələbinə dair baxarkən, iddiaçının həmin əmlaka, yəni torpaq sahəsinə istifadə hüququnun olub-olmadığını müəyyən etməyə çalışmışdır. Möhtərəm məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərindən biri də odur ki, birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsinin təmininə əsas kimi “Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddələrinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2001-ci il tarixli qərarına istinad etməsidir, belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələbinə dair münasibətdə, 2000-ci ilin ########ın #-dən sonra yaşayış evindən (mənzilindən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının cavabdehə qarşı olan iddia tələbinə dair birinci instansiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi baxımından səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ####### 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair “qərarında hüquq normalarının tətbiqi ilə bağlı açıqlamışdır. Qərarda qeyd olunur ki, “Mülki Məcəllənin 228.5-ci maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra da onun yaşayış (yaşayış sahəsinin mülkiyyətçisinin) keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ nəzərdə tutulduğu halda, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun olmaması aydın şəkildə müəyyən olunmuşdur. Hal-hazırda qüvvədə olmuş Konstitusiya Məhkəməsinin Plenumunun ## ####### 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinin, yuxarıda göstərdiyim hallara izah verərkən qeyd etmişdir ki, eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Lakin göründüyü kimi sözügedən ev mülkiyyət hüququ əsasında cavabdehin adına qeydiyyata alınmamışdır. Belə olan halda, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Bu hüququ mövqelərə əsaslanaraq misal üçün X4 Ali Məhkəməyə verdiyi kassasiya şikayətinə əsasən Ali Məhkəmənin ##.##.2014-cü il tarixli qərarında təsbit olunan hüquq normalarının müəyyən edilmiş konstitusiya-hüquqi mənasına uyğun Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müdəaları özü-özlüyündə yaşayış sahəsinə sahiblik, istifadə və sərancam vermənin hüquqi tənzimlənməsinə dair konstitusiya prinsipləri ilə uzlaşmayan və konstitusion hüquq olan mənzil hüququnun müdafiəsini təmin etməyən norma kimi qiymətləndirilə bilməz. Bu baxımdan Ali Məhkəmənin presedent hüququna əsasən Konstitusiya Məhkəməsinin Plenumunun ## ####### 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair “qərarına istinad edərək belə nəticəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı istər birinci instansiya məhkəməsi, istər də apellyasiya instansiya məhkəməsi tərəfindən məsələlərə baxılarkən 2009-cu ilin #######ın ##-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Möhtərəm məhkəmə kollegiyası işdə olan Saatlı rayon məhkəməsinin ##.##.2023-cü il tarixli, 2 (***)-**/**** saylı qətnaməsinin sürətindən görünür ki, iddiaçı faktiki olaraq 2014-cü il tarixdə ailə həyatı quraraq əri olmuş şəxsin valideynlərinə məxsus fərdi yaşayış evinə gəlin köçərək onunla 2015-ci ilin oktyabr ayına kimi yaşamaqla, lakin sonradan həmin tarixdən 2022-ci il tarixə kimi sözü gedən evdən qovulana kimi birgə təsərrüfat aparmışlar. Bu hal qətnamədə sübut olaraq qeyd edilmişdir. Belə ki, o, iddiaçı 2015ci il tarixdəsözü gedən və mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunun yerləşdiyi 2 sot torpaq sahəsi və üzərində inşa edilmiş 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evini tiktirdikdən sonra əri olmuş şəxslə yaşadığı zamanı da həmin ev xüsusi mülkiyyətdə olmamış, o, iddiaçı ilə əri olmuş müstəqil tələb irəli sürməyən şəxsin istifadəsində olmuş, lakin mülkiyyət hüququ üzrə adına qeydiyyata aldırmamış və bu günə kimi də fərdi yaşayış evi nə əri olmuş şəxsin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, nə də ki cavabdehin mülkiyyətində deyil. Bu səbəbdən də birinci instansiya məhkəməsi o, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələbinə dair münasibətdə yanlışlığa yol verir. Lakin bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsi iddiaçının cavabdehə qarşı “evə köçürülməklə yaşayış hüququnun tanınması tələbi”-nə dair iddia ərizəsində qeyd etdiyi faktiki halları və hüquqi əsasları qəbul etməyərək, əksinə hər hansı bir sübut təqdim etmədiyimi, lakin cavabdehin formal mülahizə xarakterli sözlərinə istinad etdiyi halda, birinci instansiya məhkəməsi cavabdehin istinad etdiyi dəlilləri əsaslı hesab etməklə iddia ərizəsinin təmin edilməməsi üçün əsas olduğu qənaətinə gəlmişdir. Belə olan halda birinci instansiya məhkəməsi cavabdehin sözügedən və mübahisə predmeti olan əmlaka dair mülkiyyət hüququ olmadığı halda hansı əsaslarla iddiaçının evə köçürülməklə yaşayış hüququnun tanınması tələb irəli sürməyə subyekt olmadığı qənaətinə gəlmişdir. Çünki cavabdeh sözügedən və mübahisə predmeti olan əmlaka dair mülkiyyət hüququ olmadığından onun üzərində sahiblik və sərancam vermək hüququ məhz əmlakın daşınmaz əmlakın dövlət reyestr xidmətindən qeydiyyatdan keçdiyi tarixdən yaranmalı idi ki, bu hal da olmadığından, birinci instansiya məhkəməsi cavabdehi mülkiyyətçi kimi qəbul edərək, evə dair sənədin reyestr xidmətində qeydiyyata dair iddiaçının və yaxud əri olmuş şəxsin adına hər hansı bir sənədin reyestr xidmətində qeydiyyata alınmadığından iddianın əsaslı olmadığı qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.B-un şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüwəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüguqun tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "N. Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 uyanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxdıgdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir, yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı zaman sözügedən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 2 sot torpaq sahəsi və üzərində inşa edilmiş 1 mərətbəli 3 otağlı fərdi yaşayış ev cavabdeh Cavabdeh istifadəsində olmamış, yalnız həmin evə o, iddiaçı 2022-ci il tarixdən sonra yəni o, iddiaçı məcburi çıxarıldıqdan sonra yaşamağa başlamışdır. Belə ki, qeyd etdiyi 2015-2022-ci ilər dövrlərin də evin bütün komunal xərclərinin ödənilməsi üçün yazılan qəbzlərdə müstəqil tələb irəli sürməyən şəxsin adına olmuşdur. Bu da ondan xəbər verir ki, qeyd etdiyi dövrlərdə o, iddiaçı və uşaqları, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxsin yaşadığı halda sözügedən evin bütün kommunal xərclərinin ödənilməsi barədə borclar müstəqil tələb irəli sürməyən şəxsin adına gəlmişdir. Bundan başqa sözü gedən ev xüsusi mülkiyyətdə olmadığından, məhz ailə münasibətlərinə əsasən ailə üzvü kimi evdə yaşamağa başlamış və həmin evdə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan nikah münasibətlərindən azyaşlı iki uşaqları həmin evdə doğulmuşlar. Nikahdan olan uşaqları isə ailə qanunvericiliyinə uyğun olaraq hər bir halda cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ailə üzvü sayılır. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi mübahisənin qanunla həli üçün ilk növbədə iddiaçının ilk növbədə müvafiq subyektiv hüquqa malik olduğu (yaşayış sahəsindən istifadə ilə bağlı) müəyyən olunur. İddiaçı birinci instansiya məhkəməsində hakim Zaur Tağıyevin icraatında olduğu vaxt tərəfindən ##.##.2024-cü il tarixdə cavabdeh Cavabdeh istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən 2 sot torpaq sahəsi üzərində inşa edilmiş 1 mərətbəli 3 otağlı yaşayış evində “20110039748” nömrəli qazın kodunun və “18782065” nömrəli işığın kodunun 2015-2022-ci ilər üzrə kommunal xərclərin ödənilməsinə dair işıq və qaz pularının cavabdeh Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adlarına köçürülüb-köçürülmədiyini müəyyən etmək üçün “xxxx” ASC-yə və “xxxx” ASC-yə və yaxud “ASAN” Xidmətin “Asan kommunal ödəniş” xidmətinə məhkəmə sorğularının verilməsi (işıq və qaz pularının ödənilməsinə dair kompyuter sistemindən foto çəkiliş və çıxarışlar – 10 ədəd təqdim edilmişdir) vəsatət verilmişdir, vəsatət təmin edilmiş, hakim tərəfindən sorğular veriləcəyi barədə və qeyd edilən haların müəyyən edilməsindən sonra hüquqi qiymət veriləcəyi bildirilsə də, lakin nəticəsi barədə məlumat olmamışdır. Hətta bu barədə qətnamədə də hər hansı bir halda qeyd edilən hallara yer verilməmişdir. Bütün bu hallara dair hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilməlidir. İddiaçının sözügedən evdə müstəqil tələb irəli sürməyən şəxslə və uşaqları ilə birgə yaşamağına əsasən bildirir ki, ilk olaraq sözügedən ev hal-hazırda istifadəsində olan cavabdeh tərəfindən yaşadığı müddətdə hər hansı bir problem olmamışdır. Belə olan halda, hətta sözügedən ev cavabdehin istifadəsində olmaqla yaşadığı halda belə qanunla müəyyən edilmiş qaydada o, iddiaçı 2015-ci ilin oktyabr ayında həmin evə mübahisəsiz köçmüş və həmin fərdi yaşayış evində sonradan da, yəni 2025-ci il tarixdən 2022ci il tarixə kimi evdən məcburi qaydada çıxarılana kimi müstəqil tələb irəli sürməyən şəxslə və uşaqları ilə birgə təsərrüfat aparmaqla yaşayaraq yaşamaq və istifadə hüququna malik olmuşdur. Apelyasiya şikayətində göstərdiyi dəlilərə əsasən bütün bu hallar suallar doğurur və ona görə də hesab edir ki, həmin halarda birinci instansiya məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından səhvə yol verməklə səthi yanaşdığından və həmin haların araşdırılmasına əhəmiyyət vermədiyindən, həmin hallar yenidən apelyasiya instansiya məhkəməsi qaydasında araşdırılmaqla hüquqi qiymət verildikdən sonra ədalət öz yerin tapacaqdır. Apellyasiya icraatında müəyyən edilən hallar

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayətinə etiraz etmiş, mübahisəli evin qardaşına məxsus olduğunu, həmin evdə qardaşının ailəsinin yaşadığını, məhkəmə qətnaməsi ilə iddiaçıya məxsus əşyaların həmin evdən çıxarılmasının qət edildiyini qeyd etmiş və şikayətin təmin olunmamasını xahiş etmişdir.

7. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticəsi vermədiyindən iddiaçı və cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin II hissəsinə görə mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının Konstitusiyanın 29-cu maddəsinə əsasən İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

10. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar; 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər; 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir; 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır; 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2001-ci il tarixli qərarına əsasən: 2001-ci il ########ın #-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

12. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» ##.##.2014-cü il tarixli qərarına əsasən: 1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. 2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər; 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər; 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir; 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

14. Diqqətə çatdırılmalıdır ki, hazırki mülki münasibətlər üzrə iddiaçının əldə etdiyi hüquqlar müəyyən edilməmiş və fərdi yaşayış evinin mülkiyyətdə olması, iddiaçının sahibə münasibətdə hüquqlarının yaranmadığı, apellyasiya dəlilləri üzrə nikah münasibətləri üzrə hər hansı hüquqi nəticələrin hazırki münasibətlərə təsir göstərmədiyi müəyyən edilir. Apellyator tərəfindən cavabdeh ilə münasibətlər zamanı yaşayış sahəsindən istifadə hüquqlarının yaranmasının sübuta yetirilməməsi bir daha apellyasiya şikayətində qeyd edilənləri istisna edir. İddiaçı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı mübahisəli evə hər hansı hüququnun olmasını təsdiq edə bilməmişdir.

15. Abşeron Rayon Hövsan Südçülük Sovxozu 09.12.200-ci il tarixli ** nömrəli çıxarışdan müəyyən olunur ki, sovxozda işləyən, özünə məxsus evi və torpaq sahəsi olmayan, fərdi ev tikmək üçün ərizə ilə müraciət edən Cavabdeh 0.04 hektar torpaq sahəsi ayrılmışdır. Qanunvericiliyin təhlili müəyyən edir ki, mülkiyyət hüququna malik olan şəxsə münasibətdə istifadə hüququ olan şəxslərin ilk növbədə mülkiyyətçinin (keçmiş) ailə üzvləri kimi bir-birilərilə bağlılığı olmalıdır. Mübahisə edilən münasibətdə belə, halın mövcudluğu sübuta yetirilmir. Belə ki, ailə qanunvericiliyi ailə üzvləri sırasına ər-arvad, valideynlər və uşaqların daxil olduğunu müəyyən edir (Ailə Məcəlləsinin 2.1-ci maddəsi).

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

17. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin faktiki münasibətlərə müvafiq hüquqi əsası olmayan dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

18. Kollegiya qeyd edir ki, apellyasiya şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməli,qətnamə dəyişdirilmədən saxlanılmalı və əsassız apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxsə aid edilməlidir.

19. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar